Hindistan vətəndaşının diş məcunu qabında narkotik vasitə keçirməsinin qarşısı alınıb AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 26 noyabr, AZƏRTAC
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən Heydər Əliyev Aeroportunun 1-ci terminalının gəliş zalında Dehli-Bakı aviareysi ilə gələn Hindistan vətəndaşına məxsus çamadana gömrük yoxlaması tətbiq edilib.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a bildirilib ki, yoxlama zamanı diş məcunu qabının içərisində gömrük nəzarətindən gizlədilən 32,150 qram narkotik vasitə - tiryək aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Azərbaycan gömrükçüləri diş məcunu qabında narkotik vasitə aşkar ediblər FOTO
26 Noyabr 2024 10:31
Hindistanlı Azərbaycana diş məcunu qabında narkotik vasitə keçirmək istədi FOTO
26 Noyabr 2024 10:34
Azərbaycandan tranzit keçməklə narkotik vasitə aparılmasının qarşısı alınıb AZƏRTAC
03 Dekabr 2024 14:25
Diş məcunu qabından narkotik vasitə aşkar edildi
26 Noyabr 2024 11:57
Diş məcunu qabından narkotik vasitə aşkar ediblər
26 Noyabr 2024 10:35

