Hindistanda isti hava on minlərlə insanın ölümünə səbəb olur
Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Hindistanda yaz-yay fəsilləri şiddətli dərəcədə isti keçir. Şimali Uttar Pradeş ştatında may ayında temperatur 48°C-dən yuxarı qalxıb. Məlumatı “Euronews” verib.
Mütəxəssislər istidən ölənlərin rəsmi sayının əhəmiyyətli dərəcədə az göstərildiyini və faciənin əsl miqyasını əks etdirmədiyini bildirirlər.
Bu yaxınlarda aparılmış araşdırma zamanı isti dalğasının həddən artıq təhlükəli hala gəldiyini üzə çıxarıb. Hesablamalara görə, Hindistanda bir günlük həddindən artıq isti təxminən 3400 ölümə səbəb olur. Ötən ay “Frontiers in Environmental Health" jurnalında dərc olunmuş məlumata görə, beş günlük isti hava dalğası təxminən 30.000 ölümlə əlaqələndirilir.
Qazıntı yanacaqlarının yandırılması nəticəsində yaranan iqlim dəyişikliyi qlobal temperaturu daha da yüksəltdikcə bu cür istilik dalğaları daha tez-tez, daha uzunmüddətli və daha şiddətli hala gəlir. Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) məlumatına görə, 2015-ci ildən 2025-ci ilə qədərki 11 il tarixdə ən isti dövr olub.
Rəsmi statistikaya görə, ölkədə istilik dalğaları hər il 500-1500 insanın həyatına son qoyur, lakin mütəxəssislər bu rəqəmlərin əhəmiyyətli dərəcədə çox olduğunu bildirirlər.
P.ƏMİRCANOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 10 İyun 2026 12:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















