Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Hindistanın Cənubi Qafqazda yeni “şahmat” gedişi

Hindistanın Cənubi Qafqazda yeni “şahmat” gedişi

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Ermənistan–Hindistan hərbi əməkdaşlığı və Azərbaycanın mövqeyi

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən yayılan məlumata görə, Hindistan Müdafiə Nazirliyinin katibi Racaş Kumar Sinq İrəvana rəsmi səfərə gəlib. İlk baxışda diplomatik protokol çərçivəsinə sığan bu vizit, əslində, iki dövlət arasında son beş ildə formalaşmış hərbi-texniki əməkdaşlığın yeni mərhələyə keçdiyini təsdiqləyir.

Ermənistan və Hindistan arasında diplomatik münasibətlər 31 avqust 1992-ci ildə qurulub, lakin əməkdaşlığın yüksəlişi 2020-ci il II Qarabağ müharibəsindən sonra baş verib. Müdafiə Nazirliyinin ən yüksəkvəzifəli məmurunun – katib səviyyəsində rəsmi rəhbərliyin – İrəvana gəlişi əməkdaşlığın artıq institusionallaşma mərhələsini keçdiyinin göstəricisidir. Viziti üç aspektdən təhlil etmək olar: Hindistanın regionda mövcudluğunu təsdiqləməsi, ölkənin qlobal silah bazarında fəallaşması və Ermənistanın silahlandırılmasının Azərbaycan–Hindistan münasibətlərinə vura biləcəyi zərbə.

Hindistanın regionda mövcudluğu

Cənubi Qafqaz uzun müddətdir “yeni böyük oyun”un arenasıdır: Rusiya, Türkiyə, İran və ABŞ kimi qlobal və regional güclər, eləcə də Aİ, NATO və KTMT kimi təşkilatlar regionda öz maraqlarını gizlətmirlər. 2020-ci il müharibəsi və Rusiya–Ukrayna münaqişəsindən sonra Rusiyanın Cənubi Qafqazdakı məhdudlaşdırıcı təsirinin səviyyəsi əhəmiyyətli dərəcədə azalmış, bu isə həm Türkiyəyə, həm də regiondankənar qlobal aktorlara – ABŞ, Aİ, Çin və Hindistana öz siyasətlərini gücləndirmək üçün ciddi imkanlar yaratmışdır. Maraqlıdır ki, Çin və Hindistanın fəallaşması, ilk növbədə, regional kommunikasiyaların açılması proseslərindən qaynaqlanır; Moskva ilə Qərb arasında münasibətlərin kəskinləşməsi fonunda istifadəsi məhdudlaşan şimal dəhlizinə alternativ yaranır.

Hindistanın regiona baxışı son illər sırf iqtisadi-ticari maraqlarla məhdudlaşmır. Nyu-Dehli İranın Çabahar limanı ilə 10 illik sazişini dəniz maneələrini yan keçərək Cənubi Qafqaz, Mərkəzi Asiya və Avrasiya bazarlarına çıxış üçün təməl daşı kimi görür. 7200 kilometrlik Beynəlxalq Şimal–Cənub Nəqliyyat Dəhlizi isə Hindistanın regiondakı ən iri infrastruktur layihəsidir. Bu kontekstdə Ermənistan İran ərazisi ilə Hindistan üçün Fars körfəzi – Qara dəniz oxunda tranzit mərkəz rolunu oynamalıdır. Başqa sözlə, İrəvana gələn hər bir hindistanlı yüksəkvəzifəli məmur bütöv bir geoiqtisadi layihəni – Hindistanın Avrasiyaya açılan qapılarını təmsil edir.

Lakin diqqətçəkən məqam odur ki, Hindistanın Bakını da Mərkəzi Asiyaya çıxış üçün mühüm körpü kimi qiymətləndirdiyi xüsusi vurğulanır: Azərbaycan Cənubi Qafqaz və Xəzər regionunun qovşağında yerləşdiyindən Hindistanın enerji təhlükəsizliyi, regional ticarət və nəqliyyat maraqları üçün strateji əhəmiyyət daşıyır. Yəni Nyu-Dehli regionda həm İrəvana, həm də Bakıya söykənən ikiistiqamətli siyasət yeridir – və məhz bu ikili yanaşma yeni gərginliyin mənbəyidir.

Silah bazarında fəallaşma

Hindistanın son illərdəki hərbi mövqeyi diqqəti cəlb edir. Ölkə bir tərəfdən dünyanın ən iri silah idxalçısı olaraq qalmaqda (qlobal alışların 12 faizi), digər tərəfdən isə “Make in India” proqramı çərçivəsində sistemli şəkildə silah ixracını genişləndirir. Rəsmi statistika bu dinamikanı açıq göstərir: 2016–2021-ci illərdə Hindistanın müdafiə ixracında artım 334 faiz təşkil edib, hind silahlarının alıcıları isə 75 ölkəyə çatıb. Hindistan hökumətinin iddialı planları ümumi hərbi məhsul istehsalını cari ildə 25 milyard ABŞ dollarına, ixrac gəlirini isə 5 milyard dollara çatdırmağı nəzərdə tutur. Daha öncə, 2018–2019-cu illərdə ölkənin silah ixracı və ixrac icazələri 107,45 milyard rupi (1,54 milyard dollar) həcmində reallaşaraq o dövr üçün rekord göstərici olmuş, sonrakı dövr üçün isə 300 milyard rupi (5 milyard dollar) hədəfi qoyulmuşdur.

Bu rəqəmlər fonunda Ermənistanın Hindistan üçün əhəmiyyəti daha aydın görünür: Ermənistan tədricən hind istehsalı silahların əsas idxalçılarından birinə çevrilmişdir. Rusiyanın Ukrayna müharibəsi səbəbindən Ermənistanla bağladığı hərbi müqavilələri yerinə yetirə bilməməsi və İrəvanın 44 günlük müharibədə itirdiyi texnikanı bərpa etmək zərurəti bu əməkdaşlığı sürətləndirən əsas amillərdəndir. Hərbi-texniki əməkdaşlıq həm də Ermənistana Hindistanın müdafiə sənayesində istifadə olunan qərb texnologiyalarına çıxış imkanı yaradır.

Əməkdaşlığın başlanğıcı 2020-ci ilə təsadüf edir: Hindistan Ermənistanla 40 milyon dollarlıq «Swathi» artilleriya aşkaretmə radarlarının tədarükü müqaviləsi imzalayıb. Bu radar müxtəlif silahlardan atılan mərmiləri eyni vaxtda aşkar etmək qabiliyyətinə malikdir; maraqlısı odur ki, eyni radarlar Hindistan tərəfindən Pakistana qarşı Kaşmirdə də yerləşdirilmişdir. Sonrakı illərdə tədarük həcmi əhəmiyyətli dərəcədə genişlənmişdir. Ermənistanın 2020-ci ildən sonrakı yenidən silahlanması məhz ənənəvi olmayan tərəfdaşlar – ilk növbədə Fransa və Hindistan hesabına həyata keçirilir və Rusiyadan asılılıqdan bilərəkdən uzaqlaşmanı əks etdirir. Ermənistanın əldə etdiyi silahlar arasında uzaqmənzilli artilleriya sistemləri, müasir hava hücumundan müdafiə komplekslərini və inteqrasiya olunmuş radar sistemlərini qeyd edirlər; bu sistemlərin Laçın, Kəlbəcər və Zəngilan istiqamətindəki həssas sərhədyanı zonalarda yerləşdirilməsi Azərbaycanın ərazi bütövlüyünə, hava üstünlüyünə və kritik infrastrukturuna birbaşa təhdid kimi qiymətləndirilir.

Azərbaycanın mövqeyi

Racaş Kumar Sinqin İrəvana səfərinin Azərbaycan üçün ən həssas tərəfi məhz tədarük xəttinin institusionallaşmasıdır. Ermənistanın silahlanmasının həcmi və istiqaməti – sistemlərin sərhədyanı zonada yerləşdirilməsi – Azərbaycanın milli təhlükəsizliyinə strateji risk kimi dəyərləndirilir; regiondankənar aktyorların hərbi quruculuqda iştirakı mövcud vasitəçilik mexanizmlərini zəiflədir və silahlanma yarışı dinamikasını kəskinləşdirir. Bununla belə, hərbi balans baxımından real vəziyyət diqqət tələb edir: Azərbaycan Ermənistan üzərində əhəmiyyətli hərbi-texniki üstünlüyü qoruyur. Yəni qısamüddətli perspektivdə hind tədarükləri balansı dəyişdirməsə də, orta və uzunmüddətli perspektivdə bu üstünlüyü korreksiya edə biləcək amilə çevrilir.

Diqqət mərkəzində duran əsas məsələ Azərbaycan–Hindistan münasibətlərinin taleyidir. Azərbaycan Hindistanın Mərkəzi Asiyaya çıxışının əsas körpüsüdür: ölkə enerji təhlükəsizliyi, regional ticarət və nəqliyyat əlaqələri üçün strateji əhəmiyyət daşıyır. Lakin Bakının bu potensialı ilə İrəvanın silahlandırılması arasında birbaşa ziddiyyət yaranır – Nyu-Dehli bir tərəfdən Bakını «körpü» adlandırır, digər tərəfdən həmin körpünün qonşusu olan ölkəni silahlandırır. Qeyd edilməlidir ki, Azərbaycan ilə Ermənistan arasındakı gərginlik Hindistanın regionda əməkdaşlıq potensialını məhdudlaşdıran əsas amillərdən biridir.

Son olaraq qeyd edək ki, yeni aktyorların silah yarışına qoşulması Cənubi Qafqazı yeni münaqişəyə doğru itələyə bilər. Bu şəraitdə Hindistanın manevr azadlığı da məhduddur: Ermənistana hər yeni silah partiyası Bakıda etimadın azalması, İslamabadda isə əks reaksiyanın güclənməsi deməkdir. Nyu-Dehli nə qədər “balanslaşdırılmış” siyasət yeritməyə çalışsa da, silah ticarətinin məntiqi öz qanunlarını diktə edir – və bu qanunlar Cənubi Qafqazda artıq yeni geosiyasi reallıq formalaşdırır.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Avqust 2026 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see634

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see309

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see296

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see284

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see280

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see261

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see260

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see256

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see255

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see252

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see244

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see236

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see220

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see211

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see210

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see209

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see204

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see199

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see196

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri