Icma.az
close
up
RU
Hindistanın müharibə avantürası: Görün hansı ölkələrdən dəstək umur

Hindistanın müharibə avantürası: Görün hansı ölkələrdən dəstək umur

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

Hindistan və Pakistan arasında aktiv döyüş əməliyyatları sona çatsa da, sakitlik uzun çəkməyə bilər. Çünki Hindistanın hədələyici bəyanatları səngimir. Baş nazir Narendra Modi yeni müharibədən dəm vurur və bəyan edir ki, münaqişəyə nöqtə qoyulmayıb. Müharibə əhval-ruhiyyəsində olan baş nazirin bu yanaşması isə bir növ davadan sonra əl-qol atmağa bənzəyir.

Hindistan baş nazirinin təhdidləri

O, Qərbi Benqaliya ştatında çıxışında bildirib: “Benqal torpağında 1,4 milyard hindistanlı adından bəyan edirəm ki, "Sindur" əməliyyatı hələ başa çatmayıb". Modinin sözlərinə görə, ölkəsi terrorizmə qarşı sıfır dözümlülük siyasətini qəbul edib və "əgər indi Hindistana qarşı terror hücumu həyata keçirilərsə, qarşı tərəf bunun üçün yüksək bədəl ödəməli olacaq".
Baş nazirdən geri qalmayan müdafiə naziri Racnath Sinqh isə bildirib ki, son hadisələrə reaksiyaları güclü, lakin təmkinli olub. Xeyli sayda qırıcı təyyarəsi vurulan hindistanlı nazir vurğulayıb ki, “Sindur” əməliyyatı tarazlaşdırılmış, lakin qətiyyətli olub.
Əslində Modi və müdafiə nazirinin son açıqlamaları bölgədə təhlükəsizlik üçün ciddi təhdiddir və onlar bu bəyanatları verməklə daxili siyasi gündəmi manipulyasiya etməyə çalışırlar. Terrora qarşı mübarizə adı altında regional gərginliyi dərinləşdirmək və hərbi əməliyyatlara legitimlik görüntüsü vermək istənilir. Bütün bu proseslər Hindistanın əslində terrora qarşı deyil, bölgədə güc siyasəti və hegemonluq iddialarına qarşı çıxan dövlətlərə qarşı müharibə planladığını göstərir. Halbuki, terror bəhanəsi ilə qonşulara qarşı təcavüz BMT prinsiplərinə və beynəlxalq hüquqa ziddir. Görünən odur ki, Hindistan daxili siyasi problemlərini ört-basdır etmək üçün xarici düşmən obrazı yaratmağa çalışır.

İqtidar nüfuzunu itirir

Hindistan rəhbərliyi uğursuz əməliyyat ilə əhali arasında nüfuzunu itirib. Onlar yenidən etimad qazanmaq üçün seçki öncəsi aqressiv addımlar ata bilərlər.

Xatırladaq ki, Hindistan və Pakistan arasında gərginlik apreldə başlayıb. 22 aprel tarixində "Lashkar-e-Taiba" qruplaşmasının döyüşçüləri mübahisəli Cammu və Kəşmir bölgəsində Pahalqam turizm şəhərində terror aktı törədiblər, nəticədə 25 hindistanlı və 1 nepallı həlak olub. Hindistan heç bir fakt göstərmədən terror aktında Pakistanın kəşfiyyat xidmətini (ISI) günahlandırıb. Təxminən iki həftə ərzində Pakistan və Hindistan arasında söz atışması davam edib. 7 mayda Hindistan hərbi əməliyyatlara başlayıb. Pakistan buna raketlər və pilotsuz uçuş aparatları ilə cavab verib. 10 mayda Pakistan və Hindistan ABŞ-nin vasitəçiliyi ilə danışıqlara başlayıb və atəşkəsə razılaşıblar. Mayın 12-də hərbi əməliyyatlar dayandırılıb.

Hindistan Moskvadan və Qərbdən dəstək umur

Baş verənlər fonunda Yeni Delhi beynəlxalq reaksiyadan narazıdır və böyük oyunçuların dəstəyini qazanmaq istəyir. Bu məqsədlə Moskvaya ölkənin bütün partiyalarını təmsil edən Hindistan deputatlarının qrupu gəlib. Onlar orada iddia ediblər ki, Pakistana zərbələr ədalətli olub. Deputatlar deyiblər ki, Rusiyanın və digər mühüm ölkələrin Hindistanı dəstəkləməsini istəyirlər. Maraqlıdır ki, hindistanlı deputatlar Rusiyadan Avropaya yollanıblar. Yeni Delhinin narahatlıq üçün çox səbəbi var. Belə ki, Avropa ölkələri münaqişə zamanı bərabər məsafəli mövqe tutublar. Donald Tramp isə Hindistan və Pakistan arasında hərbi əməliyyatları, yəni Hindistanın "Sindur" əməliyyatını rüsvayçılıq adlandırıb. Buna görə də Hindistan Rusiya ilə hərbi sövdələşməni davam etdirməyə qərar verib və S-400 "Triumf" ZRK-nin yeni partiyasının alınmasını müzakirə edir. Bəziləri hesab edir ki, qısa müddətdə gərginliyin azaldılması üçün beynəlxalq vasitəçilər (xüsusən ABŞ) işə qoşula bilər. Ancaq münasibətlərin tam normallaşması çətin görünür. Orta müddətdə gərginliyin azaldılması üçün su təhlükəsizliyi məsələsi yeni bir münaqişə cəbhəsi ola bilər. Hindistanın “İndus Suları Müqaviləsi”ni dondurması regionda humanitar böhran yaradarsa, vəziyyət daha da kəskinləşəcək. Ən təhlükəli ssenari isə səhv hesablamalar nəticəsində nüvə eskalasiyasıdır.

Pakistan mövqelərini möhkəmləndirir

Pakistan da mövqelərini möhkəmləndirməyə çalışır. İslamabad Ankara ilə əlaqələrini gücləndirir. Baş nazir Məhəmməd Şahbaz Şərif İran, Türkiyə və Azərbaycana səfərlər edib, onlara dəstəklərinə görə təşəkkürünü bildirib. Türkiyə və Pakistan enerji, hərbi-sənaye kompleksində əməkdaşlığı artırmaq, Azərbaycanla birlikdə Orta Dəhlizi inkişaf etdirmək barədə razılıq əldə ediblər. Bu planlar Pakistanın ənənəvi müttəfiqi olan Çini də qane edir.

Pakistan Hərbi Dəniz Qüvvələri (HDQ) Hava Müstəqil Hərəkət (AIP) texnologiyası sahəsində Hindistanı qabaqlayaraq, böyük addım atıb. 2030-cu illərdə istifadəyə veriləcək “Hangor” sinfinə məxsus sualtı qayıqlar Pakistanın sualtı qayıq parkını gücləndirəcək. Pakistan HDQ son illərdə AIP texnologiyasını mənimsəmək məsələsində Hindistanı geridə qoyub. Hindistan P-75 “Scorpene” layihəsi çərçivəsində altıncı və sonuncu sualtı qayığını parkına qatsa da, texnologiya baxımından Pakistandan geri qalır. Hindistan HDQ-nin müasir texnologiya ilə təchiz edilmiş heç bir sualtı qayığı yoxdur. Halbuki Pakistan artıq öz HDQ-sinə Fransa istehsalı olan 3 ədəd “Agosta-90B” sinfinə məxsus sualtı qayığı daxil edib. ("Kaspi" qəzeti)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:80
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 06 İyun 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see212

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see203

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see190

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see180

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see173

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see163

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see142

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see141

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see140

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri