Hökümə xanımla axıra kimi danışdıq, təyyarənin enməsinə 2 dəqiqə qalmış...
Icma.az, Teleqraf.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Təyyarəyə birinci zərbədən sonra oksigen maskaları açıldı. Nə baş verdiyini öyrənmək üçün salona keçdik. Həmin an ikinci zərbə oldu və təyyarə bələdçisi Zülfüqar bəy xəsarət aldı, sol qolundan yaralandı. Arxaya keçdik, kömək etməyə çalışdım, ilkin yardım göstərdim.
Teleqraf.com xəbər verir ki, bu sözləri dekabrın 25-də Bakı-Qroznı reysini yerinə etirən AZAL-a məxsus təyyarənin stüardessası Aydan Rəhimli deyib.
"Bir anda səs gəldi, oturub oksigen maskalarını taxdıq. Hökümə xanım mənə zəng edirdi, axıra kimi danışırdıq, yerə enməyə 2 dəqiqə qalmış zənglər kəsildi", - deyə bildirib.
O, oksigen balonunun partlamadığını söyləyib: "Partlasaydı, sağ qalmazdıq. Qəlpələr əsasən qabaq hissəyə dəydi. Təyyarə yerə enəndən sonra gözümüzü açanda soruşdum ki, haradayıq, dedilər Aktaudayıq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 27 Dekabr 2024 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















