Svetoforlarda velosiped bölməsi: Nə yol polisi onu saxlayıb cərimə yazan deyil, nə də...
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakıda velosiped və kiçik elektrik nəqliyyat vasitələrini idarə edənlərin təhlükəsizliyini artırmaq məqsədilə 47 yolayrıcında mövcud olan svetoforlara 115 ədəd velosiped bölməsi quraşdırılaraq istifadəyə verilib.
Nəqliyyat eksperti Elməddin Muradlı Redaktor.az-a açıqlamasında qeyd etdi ki, bu, əslində yaxşı nəticədir:
"Çünki hər bir hərəkət iştirakçısının hərəkətinin tənzimlənməsinə ciddi şəkildə ehtiyac var. Əgər skuter sürəni, velosiped sürəni, moped sürəni, eləcə də piyadanın özünü başlı-başına buraxsaq, yolda xaos yaranır. Nqliyyat növləri arasında bir bölgü aparılıbsa, hər kəs üçün bir zolaq, bir hərəkət hissəsi yaradılıbsa, o hissələrdə hərəkət mütləq tənzimlənməlidir. Yəni avtomobilin qarşısını kəsib ancaq üstünlüyü velosipedə, skuterə vermək olmaz. Və yaxud da skuterin qarşısını kəsib üstünlüyü ancaq velosipedə, maşına vermək olmaz. Bunların hamısı qarşılıqlı şəkildə tənzimlənməlidir. Eləcə də piyadalarla bağlı belə olmalıdır".
Ekspert vurğuladı ki, bu qurğular quraşdırılır, tətbiq olunur:
"Buna əməl edilməsi məsələsi bizi narahat edir. Skuter sürən orada dayanırmı? Gəlir sağa-sola baxır, görür maşın yoxdur, qırmızı işıqda keçir. Bəs onun məsuliyyəti varmı? Əslində var, olmalıdır, amma necə tətbiq olunacaq? Heç cür tətbiq olunmur. Çünki nə yol polisi onu saxlayıb cərimə yazan deyil, nə post-patrul xidməti, nə də başqa kimsə. Onlar da bilirlər ki, onsuz da onlara heç kim cərimə yazmayacaq. Bundan da geninə-boluna istifadə edirlər. Problem budur.
Bir vaxtlar mopedçilərə dəfələrlə xəbərdarlıq olundu ki, qırmızı işıqda keçməyin, zolaqlar üzrə hərəkət qaydalarını pozmayın, səkidə maşın sürməyin, piyadalara təhlükə yaratmayın. Hamısı qaydaları pozurdular. Axırda Milli Məclis qərar qəbul etdi, cənab prezident də onu təsdiqlədi. İndi moped sürücülərinə hətta avtoxuliqanlıq maddəsi ilə həbs verilir. Moped sürücüləri üçün sürücülük vəsiqəsi tələb olunur, mopedin qeydiyyata alınması, dövlət qeydiyyat nişanının verilməsi və s. məsələlər artıq qanuna salındı ki, bəlkə bundan sonra onlar düzələrlər.
Son dövrlər görürük ki, nə qədər skuterlə qəzalar, ölüm hadisələri baş verir. Əsasən də yeniyetmələr, gənclər həyatını itirir. Diqqətli olmaq lazımdır. Bu vasitələr dövlətin milyonlarla vəsaiti hesabına başa gəlir, insanların həyat və sağlamlığı üçün tətbiq olunur, lakin əməl olunmur".
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 07 Yanvar 2026 12:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















