Hollivudda qalmaqal: Casus uşaqları 3: Oyun bitdinin ulduzu sevgilisini və uşağını döyüb
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
"Casus uşaqları 3: Oyun bitdi" ("Spy Kids 3-D: Game Over") filmində Reza rolunu oynayan aktyor Robert Vito ABŞ-nin Los-Anceles şəhərində məişət zorakılığına görə həbs edilib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə TMZ xəbər yayıb.
Həbs qonşuların Vitonun evində zorakılıq hadisəsi barədə polisə zəng etməsindən sonra baş tutub.
Bildirilir ki, Vito və sevgilisinin sözlü mübahisəsi tezliklə böyük davaya çevrilib. Vito sevgilisini mebelin üstünə itələyib, kiçik oğlunu divanın üstünə çırpıb. Vitonun oğlu və sevgilisinin şikayəti olmamasına baxmayaraq, polis müayinəsi zamanı döyülmə izləri aşkar edilib.
Aktyor həbsxanaya aparılıb, lakin 50 000 dollar girov qoyduğu üçün orada çox qalmayıb və azad edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 11 Noyabr 2024 13:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















