Icma.az
close
up
RU
“Hörümçək toru” əməliyyatı: Ukrayna müharibə qaydalarını bütün dünya üçün yenidən yazdı

“Hörümçək toru” əməliyyatı: Ukrayna müharibə qaydalarını bütün dünya üçün yenidən yazdı

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukraynanın Rusiyanın aviabazalarına endirdiyi zərbə, hərb tarixində Yaponiyanın 1941-ci ildə Pörl-Harbora etdiyi hücumla müqayisə oluna bilər – hər ikisi müharibə qaydalarını kökündən dəyişdirdi.

Bizimyol.info xəbər verir ki, "The Washington Post" qəzetinin köşə yazarı Maks Butun yazdığına görə, Pörl-Harbor hücumu döyüş gəmilərinin yerini təyyarədaşıyanların almasına səbəb oldu. İndi isə Ukrayna pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın qırıcı təyyarələrinə qarşı həyata keçirdiyi hücumlar, dünyadakı bütün aviabazaların nə qədər həssas olduğunu üzə çıxardı.

“Bu analogiya məntiqlidir. Hər iki hücum bir vaxtlar dominant olan silah sistemlərinin dövrünün başa çatdığını göstərə bilər: 1941-ci ildə zirehli gəmilər, bu gün isə pilotlu döyüş təyyarələri. Ukraynanın on minlərlə dollar xərclə hazırladığı PUA-lar Rusiyanın milyardlarla dollarlıq ən qabaqcıl təyyarələrinə zərər vurub”, – deyə But qeyd edir.

Ukraynalılar elə bir təhlükəsizlik boşluğu aşkara çıxardılar ki, bu, “dünyadakı bütün generalların yuxusunu qaçırmalıdır. Əgər ukraynalılar Rusiya kimi hərbiləşmiş bir ölkədə iri aviabazalara bu qədər yaxın məsafəyə PUA-lar göndərə biliblərsə, onda Çinlilər ABŞ aviabazalarına, Pakistan Hindistanın, Şimali Koreya isə Cənubi Koreyanın aviabazalarına bunu edə bilməzmi?”, – deyə o bildirir:

Bu səbəbdən, bir çox ölkələrin “elektrik çəpərləri və mühafizə postları” ilə qorunduğunu düşündükləri bazalar artıq havadan gələn ucuz və hər yerdə ola bilən dron təhdidi ilə üz-üzədir. Bu da dron əleyhinə sistemlərə böyük sərmayələrin yatırılmasını tələb edir. Ənənəvi pilotlu döyüş texnikalarına sərf olunan pullar indi 1930-cu illərdə süvari birliklərinə xərclənən pullar qədər mənasız görünür, – deyə But vurğulayır.

“Hörümçək toru” əməliyyatı, Pörl-Harbor kimi, Rusiya ordusuna həlledici zərbə olmayacaq. Lakin bu hücum bir daha göstərdi ki, ukraynalılar gözləniləndən daha dözümlü və çevik döyüşçülərdir.

“Əlbəttə, ruslar İranın köməyi ilə öz dronlarını hazırlayırlar. Amma onlar bu yarışda daim Ukraynadan bir-iki addım geri qalırlar – bazar günü həyata keçirilən əməliyyat da bunu bir daha sübut etdi”, – deyə o əlavə edir.

Hücumun daha bir təhlükəli nəticəsi də ola bilər – nüvə sabitliyinin pozulması. Çünki Ukraynaya qarşı qanadlı raketlər buraxan həmin bombardmançı təyyarələr eyni zamanda nüvə silahı da daşımaq üçün nəzərdə tutulub, – deyə jurnalist qeyd edir.

UTX (Ukrayna Təhlükəsizlik Xidməti) Rusiyanın arxa cəbhəsində yerləşən bombardmançı aviasiyanı sıradan çıxarmaq üçün genişmiqyaslı xüsusi əməliyyat keçirib. UTX-yə məxsus dronlar hər gecə Ukrayna şəhərlərini bombalayan təyyarələri hədəfə alıb. Əməliyyat dörd hərbi hava bazasını əhatə edib – “Belaya”, “Dyagilevo”, “Olenya” və “İvanovo” bazalarında təyyarələr yanıb kül oldu.

“Hörümçək toru” adlandırılan bu unikal əməliyyatın hazırlanması 1,5 il çəkib. Və ilkin hesablamalara görə, düşmən aviasiyasına 2 milyard dollardan çox ziyan vurulub.

"The Wall Street Journal" yazır ki, uzun mənzilli təyyarələrin onlarla sayda itirilməsi, Rusiyanın hərbi gücünə ciddi zərbədir. Çünki Rusiyada artıq "Tу-95МС" və "Ту-22М3" kimi təyyarələr istehsal olunmur – halbuki bu əməliyyatda məhz həmin təyyarələr zərər görüb.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 02 İyun 2025 09:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri