Icma.az
close
up
RU
“Hörümçək yuvası“: İran İsrailin nüvə və hərbi sirlərini ələ keçirdiyini açıqlayıb“ İsrail mətbuatı

“Hörümçək yuvası“: İran İsrailin nüvə və hərbi sirlərini ələ keçirdiyini açıqlayıb“ İsrail mətbuatı

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Real sızma, yoxsa siyasi tamaşa?.."

İran və İsrail arasında davam edən gizli müharibə yeni və dramatik mərhələyə keçib. Dünən İran dövlət televiziyası "Hörümçək yuvası" adlı sənədli film nümayiş etdirərək, "sionist rejimin gizli kabinetlərinə misilsiz nüfuz" iddiasını ortaya qoyub.

Moderator.az xəbər verir ki, bu barədə "israelinfo.co" nəşri yazıb.

"Milyonlarla səhifəlik xəzinə"

İranın kəşfiyyat naziri İsmayıl Xatib bəyan edib ki, əməliyyat nəticəsində "milyonlarla səhifəlik" gizli sənəd ələ keçirilib. Bu sənədlər İsrailin nüvə, hərbi və kəşfiyyat mərkəzlərindən toplanıb. Onların içində 189 israilli nüvə və hərbi mütəxəssisin adları, ünvanları və işlədikləri şirkətlərin siyahısı da var.

Nazir bu məlumatları "siyasi və hərbi xəzinə" adlandıraraq qeyd edib ki, sənədlər İsrailin köhnə nüvə silahlarının modernləşdirilməsi, yeni layihələr, ABŞ və Avropa dövlətləri ilə ortaq əməkdaşlıq proqramları, hətta İsrailin nüvə kompleksinin tam bürokratik strukturu barədə detalları əhatə edir. Xatibin sözlərinə görə, bəzi sənədlərdə ABŞ və Avropadan olan alim və mütəxəssislərin adları da var.

12 günlük müharibədə istifadəsi

İran iddia edir ki, bu "sənəd xəzinəsinin" bir hissəsi artıq real döyüşlərdə tətbiq olunub. Xatib bildirib: "Əldə olunan məlumatlarda ikiqat təyinatlı elmi və hərbi obyektlərin dəqiq koordinatları olub. Onlar raket bölmələrimizə ötürüləndən sonra bəzi hədəflərə uğurlu zərbələr endirilib". Nazir hətta İsraildəki məşhur Veytsman Elmi İnstitutuna hücumu bu məlumatların istifadəsi ilə əlaqələndirib.

ABŞ və Avropanın izi

Tehran sənədlərdə ABŞ və bəzi Avropa dövlətlərinin İsrailin nüvə və silah proqramlarına dəstəyini sübut edən qeydlərin olduğunu da iddia edir. Habelə, bu ölkələrin nüfuzlu beynəlxalq təşkilatlara, xüsusilə də Beynəlxalq Atom Enerjisi Agentliyinə (MAQATE) təsir mexanizmlərindən bəhs olunur.

Ən sensasion hissələrdən biri isə MAQATE baş direktoru Rafael Qrossi ilə bağlı olub. Filmə görə, sənədlərdən çıxan fayllarda onun şəxsi fotoları, ailəsi haqqında məlumatlar yer alıb. İranlı rəsmilər bunu İsrailin birbaşa olaraq Qrossini və Agentliyi izlədiyinə sübut kimi təqdim edib.

"Bu, yalnız başlanğıcdır"

Xatib çıxışının sonunda xəbərdarlıq edib ki, İranın əlində hələ açıqlanmayan çoxlu gizli fayllar var: "Bugünkü ifşa yalnız başlanğıcdır. Qarşıda daha çox məlumat açıqlanacaq".

Kölgə müharibəsi və informasiya savaşı

İranın bu iddiaları İsrailə qarşı informasiya hücumunun bir hissəsi kimi qiymətləndirilir. Son illərdə tərəflər arasında qarşılıqlı kiberhücumlar, sui-qəsdlər və nüvə obyektlərinə sabotaj hadisələri baş verib. 2018-ci ildə isə İsrail Mossadı Tehranın nüvə arxivindən minlərlə sənəd oğurladığını elan edib. İndi Tehran bu kartı tərsinə çevirərək, "sionist rejimin sirrlərini ifşa etdiyini" göstərməyə çalışır.

Lakin beynəlxalq ekspertlər hələlik İranın açıqlamalarını təsdiqləyəcək sübutlar görmədiklərini bildirir. Əgər göstərilən sənədlər realdırsa, bu, İsrailin tarixində ən böyük kəşfiyyat uğursuzluqlarından biri olacaq. Əks halda isə Tehran informasiya müharibəsində daha bir siyasi gediş etmiş olur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://moderator.az
archiveBu xəbər 26 Sentyabr 2025 06:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see313

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see204

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see200

Psixoloqlar aşağı zəkanın əlaməti sayılan 4 vərdişi açıqladı

09 Noyabr 2025 07:07see191

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see183

Ərəb ölkələri ABŞ ın bu planını rədd etdilər

09 Noyabr 2025 06:53see143

Qorxaq deputatlar: Rusiya ilə gərginliyi müzakirə etməkdən açıq şəkildə yayınırlar

09 Noyabr 2025 00:17see140

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see139

Noyabr bu bürclər üçün sakit və huzurlu keçəcək

08 Noyabr 2025 22:26see138

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

08 Noyabr 2025 19:18see135

Vətən müharibəsi mövzulu filmlər açıqlandı Siyahı

09 Noyabr 2025 01:02see131

“Bəziləri düşünür ki, Konstitusiyamıza hansısa ciddi dəyişikliklər ediləcək” DEPUTAT

09 Noyabr 2025 05:35see131

Zəfər turu nun qalibi bəlli oldu

09 Noyabr 2025 21:00see130

Ermənistanı revanşizmə həvəsləndirən Makrondur RƏY

09 Noyabr 2025 05:54see129

Zabitlərimiz paraddan öncə BELƏ sevindi VİDEO

09 Noyabr 2025 00:48see126

Tramp Putin görüşü yalnız bu halda keçiriləcək Siyarto

09 Noyabr 2025 21:10see126

Şamaxı nın forvardı: Azərbaycan Premyer Liqası oynadığım ən çətin liqalardan biridir

09 Noyabr 2025 16:22see126

1 tonluq sirr: Bir balqabaq necə 1000 kiloqrama qədər böyüyür?

10 Noyabr 2025 05:31see124

“Monqol əti”nin “halal” standartına uyğunluğu yoxlanılır? RƏSMİ AÇIQLAMA

09 Noyabr 2025 09:01see123

3I/ATLAS “Kosmik gəmisi” Günəşə yaxınlaşarkən qəribə reaktivlər yayıb...

09 Noyabr 2025 21:06see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri