Icma.az
close
up
RU
Hücum diplomatiyası : ilkin nəticələr və sonrakı hədəflər

Hücum diplomatiyası : ilkin nəticələr və sonrakı hədəflər

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan son dövrlərdə tarixi qərarlar verir, tarixi addımlar atır. Son bir həftə-on gündə baş verənlərə nəzər salaq.

İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci zirvə görüşü Xankəndində keçirildi, yekun bəyannamədə Ermənistandan zorla deportasiya edilmiş Azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmasını dəstəkləyən bənd var. Daha əvvəl -iyunun axırında İslam Əməkdaşlıq Təşkilatının İstanbul bəyannaməsində anoloji bənd var idi. Bu sənədlərin qəbul edildiyi sammitlərdə İranın rəhbər şəxsləri də iştirak edib, ancaq onlardan bu müddəaya etiraz bildirilməyib. Deməli, Zəngəzuru özünün "qırmızı xətti" elan edən qüvvələrin İran hakimiyyətində mövqeyi zəiflıyib. Azərbaycan diplomatiyası bu əlverişli şəraitdən maksimum yararlanmağa çalışır. Xüsusilə, Ermənistanla sülhün əldə olunması və Zəngəzur dəhlizi məsələsində.

Bir müddət öncə Azərbaycan tərəfi Zəngəzur dəhlizi məsələsini sülh müqaviləsinin mətnindən çıxaranda, Prezident İlham Əliyevin Azərbaycanda və ölkədən kənarda olan tənqidçiləri buna sevinmiş, belə bir gedişi "geri çəkilmə", az qala məğlubiyyət kimi şərh etmişdilər. Ancaq o zaman da yazdığımız kimi, bu, sadəcə, taktiki gediş idi, geri çəkilmə deyildi. Məsələ sülh sazişinin mətnindən çıxarılmışdı, danışıqlar gündəliyindən çıxarılmamışdı. Üstəlik Moskva Azərbaycana təzyiq edirdi ki, o, Zəngəzur dəhlizinə nəzarətin Rusiyaya verilməsinə razılaşsın. O halda Ermənistanın da bu formulla razılaşmaqdan başqa bir yolu qalmayacaqdı. Ancaq Azərbaycan bu məsələni sülh gündəliyindən çıxarmaqla, çox doğru manevr etdi. Bununla həm sülh sazişinin bütün mətninin razılaşdırılmasına imkan verdi, həm də Azərbaycanın sazişdənkənar tələblərinin birbaşa danışıqlar masasına gətirilməsinə şərait yaratdı. Eyni zamanda Zəngəzur dəhlizi məsələsi Azərbaycan-Türkiyə-Ermənistan formatında yeni müstəvidə yenidən gündəmə daşındı. Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Laçın zirvəsində, Ermənistan və Azərbaycan rəhbərlərinin bir-birinin ardınca Türkiyəyə səfəri zamanı prezident Rəcəb Tayyip Ərdoğanla görüşündə, eləcə də, Azərbaycan, Türkiyə, Pakistan, İran liderlərinin, eləcə də, Mərkəzi Asiya ölkələrinin rəhbərlərinin Xankəndidə apardığı məsləhətləşmələr Ermənistanın mövqeyinə təsir etməyə bilməzdi. Bu məsləhətləşmələrin mərkəzində duran əsas məsələlərdən biri də, təbii ki, Zəngəzur dəhlizi ilə bağlı idi. Buna heç şübhə yoxdur.

Eyni zamanda Azərbaycan prezidenti İlham Əliyev iyulun 4-də İstiqlaliyyət günü ilə bağlı ABŞ prezidenti Donald Trampa məktub yazdı və tərəfdaşlığı gücləndirmək üçün siyasi iradə göstərməyə çağırdı. Həmin məktubda deyilirdi: "Azərbaycanın enerji strategiyası, eləcə də regionda sabitliyə və inkişafa xidmət edən nəhəng infrastruktur layihələrinin həyata keçməsinə ABŞ-nin göstərdiyi davamlı dəstəyini yüksək qiymətləndiririk.

Bu gün Azərbaycan-Birləşmiş Ştatlar dostluq əlaqələrini və tərəfdaşlığını keyfiyyətcə yeni səviyyəyə yüksəltmək üçün yaxşı imkanlar vardır. Hesab edirəm ki, iqtisadi-ticari, energetika, nəqliyyat, sənaye, aviasiya, yüksək texnologiyalar, sərmayə qoyuluşu və digər mühüm sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafı üçün böyük potensial mövcuddur".

Məktubda sadalanan sahələrə nəzər yetirdikdə, burada qarşılıqlı iqtisadi-ticarət maraqları, onların içərisində, təbii ki, logistika önəmli yer alır. Bu zaman Orta dəhliz və təbii olaraq, Zəngəzur dəhlizi ön plana çıxır. Məlumdur ki, Ermənistan bu dəhlizə nəzarəti Amerika şirkətinə vermək istəyir. Buna, əlbəttə, Rusiya və İran isti yanaşmır, ancaq rəsmi Tehran müqavimət də göstərə bilmir. Rusiyanın isə müqavimət cəhdləri var; bir yandan Ermənistandakı bazasını gücləndirir, bir yandan, siyasi müxalifəti, kilsəni, Qarabağdan köçmüş separatçıları, terrorçuları səfərbır edərək hökumətə siyasi təzyiqi artırır. Ancaq hələ ki bir nəticəyə nail ola bilməyib.

Zəngəzur dəhlizinə Rusiyanın nəzarəti ilə bağlı məsələdə Ermənistanın mövqeyi aydındır; Nikol Paşinyan hökuməti bunu istəmir, Azərbaycan da bununla razıdır. Nəticədə söhbət Ermənistanın ərazisindən gedir. Ona görə də, ola bilsin, hansısa ortaq bir mövqe əldə olunub, yaxud əldə olunacaq. Azərbaycanın Türkiyə ilə, Türkiyənin Ermnistanla aktiv diplomatik təmasları da bu məqsədə yönəlib. Bunun indilik nəticəsi olaraq, Azərbaycan prezidenti ilə Ermənistan baş naziri arasında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə görüş oldu. Bu, bir neçə cəhətinə görə tarixi görüş idi. Əvvəla, Azərbaycana və Ermənistana eyni siyasi məsafədə dayanan, bölgədə bu iki ölkəni qarşı-qarşıya gətirəcək maraqları olnayan neytral bir platformada keçirildi; ikincisi, heç bir vasitəçinin və ya vasitəçilərin köməyi və təsiri olmadan keçirildi, üçüncüsü, tərəflər öz mövqeyini kənar təsir olmadan formalaşdıra bildi və gündəliyi də birbaşa qarşılıqlı anlaşma yolu ilə tərtib etdi. Bununla da göstərdilər ki, heç bir kənar qüvvənin köməyi olmadan da birbaşa danışıqlar apara, dil tapa bilərlər.

Beş saatlıq danışıqların nəticələri haqqında hələ ki geniş məlumat verilmir. Ancaq rəsmi təsdiqlənməmiş qeyri-rəsmi məlumatlara görə, Azərbaycanla Ermənistan öz aralarında bir sıra məsələlərdə prinsipial razılığa gəliblər. Onlardan biri də Zəngəzur dəhlizi məsələsidir. Ehtimal olunur ki, bu dəhlizə nəzarət ya Amerika şirkətinə, ya da həm Türkiyə, həm Amerika şirkətlərinə həvalə edilə bilər. Yaxud çoxtərəfli nəzarət mexanizmi yaradıla bilər.

Bunlar, təbii ki, ehtimallardır. Ancaq bir şey aydındır ki, Əbu-Dabi görüşü göstərdi ki, bu iki qonşu öz aralarında dol tapıb, münasibətləri normallaşdırmağa yüksək iradə göstərdilər. Bu, məsələnin bir tərəfidir. İkinci bir tərəfdən, dəhlizə nəzarətin necə təşkil olunmasından asılı olmayaraq, Ermənistandan deportasiya olunmuş Azərbaycanlılar dinc və ləyaqətli şəkildə öz tarixi yurdlarına qayıtmalıdır. Bunun Gürcüstan nümunəsi var: Sovet İttifaqı dağıldıqdan sonra Mesheti türkləri Orta Asiyadan Gürcüstana - öz dədə-baba torpaqlarına qayıtmaq imkanı əldə etdi. Azərbaycanın apardığı diplomatiyanın bir əsas hədəfi də Qərbi Azərbaycan icmasının öz tarixi yurdlarına qayıtması və Ermənistan cəmiyyətində öz yerini tutmasıdır. Belə olan halda Qərbi Azərbaycanlıların bir hissəsi də Azərbaycanla Ermənistanı əlaqələndirəcək, Azərbaycanın əsas hissəsini burləşdirən Naxçıvana və oradan Türkiyəyə uzanacaq yolların, eləcə də, Ermənistandan Türkiyəyə açılacaq yolların üzərində məskunlaşacaqlar, çünki tarixən də belə olub. Naxçıvanda bölgə dövlətlərinin, başqa dost ölkələrin şirkətlərinin iştirakı ilə nəhəng iqtisadi proyektlər gerçəkləşəcək; Naxçıvan bölgənin müştərək iqtisadi, ticarət mərkəzi, logistika qovşağı, xüsusi iqtisadi zona kimi inkişaf edəcək, bu özlüyündə bölgədə sülhün iqtisadi qarantiyasına çevriləcək. Eyni zamanda Ermınistana - öz dədə-baba torpaqlarına qayıdacaq Azərbaycanlılar da sülh sazişinin demoqrafik təminatçısı olacaqlar. Bundan başqa onlar Ermənistanın ictimai-siyasi həyatında, biznesdə öz yerlərini tutacaqlar. Bununla da Azərbaycan-Ermənistan münasibətləri də Azərbaycan-Gürcüstan tərfsaşlığı modelində qurulacaq və təbii ki, Gürcüstan-Ermənistan münasibətlərinə də müsbət təsir edəcək. Belə olarsa, Prezident İlham Əliyevin yenidən gündəmə gətirdiyi "Qafqaz evi", "Qafqaz üçlüyü" formatı qurula bilər. Bu, bölgənin hərbsizləşdirilməsinə və dinc inkişafına yol aça bilər. Hər üç Cənubi Qafqaz respublkası arasında möhkəm səmimi birlik yaranarsa, bu, kənar geosiyasi təsirlərdən birlikdə qorunmağa və müstəqil siyasət aparmağa daha geniş imkanlar açar.

Bu baxımdan, bəli, Əbu-Dabi görüşünün, ümumiyyətlə, prezident İlham Əliyevin apardığı aktiv xarici siyasətin hədəfləri çoxşaxəlidir. Bu, sabitliyə və inkişafa əsaslanan bir strategiyadır. Bu, təkcə Ermənistanla sülh sazişi bağlamaq deyil, həm də və daha çox bütün bölgənin dinc gələcəyinə zəmin yaradan strateji xəttdir.

Vaxtilə "hücum diplomatiyası" deyiləndə bunlar nəzərdə tutulurdu. Ancaq, əlbəttə, bu hədəflərə çatmaq üçün hələ uzun yol var. Bu gün əldə olunan nəticələr hələ başlanğıcdır. Hər şey hələ yenicə başlayır...

Bahəddin Həzi, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 14 İyul 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see295

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see278

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see249

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see246

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see233

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see229

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see227

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see219

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see212

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see211

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see208

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see204

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see203

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see201

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see197

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see194

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see191

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see188

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see182

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri