Icma.az
close
up
RU
Hücumdur, akademikə təhqirdir, şəxsiyyətlərimizi endirməyək Professor alimin müdafiəsinə qalxdı

Hücumdur, akademikə təhqirdir, şəxsiyyətlərimizi endirməyək Professor alimin müdafiəsinə qalxdı

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Akademik Nizami Cəfərovun bir neçə gün əvvəl söylədiyi fikirlər cəmiyyətdə müzakirələrə səbəb olub.

Ölkə.Az xəbər verir ki, akademikin “biz gərək dilimizdə, xüsusən də danışıqda təsadüfən işlədilən rus sözlərini də, məsələn, “vopşe”, “tak çto”, “znaçit” kimi sözləri də dilimizin lüğətinə daxil edək” sözləri tənqid hədəfinə çevrilib.

Müzakirələrlə bağlı Ölkə.Az-a danışan filologiya elmləri doktoru, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda "Terminologiya" şöbəsinin müdiri Sayalı Sadıqova N.Cəfərovun fikirlərinin təhrif edildiyini deyib. Onun sözlərinə görə, akademik sözlərin orfoqrafiya lüğətinə daxil edilməsini nəzərdə tutmayıb:

“Mən Nizami müəllimin fikirlərini oxumuşam. O deyib ki, bu sözlər şifahi dilimizə daxil olub. Jurnalistlər başqa cür don geyindirirlər ki, guya o, orfoqrafiya lüğətinə daxil olmağı deyib. Bu, akademikə qarşı olan böyük təhqirdir. Bizim həm danışıq dilimiz, həm də yazılı dilimiz var. Həmin sözlərin heç biri yazı dilimizdə işlənmir, yalnız şifahi danışıq dilində var. Şifahi dildə olduğuna görə hamı işlədir. Nizami müəllim də onu demək istəyir ki, bu sözlər artıq şifahi dilə daxil olub. Bu o demək deyil ki, Nizami müəllim bu sözlərin orfoqrafiya lüğətinə daxil olmasını deyib.

Sadəcə olaraq başlığa o şəkildə çıxarılıb ki, “vopşe”, “tak çto”, “znaçit” sözləri lüğətə daxil edilsin. Bu, N.Cəfərovun fikirlərinin təhrif olunmuş formasıdır. Bizim hər birimizin lüğət fondumuz var və “lüğətimizə daxil olan” sözünü o mənada deyir. 

Nizami Cəfərov Orfoqrafiya lüğətinin Təşkilat Komitəsində yoxdur. Bizim institutun direktoru Nadir müəllimin rəhbərliyi altında yaradılan Təşkilat Komitəsində bunlar hamısı müzakirə olunur. Hansı sözlərin daxil edilməsi təklif olunur. 

Xahiş edirəm ki, tarixi yaradan, xalq qarşısında bu boyda xidmətləri olan alimi jurnalistlər bu şəkildə önə çəkməsinlər. Bütün hər yerdə məlumatlar təhrif olunmuş şəkildə gedib. Tarixi yazan adamlara bu cür münasibət bəsləməsinlər. 

Onun xalq qarşısında həm deputat kimi, eyni zamanda türk dillərinin qorunmasında və inkişafında, Azərbaycan dilinin qorunması haqqında, eləcə də türk dünyasında əlifba komitəsinin yaradılması haqqında müzakirələrdə iştirak edən ən mühüm şəxsiyyətlərimizdən biridir. Gəlin, biz şəxsiyyətlərimizi qaldıraq, endirməyək. Onun sözləri təhrif olunub. Bu, insana psixoloji hücumdur. 

Nizami müəllim demək istəyir ki, dünya dillərinin bir çoxunda müəyyən sözlər işlənir. Məsələn dilimizə elmin inkişafı ilə bağlı alınmalar daxil olur. İşləklik qazananda orfoqrafiya lüğətinə daxil edilir”. 

Billurə Yunus

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:65
embedMənbə:https://olke.az
archiveBu xəbər 19 May 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see706

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see239

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see159

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see155

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see142

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see138

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see138

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri