Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Əvəz Zeynallıya xərçəng diaqnozu qoyulub Bədxassəli şiş artıq “metastaz” verib

Əvəz Zeynallıya xərçəng diaqnozu qoyulub Bədxassəli şiş artıq “metastaz” verib

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Hazırda həbsdə olan Xural TV-nin rəhbəri Əvəz Zeynallının səhhətində ciddi problem yaranıb.

Gununsesi.info xəbər verir ki,
bu barədə jurnalistin xanımı Məlahət Zeynallı sosial şəbəkədə yazıb.

Yadınızdadırsa, bir müddət əvvəl 6 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Əvəz Zeynallının sağlıq durumunda ciddi problemlər yaranmışdı. Müayinəni aparmaq üçün lazım olan UZİ-ni yalnız Ombudsman Aparatına xəbər verdikdən və onlar da bu işə qarışdıqdan 1 ay sonra həbsxanaya göndərməyə müvəffəq olmuşduq. Həkimlər müayinədən sonra nələrdənsə şübhələniblər, az müddət sonra onu Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin Müalicə Müəssisəsinə göndərdilər. 4 dəfə qan vurdular, günlərlə sistem birləşdirdilər, təxminən 1 ay əvvəl Onkologiya Mərkəzinə aparıb, “biopsi” götürdülər. Nəticəsi bayramdan sonraya qaldı dedilər, biz də gözlədik. 10 gün əvvəl nəticəni Əvəz bəyə açıqlayıblar. “Hər şey yaxşıdır” -bizə, ailəsinə müqəddəs yalan deyib, heç kəs üzülməsin deyə. Dünən yanında olduq. Bir iki sual verəndən sonra məntiqsiz və əlaqəsiz cavabları (ümumiyyətlə, yalan danışa bilmir) bizi şübhələndirdi. Çox yalvar-yaxardan sonra həqiqəti söyləməli oldu. Bağırsağında olan bədxassəli şiş artıq “metastaz” verib, xərçəng qara ciyərinə yayılıb. Bu günlərdə “ximiya”ya başlayacaqlar. “Saçımı dibindən qırxdıracam”, – deyib, gülür, “həbsxanada heç kəsin edə bilmədiyini, həkimlər mənə etdi… Fikir eləmə, saçım olmadan da xarizmatikəm…”, – deyir. Nikbinliyi daha da yıxır bizi.

Belə. Əvəz Zeynallı bütün şüurlu ömrünü Vətənə, Azərbaycana xidmət etməklə keçirib. Yemədən, içmədən, günlərlə yuxusuz qalıb, amma vəzifəsini layiqincə yerinə yetirib. İndi saxta ittihamlarla azadlığını əlindən alıb, özünü də xəstə, yarımcan etdilər.

Həbs olunanda 98 kq çəkisi vardı, 25 kq çəki itirib. Məsuliyyətsiz təcridxana rəhbərlərinin “otopleniya”nı vaxtında yandırtmaması nəticəsində buz kimi qarlı havalarda ciyərlərini soyuq aldı. Bu da nəticəsi…

Hərdən düşünürəm ki, qəsdən, bilərəkdən bunları etdilər.

Azərbaycan prezidentinə, ombudsmana, xalqımın bütün təbəqələrinə – ölkənin duyarlı kəsimlərinə, ləyaqətli media nümayəndələrinə, hüquq müdafiəçilərinə, ictimai-siyasi xadimlərə, məsuliyyətli siyasi partiya rəhbərlərinə, xalqımın sadə insanlarına, dünya azərbaycanlılarına səslənirəm: Əvəz Zeynallını, bu millətin Azərbaycan üçün ürəyi yanan daha bir qeyrətli oğlunu ölməyə qoymayın! Vicdanınıza sığının, kimin əlindən nə gəlirsə, onu da etsin. Mən də əlimdən nə gəlirsə, onu edəcəm, daha SƏSİMİZ EŞİDİLƏNƏ KİMİ…

Əfv prezidentin birbaşa səlahiyyətindədir. Hər gün Əvəz Zeynallının həyatı üçün ciddi bir təhlükədir. Humanistlik edib, onu özəl qərarla fərd olaraq da əfv etmək, müalicəsini diqqətdə saxlamaq olar. Sonra çox gec ola bilər. Vaxt çox azadır. Hər saniyə dəyərlidir. Əgər ona bir şey olarsa, bu tarixdə silinməyən qara ləkə olaraq qalacaq.

Çox təəssüf ki. gözlərində olan problemlər də hələ qalır. Bir gözündə görmə qabiliyyəti kəskin aşağı düşüb, nə baxan var, nə də yoxlatdıran. Özümüzə də qaytarmırlar ki, müayinəsini də, müalicəsini də özümüz edək. Bütün qapıları bağlamaq məsələni çözmək demək deyil axı… İnanın, başqa bir millətin Əvəz Zeynallı kimi oğlu olsaydı, onu yaşatmaq üçün nələr etməzdi.

Bilirəm, tanıyıram onu. Bilirəm ki, həyatında daha bir şanlı mübarizənin bəyaz səhifəsini açır: Yaşamaq mübarizəsinin… Dualarımız və varlığımız onunladır. O harda olacaqsa, biz də yanındayıq.

P.S. Ötən 3 ildə özünü bizə dost bilən onlarla insan, həmkar “Məlahət xanım, nəyəsə ehtiyacınız olsa, deyin”, deyiblər. Bir dəfə də olsun onlara müraciət etməmişəm. İndi edirəm: “ Bu gün lazımsınız, sabah gec olacaq!

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 13 Aprel 2025 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see201

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see196

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see182

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see163

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see161

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see158

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see158

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see146

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see140

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see134

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see131

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see130

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see127

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see125

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see120

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri