Icma.az
close
up
RU
Hüquq sistemində yeni dövr: Özəl icra məmurları modeli bizə nə verəcək?

Hüquq sistemində yeni dövr: Özəl icra məmurları modeli bizə nə verəcək?

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Azərbaycan məhkəmə-hüquq sistemində son illərin ən mühüm islahatlarından biri həyata keçirilmək üzrədir. Ölkədə ilk dəfə olaraq özəl icra məmurları institutunun tətbiqinə başlanılır. Bu yenilik məhkəmə qərarlarının icrasında çevikliyi və effektivliyi artırmağa yönəlmiş mühüm addımdır. Uzun illərdir ki, Azərbaycanda məhkəmə qərarlarının icrasını yalnız Ədliyyə Nazirliyinin İcra Xidməti həyata keçirirdi. Lakin məhkəmə qərarlarının sayının çox olması, bəzən icrası ilə bağlı ləngimələr cəmiyyətdə, xüsusilə də biznes mühitində müəyyən suallar yaradır, iqtisadi münasibətlərə təsirsiz ötüşmürdü. Milli Məclisdə birinci oxunuşda müzakirəyə çıxarılan və qəbul edilən “Xüsusi icra məmurları haqqında" qanun layihəsi bu çətinliklərin həllinə yönəlib. Yeni qanun layihəsinə əsasən, artıq məhkəmə qərarları həm dövlət, həm də özəl icra məmurları tərəfindən icra edilə biləcək. Özəl icra məmurlarının səlahiyyətləri dövlət icra məmurlarının səlahiyyətləri ilə eyni olacaq. Onların verdiyi qərarlar hüquqi qüvvəsinə görə bərabər tutulacaq və dövlət orqanları da daxil olmaqla bütün şəxslər tərəfindən məcburi icra ediləcək. 
Özəl icra məmurları mexanizmi beynəlxalq təcrübədə - Avropa və bir sıra inkişaf etmiş ölkələrdə artıq uzun illərdir uğurla tətbiq olunur, icra prosesində hüquqi təhlükəsizliyi təmin edir və effektiv model kimi qiymətləndirilir. Xüsusilə Belçika, Litva, Almaniya, Fransa və Avstriyada özəl icra məmurları məhkəmə qərarlarının icrasında mühüm rol oynayırlar. Özəl icra məmurları dövlət tərəfindən lisenziyalaşdırılır, lakin sərbəst fəaliyyət göstərirlər. Onlar təskcə məhkəmə qərarlarını icra etmir, həm də sənədlərin rəsmi çatdırılması, borcun könüllü icrası və mübahisələrin alternativ həlli xidmətlərini təklif edirlər. 
Azərbaycanda tətbiqinə hazırlaşılan yeni modelə əsasən tələbkar – yəni məhkəmədə qalib gələn tərəf artıq icra sənədini almaq üçün məhkəməyə özü müraciət edəcək və icranı öz seçdiyi icra məmuruna verə biləcək. Bu yanaşma müasir Avropa təcrübəsinə uyğundur və vətəndaşa seçim azadlığı verir. Seçim imkanının yaradılması bazar prinsiplərinin hüquq sistemində tətbiqi baxımından mütərəqqi addımdır. Əgər tələbkar heç bir seçim etməzsə, icra sənədi avtomatik olaraq dövlət İcra Xidmətinə göndəriləcək. Beləliklə, həm dövlət, həm özəl icra institutları paralel şəkildə fəaliyyət göstərəcək, bu da sağlam rəqabət mühiti yaradacaq. Yeni qanunla yaradılması nəzərdə tutulan Xüsusi İcra Məmurlarının Palatası özəl icra məmurlarının fəaliyyətini tənzimləyəcək, onlara nəzarət edəcək və peşə standartlarının qorunmasını təmin edəcək. 
Azərbaycan üçün bu yeni sistem ciddi uğur potensialına malikdir. Lakin beynəlxalq təcrübə göstərir ki, bu cür islahatların effektivliyi bir sıra əsas şərtlərlə təmin edilir. Bunlara şəffaf və ədalətli lisenziyalaşdırma prosesi, müəyyən olunmuş xidmət haqlarının ictimaiyyətə açıq olması, peşə etikası və məsuliyyət mexanizmlərinin gücləndirilməsi, Palatanın effektiv və müstəqil fəaliyyət göstərməsi daxildir. Özəl icra institutunun uğuru ilk növbədə, seçilən icra məmurlarının peşəkar keyfiyyətindən, məsuliyyətindən və vətəndaşlara münasibətindən asılı olacaq. Bu sistemin uğurlu tətbiqi Azərbaycanda məhkəmə qərarlarının icrası ilə bağlı əhəmiyyətli dərəcədə yüksək nəticələrə səbəb olacaq. 
Özəl icra məmuru modelinin tətbiqi Azərbaycanın məhkəmə-hüquq sisteminin liberallaşdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm addımdır. Özəl icra məmurlarının hüquq sistemimizə daxil edilməsi bu sahədə mövcud olan çətinliklərin həlli üçün əsl dönüş nöqtəsi ola bilər. Bu islahatın uğurla həyata keçirilməsi, hüquqi dövlət quruculuğu, iqtisadi münasibətlərin qorunması və vətəndaş məmnuniyyəti üçün ciddi imkanlar açır. Xüsusi icra məmuru modelinə keçid sahibkarlıq və kommersiya sektoru üçün müsbət dəyişikliklərə səbəb olacaq. Xüsusilə qərarların tez icrası daha effektiv hüquqi, iqtisadi mühitin yaranması baxımından əhəmiyyətlidir. Bu mexanizm yalnız icra prosesini sürətləndirmək və effektivliyi artırmaqla kifayətlənmir, eyni zamanda vətəndaş-məhkəmə münasibətlərində etimadı gücləndirir. Hüququn aliliyini təmin etmək, məhkəmə qərarlarının real həyatdakı təsirini artırmaq və icra prosesini daha şəffaf etmək üçün bu islahatın əhəmiyyəti danılmazdır. Azərbaycanın hüquqi sistemində bu dəyişiklik bir daha sübut edir ki, çevik və müasir idarəetmə institutlarına keçid artıq geri dönməz bir mərhələyə qədəm qoyub. Artıq Azərbaycanda hüquq sistemində yeni bir dövr başlayıb. Bu dövr daha çevik, daha effektiv və daha ədalətli hüquq mühitinə doğru atılan mühüm addımdır.
Çinarə Ağayeva
hüquqşünas, biznes konsultant
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 İyul 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri