Icma.az
close
up
RU
İçimdə fırtınalar qopsa da, hər zaman pozitivəm Səsin izi ilə

İçimdə fırtınalar qopsa da, hər zaman pozitivəm Səsin izi ilə

Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.

Hər səsin bir ünvanı var. Bəziləri dərhal eşidilir, bəziləri isə kütlə səs-küyünün arasında itib gedir. Bu gün müasir Azərbaycan musiqisində yaranan gurultu içində bəzən o səslər eşidilmir, zövqlər qarışır, istedadlar isə kölgədə qalır. Amma gələcəyə ümid sonsuzdur. Çünki Azərbaycan musiqisində yeni adlar, yeni səslər doğulur. Biz də həmin səslərin izinə düşürük. Azərbaycan musiqisinə yeni nəfəs gətirən, amma hələ geniş auditoriya tərəfindən kifayət qədər kəşf edilməmiş gəncləri "525-ci qəzet"in yeni - "Səsin izi ilə" rubrikasında oxuculara təqdim edəcəyik. Hər şənbə bir gənc, bir səs, bir hekayə, bir ümid... Çünki istedad eşidilməyə layiqdir. Bu rubrika istedadın ünvanıdır.

"Səsin izi ilə..." rubrikasının ilk qonağı gənc və istedadlı müğənni Elyanə Arslandır. Estrada musiqisinin yeni və maraqlı simalarından biri - Elyanə Arslan sənət yolunda ilk addımlarını atsa da, artıq diqqət çəkməyi bacarıb. Uzun illər Türkiyədə fəaliyyət göstərən Elyanə xanım hazırda Azərbaycan musiqi sektoruna daxil olmağa hazırlaşır. O, tanınmış bəstəkar Gövhər Həsənzadənin yetirməsi kimi sənət yolunda zəhmət və zənginlik axtarışını bir araya gətirir. Səmimi, emosional və eyni zamanda məqsədyönlü biri kimi, o, musiqidə təkcə səs deyil, ruh yaratmağın vacibliyinə inanır. Onunla həm sənət, həm də həyat barədə danışdıq:

- Elyanə xanım, musiqiyə gəliş yolunuz necə başladı? Bu sahədəki ilk addımlarınızı necə xatırlayırsınız?

- Musiqiyə gəlişim 2005-ci ildə "Yeni ulduz 4" müsabiqəsi ilə olub. Ondan sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil oldum. Əslində vokal ixtisasını istəyirdim, ancaq ailəm oxumağıma qarşı olduğu üçün məcburən rejissorluq ixtisasını seçdim. 2011-ci ildə "Avroviziya" mahnı müsabiqəsinin Azərbaycan seçim turlarına qatıldım. Elə həmin il Türkiyədən gələn dəvətlə "Star Akademi" müsabiqəsində də iştirak etdim. Onunla da Türkiyədəki fəaliyyətim başladı. "Star Akademi"də Ajda Pekkan, Sertab Ərənər, Samsun Dəmir kimi münsiflər heyətindən dəstək gördüm. Orada müəllimim Sezen Aksunu ilk dəfə səhnəyə çıxaran çox gözəl bəstəkar və musiqiçi Atilla Özdəmiroğlu oldu. Allah ona rəhmət eləsin! 13 il Türkiyədə yaşadım, fərqli televiziyalarda musiqi verilişlərinin aparıcısı oldum. Həmçinin, müxtəlif məkanlarda səhnəyə çıxdım, böyük konsertlərdə iştirak elədim. İndi isə ailəmin rəsmi işlərilə əlaqədar Azərbaycana qayıdaraq fəaliyyətimi burada davam etdirmək qərarına verdim. Bu yolda da ən böyük dəstəkçim Türkiyə sənət cameəsi ilə sıx əməkdaşlığı olan hörmətli bəstəkarımız Gövhər Həsənzadədir.

- Gövhər Həsənzadə ilə tanışlığınız necə başladı? Onun yetirməsi olmaq sizin üçün nə ifadə edir?

- Bu tanışlıq Azərbaycanda ilk işbirliyi 1995-ci ildən Gövhər xanımla başlayan,Türkiyənin tanınmış şairi Ayşə Birgül Yılmazın vasitəsilə oldu.  Türkiyəyə getdiyim ilk vaxtlardan Ayşə xanım mənə çox dəstək olub, mənəvi anam kimi idi. Məni Gövhər xanımla tanış edən də Ayşə xanım oldu. Mən buna da inanıram ki, kimsə kimisə tanış edə bilər, amma Gövhər xanım istedadına, səsinə inanmadığı heç kimi yaxına buraxmaz. Gövhər xanım bizim üçün bir məktəbdir. Mən bacardığım qədər daha çox onun yanında olmağa çalışıram ki, yenə də nələrsə öyrənim. Onunla tanışlığımdan və çıxdığımız yoldan çox xoşbəxtəm. Çünki Gövhər Həsənzadə məktəbinin tələbəsi olmaq sənətə bir addım öndə başlamaq deməkdir.

- Özünüzü şanslı insan hesab edirsiniz?

- Bəli, çox şanslı insanam. Amma onu da deyim ki, həyatımda baş tutmayan heç nə üçün təəssüflənmirəm. Düşünürəm ki, əgər bir şey olmursa, gecikirsə, demək ki, Allah onun ən gözəlini hazırlayır mənim üçün, ona görə gecikir. Həmişə buna inanmışam. İndi də elə hiss edirəm ki, hər şey gözəl olacaq.

- Türkiyədə qazandığınız təcrübə və səhnə həyatı sizə nələri öyrətdi?

- Biz Türkiyə şou-biznes təcrübəsini hər zaman özümüzə örnək götürürük. "Star Akademi"də biz çox gözəl yetişdirildik. Hətta səhnədə duruş, baxış, yeriş belə, bir sözlə, əsl səhnə mədəniyyəti öyrədilirdi. Ancaq mənə orada da hər zaman münasibət fərqli idi. Müəllimlərim məni hər kəsdən fərqləndirirdilər, mənimlə özəl məşğul olurdular. Çünki mən yaradıcı emosiyalarımla çərçivələrə sığmayan bir ifaçı idim. Hər şey ruh halımdan asılı idi. İndi də elədir. Fikrimcə, yaradıcı insan elə bu cür olmalıdır. Bu gün Gövhər xanımın hər ifaçıya individual yanaşması inkişafımda mənə çox böyük dəstək verir. Məhz səhnədə hansı obraz olduğumu da o kəşf edərək, tamaşaçının qəlbinə aparan o şərəfli, keşməkeşli və çox uzun yolu fəth etməyimə dəstək verir. Sözləri və musiqisi Gövhər xanıma aid olan "Bezmişəm" adlı ilk mahnımız, düşünürəm, çağdaş estradamızda fərqliliyimi nümayiş etdirəcək. Bu mahnı ilk Ayşə xanımın "Dönəməm, yeminliyim" sözlərinə bəstələnmişdi. Daha sonra həmin sözlərlə də ifa edəcəyik. Fərqliliyi sevirəm. Qatıldığım müsabiqələrdə ifalarımdan əlavə, geyimlərimlə də yadda qalmışam. Hətta kibrit çöpündən, "butulka" qapaqlarından səhnə geyimləri hazırlamışdıq mənə. Demirəm ki, açıq-saçıq geyinmişəm, yox, fərqlilik açıq-saçıqlıq deyil. Universitet illərində də öz rəngli, fərqli geyimlərimlə seçilirdim. Hətta buna görə rektorumuz tərəfindən dəfələrlə danlanırdım, amma səhnə danışığı müəllimim Könül Axundova məni hər zaman müdafiə edirdi ki, o, yaradıcı insandır və özünü bu cür ifadə edir.

- Türkiyə və Azərbaycan musiqi mühiti arasında hansı fərqləri hiss etdiniz? Bu fərqlər sizin yaradıcılığınıza necə təsir edir?

- Türkiyədə bayağı və səviyyəli musiqi anlayışları yoxdur. Orada ancaq janrlara önəm verilir, vəssalam. Hər kəs öz janrında oxuyur, hər kəsin də öz dinləyicisi var. Amma kim nə oxusa da, onun ən peşəkarını eləməyə çalışır. Orada müğənnilər əlçatmazdır. Hər kəs gözləyir ki, müğənninin konserti olsun, gedib bilet alsın, diski çıxsın, onu əldə etsin və sair. Müğənnilər də peşəkarlara öz işlərini həvalə edərək formalaşırlar və maddi qazanırlar. Bizdəki kimi yarımçıq iş görərək, məhdud şərtlərlə musiqi materiallarını efirlərdə nümayiş etdirmirlər. Məclis - əyləncə ifaları ilə efir - konsert ifalarının fərqinə varmaq lazımdır. Türkiyə efirlərinə çıxmaq, nə isə etmək heç də asan deyil. Şükürlər olsun ki, mən İstanbul kimi nəhəng şəhərdə təkbaşıma, cüzi də olsa, nəsə etməyi bacardım.

- Oradakı ən böyük uğurunuz nəyi hesab edirsiniz?

- Oradakı ən böyük uğurum Atilla Özdəmiroğlu kimi dahi bir bəstəkarla tanış olub, ondan dərs almağım oldu. Mən illər öncə qarmon təhsili almışdım, sonra isə akardeon ifa edirdim. "Star Akademi"yə də öz akardeonumla getmişdim. Elə oldu ki, Bakıya gələrkən akardeonu özümlə gətirə bilmədim və verdim Atilla bəyə. O niyyətlə verdim ki, apara bilmirəm, siz hansısa musiqiçinizə, ya kiməsə verərsiniz. Təxminən iki il sonra - Atilla müəllimin vəfatından bir neçə ay öncə yenidən Türkiyəyə qayıdanda onu ziyarətə getdim və o, sürpriz kimi həmin akardeonu mənə təqdim etdi. Sən demə, mənim akardeonumu saxlayıbmış. Bu, mənim üçün unudulmaz bir xatirədir. Fikrimcə, mənim Türkiyədəki ən böyük uğurum gözəl insanlarla yolumun kəsişməsidir.

- Öz musiqi üslubunuzu necə xarakterizə edərdiniz? Hansı janr sizə daha doğmadır?

- Əslində, pop janrında başladıq, amma indi Gövhər xanımla pop-rok janrı üzərində qərarlaşdıq. Mən öz aləmimdə bu ifaya melodik axarına və milli vokal çalarlarına görə "incə rok" adını qoymuşam.

- Sizcə, Azərbaycan tamaşaçısı, dinləyicisi sizi nə ilə fərqləndirəcək?

- Dünyanın ən tələbkar və incə ruhlu dinləyiciləri Azərbaycandadır. Hələlik ilk fərqim adımdır. Səhnədə tək Elyanə mənəm. İkincisi, illər ərzində mən də yox idim, Gövhər Həsənzadə də müğənnilər yetişdirmirdi və elə buna görə də indi hər kəsin qınağına tuş gəlir. Düşünürəm, illər sonar onun mənimlə yaradacağı musiqi məhsulları mənim də fərqimi üzə çıxaracaq inşallah. İllər sonra Gövhər xanımın səhnəyə, musiqiyə təqdim etdiyi adlardan olmaq özü fərqlilikdir.

- Musiqidən kənarda necə bir insansınız? Dinləyicilərinizə sizi daha yaxından tanıdacaq hansı xüsusiyyətinizi bölüşmək istərdiniz?

- İnsanları çox sevirəm. Mənə qarşı edilmiş ən betər pisliyə belə öz-özlüyümdə səbəb tapmağa, qarşımdakına haqq qazandırmağa çalışıram. İnsanların pis ola biləcəyinə inanmaq istəmirəm. Bəzən bu xasiyyətim həm həyatda, həm də sənətdə mənə mane olur, amma dəyişə bilmirəm. Çünki başqa cür yaşamaq çox çətindir. İçimdə nə qədər fırtınalar qopsa da, hər zaman pozitiv, çılğın və enerjiliyəm. Müəllimim Könül xanım deyirdi ki, sən harada yoxsansa, orada olmaq istəyirsən. Bu cümləni çox sevirəm. Bəli, harada yoxamsa, orada olmağa can atıram.

Eyni zamanda, ta uşaqlığımdan öz cəsarətimlə seçilmişəm. Hətta evdə bacılarımın səhvlərini belə həmişə öz üstümə götürərdim, özümü qabağa verərdim. Dostluqda sədaqətli və fədakaram. İnanıram ki, qarşıma çıxan yaxşı insanlar, qazandığım uğurlar da bu xüsusiyyətimin, bu addımlarımın cavabıdır. Çünki mən heç zaman heç kimsəyə qarşı içimdə pis niyyət daşımamışam.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 29 Aprel 2025 22:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see472

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see360

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see301

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see299

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see256

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see253

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see253

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see243

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see233

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see233

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see230

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see226

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see222

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see217

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see209

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see208

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see198

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see198

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see194

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri