İçməli su texnologiyasını digər ölkələrlə paylaşmağa hazırıq İsrail rəsmisi AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Biz kənd təsərrüfatında suyun yenidən istifadəsində dünya lideriyik. Suvarma üçün yeni texnologiyalar tətbiq edirik.
APA xəbər verir ki, bunu COP29 çərçivəsində keçirilən "İqlim, Təbiət və İnsanlar üçün Su Həyat Xəttinin Təbliği" yüksək səviyyəli açılış tədbirində çıxışı zamanı İsrail Meteorologiya Xidmətinin baş direktoru Əmir Givati deyib.
O bildirib ki, İsrail onilliklərdir su qıtlığı ilə üzləşir. Yağıntı az düşür, ya da qısa müddətdə böyük həcmdə yağıntı olur. Buna görə də iqlim dəyişikliyinin təsirləri nəzərə alınmalıdır. İsrail bunun üçün həll yolları təklif edir: “İçməli suyun əksəriyyətini Aralıq dənizindən suyun duzsuzlaşdırılması yolu ilə əldə edirik. İsrail bu bilik və texnologiyanı qonşu və digər ölkələrlə paylaşmağa hazırdır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 21 Noyabr 2024 14:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















