Icma.az
close
up
RU
İcra başçıları Bakıda bina tikə bilməyəcək Tikinti maqnatlarına qadağa

İcra başçıları Bakıda bina tikə bilməyəcək Tikinti maqnatlarına qadağa

Manset portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son illərdə ölkənin müxtəlif bölgələrində, həmçinin paytaxt Bakıda icra başçılarının "tikinti maqnatı" kimi fəaliyyət göstərməsi və bu sahədə qanunsuz addımlar atması ilə bağlı xəbərlər geniş müzakirə mövzusu olub. Qeyri-qanuni yollarla inşa edilən və satılan binalar həm əmlak bazarında neqativ təsirlər göstərib, həm də tikinti sahəsində qanunvericiliyin pozulması ilə bağlı ciddi narahatlıqlara səbəb olub.


Manset.az Modern.az-a istinadən xəbər verir ki, Bakıda icra başçılarının bina tikintisi ilə məşğul olmasına qadağa qoyulub.

Artıq icra başçıları paytaxt ərazisində çoxmərtəbəli binaların, həmçinin həyət evlərinin tikintisi və satışı ilə məşğul ola bilməyəcəklər.

Bakı şəhərində qanunsuz tikinti halların qarşısını almaq məqsədilə yeni qaydaların tətbiq olunduğu bildirilir. Bu qadağa ilə paytaxt ərazisində qanunsuz tikintilərin azalması və tikinti sahəsində şəffaflığın təmin edilməsi məqsədinin güdüldüyü qeyd olunur.

Məsələ ilə bağlı rəsmi açıqlama verilməsə də, qərar yerli icra strukturlarının fəaliyyətinə daha ciddi nəzarət ediləcəyini göstərir.

Qərarın qəbul edilməsində ötən il təsdiqlənmiş Bakının Baş Planının da mühüm rol oynayıb. Baş Plan paytaxtın şəhərsalma qaydalarının nizamlanması, qeyri-qanuni tikintilərin qarşısının alınması və müasir şəhərsalma standartlarının tətbiqi məqsədi daşıyır. Bu sənəd çərçivəsində Bakı şəhərində tikinti sahəsində fəaliyyətlərin ciddi nəzarət altına alınması və şəffaflığın artırılması nəzərdə tutulur.

Ekspertlər deyir ki, icra başçılarının tikinti fəaliyyətinə qadağa qoyulmasının əmlak bazarına və şəhərsalma qaydalarına mühüm təsiri olacaq. Qeyri-qanuni tikintilərin azalması nəticəsində bazarda rəqabət mühiti sağlamlaşacaq.

Eyni zamanda, tikinti sahəsindəki bu qərar şəhərin ümumi arxitekturasının Baş Plana uyğun şəkildə inkişafına töhfə verəcək və şəhərsalma qaydalarının daha dəqiq tətbiqinə imkan yaradacaq. Bu dəyişikliklərin tikinti sektoru və əmlak bazarına uzunmüddətli təsirləri isə yaxın illərdə görünəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 10 Yanvar 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri