Icma.az
close
up
RU
İcra başçısının oğlunun rəhbərlik etdiyi şirkətin gəlirləri azaldı

İcra başçısının oğlunun rəhbərlik etdiyi şirkətin gəlirləri azaldı

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Təmiz Qaz” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) xalis mənfəəti azalıb.

Bu barədə İqtisadiyyat.az şirkətin maliyyə maliyyə və audit hesabatına istinadən material hazırlayıb.

Məlumata görə, şirkət ötən ili 9 milyon 876 min manat xalis mənfəətlə başa vurub. Halbuki QSC-nin 2023-cü ildəki xalis mənfəəti bundan 17 faiz çox - yəni 11 milyon 961 min manat təşkil edib. 

Hesabata əsasən, "Təmiz Qaz”ın ötən il əsas əməliyyat gəlirləri də azalaraq 34 milyon 91 min manata düşüb. Bu isə əvvəlki illə müqayisədə 5 milyon 227 min manat azalma deməkdir.

Eyni zamanda şirkətin hesabat ilində satışın maya dəyəri üzrə xərcləri də azalaraq 2 milyon 290 min manata enib, halbuki əvvəlki il bu rəqəm 2 milyon 626 min manata çatırdı. Beləliklə, "Təmiz Qaz”ın 2023-cü illə müqayidəsə 2024-cü ildəki ümumi mənfəəti 36 milyon 700 min manatdan 31 milyon 800 min manata düşüb. 

Ötən il şirkətin əməliyyat mənfəəti isə 12 milyon 478 min manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 2 milyon 463 min manat azalma deməkdir.

Hesabat dövründə QSC-nin inzibati xərclərində də 2 milyon 500 min manata yaxın azalma qeydə alınıb. Şirkətin sair əməliyyat xərcləri isə 22 min 236 manatdan 206 min 207 manata qalxıb.

Ötən il "Təmiz Qaz”ın ümumi aktivləri əvvəlki illə müqayisədə 11 milyon 448 min manatdan 10 milyon 64 min manata düşüb. Bu azalmanın həcmi 1,4 milyon manata yaxın olub.

Belə ki, şirkətin cəmi uzunmüddətli aktivləri 721 min manata yaxın azalaraq 2 milyon 669 min manata, cəmi qısamüddətli aktivləri isə 663 min manat azalaraq 7 milyon 395 min manata düşüb.

Beləliklə, 2024-cü ildə "Təmiz Qaz”ın cəmi kapitalı 8 milyon 504 min manata düşüb, bu isə əvvəlki illə müqayisədə 760 min manat azalma deməkdir. 

Xatırladaq ki, 2014-cü ildə əsası qoyulan "Təmiz Qaz” layihəsi 2016-cı ilin mart ayından etibarən müstəqil şirkət kimi fəaliyyətə başlayıb. Şirkət Azərbaycanın müxtəlif şəhər və rayonlarında yerləşən müəssisə və təşkilatlara yeraltı və yerüstü qaz xətləri, texnoloji quyular (qaz, su, telefon, kanalizasiya) üzrə texniki xidmətlər göstərir.

Qeyd edək ki, "Təmiz Qaz” QSC-nin direktoru Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovun oğlu Xətai Hətəmovdur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 03 Sentyabr 2025 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri