İcra başçısının qəbul keçirdiyi otaqda istilik yoxdur FOTOLAR
Unikal.az saytına istinadən Icma.az xəbər verir.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov Piran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Piran və Zərigüməco kəndlərinin sakinləri ilə görüş keçirib.
"Unikal" “Qaynarinfo”ya istinadən xəbər verir ki, fotolarda həmin görüş zalında sakinlərin oturduğu hissədə deyil, yalnız Ə.Abbasovun oturduğu masanın yanında iki istilik sobasının qoyulması diqqət çəkib.
İcra başçısının keçirdiyi görüş zalında istilik olmaması və buna görə oturduğu masanın arxasına elektrik qızdırıcılarının qoyulması müzakirələrə səbəb olub.
Maraqlıdır ki, görüşdə sakinlər tərəfindən elə elektrik təsərrüfatının yenilənməsi, içməli su probleminin həlli kimi bir neçə müraciət səsləndirilib. Əksər vətəndaşlar otaqda gödəkçə ilə əyləşiblər.
Qeyd edək ki, görüş 8 yanvar tarixində keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 10 Yanvar 2025 11:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















