Icma.az
close
up
RU
İctimai nəqliyyat qədər maraqlı BİZlər...

İctimai nəqliyyat qədər maraqlı BİZlər...

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Bəzilərimiz böyüsək də, yetkinləşsək, ahıl yaşa çatsaq da, hələ də özümüzü apara bilmirik. Bu, çox yerdə görünür, müşahidə edilir, lakin ictimai nəqliyyat vasitələrində, ona aid dayanacaqlarda, platformada həm göz-gözə görünür, həm də nifrətə səbəb yaradır...

Vallah, adamın ağlamağımı, gülməyimi, əsəbləşməyimi, əsəbindən ölməyimi gəlir, hansı olur, deyə bilmərəm, amma onu deyə bilərəm ki, elə bir gün olmaz ki, bu hisslərin birini keçirmədən ya işə gəlib çıxa biləsən, ya da evə gedib çata biləsən.

Məsələn, dayanmısan avtobus dayanacağında, gözləyirsən. İndi də gözləmək bir qədər uzun çəkir, bu artıq hər kəsə məlumdur.

Hə, mətləbə gəlim. Gözləyirsən ki, indi marşrut gələr, bir azdan gələr. Gözləyirsən də, nə edəsən? Bir də baxırsan ki, arxadan bir nəfər tüpürdü və o tüpürcək gəlib düz sənin qarşında bərqərar oldu. Nə deyəsən, dönüb geri baxmağı məsləhət görmürəm. Çünki arxada mədəniyyət sarıdan kasıb əhval-ruhiyyədə olan adamın sifətinin ürəyinizi sıxacağından ehtiyat edirəm. Bəs nə edəsən, elə yerindəcə deyinəsən? Deyinə bilərsən, lakin nə fayda. Qaldı tənbeh etməyə, bunu da etsən, gərək dava düşə ortaya. Çünki həmin o tüpürən var ha, onda mədəniyyətdən əsər-əlamət olsa, əsla tüpürməz. Elə buna görə də inanın ki, bir söz desəniz, sizi günahkar çıxaracaq.

Daha sonra enirsən metroya ki, ya işə tez çatasan, ya da evə. Platformada yanından əlində çar-çanta ilə biri elə sürətlə ötüb keçir ki, inanın, az qalırsan düşəsən qatar yoluna. Ay qardaş, ay bacı, hələ nə qatar var, niyə tələsirsən, hara tələsirsən? Guya elə qatar gələn kimi minib gedəcəksən? Bu olardı tətildən əvvəlki vaxt ki, bir, iki deyib qatarları yola salandan sonra üçüncüyə minsən, bu da Allahın qisməti, sənə bəxşişi ola bilərdi. İndi ki, sakitlikdi, qoy qatar gəlsin dayansın, içindəki sərnişinlər ensin, min də, bəs belə iş olmaz axı...

Yaxşı, bir təhər qatara minmək nəsib, qismətin oldu. Ta qaldın qatarda, İndi gəl, en görüm, necə enirsən? Nə qapının ağzındakılar buna yol verəcək, nə də platformada dayanıb qapının açılmasını və özünü vaxt itirmədən içəriyə salmaq istəyən sərnişinlər. Sən qalırsan ortalıqda, xınc-mınc olandan sonra bir təhər ya bayıra çıxa bilirsən, ya da qatar yola düşür, bir stansiya da irəli getmiş olursan. Əsəblərin pozulur. Lakin nə fayda...

Olur da, Allahın işidir, təsadüflərin təsadüfü nəticəsində ya metroda qatarda, ya da marşrut avtobusda əyləşmisən, görürsən ki, yanındakı yer boşdur, papağını, ya da əlindəki çantanı da oraya qoyursan. Bunları əldə də saxlamaq olar da. Düzdür, boşdur, lakin o yer axı bizim papaq, çantalarımız üçün deyil. Gərəkdir ki, bir sərnişin gəlib başımızın üstündə dayana, ondan xeyli sonra bizə çata ki, əşyanı götür, qoy adam əyləşsin...

Maraqlıdır, vallah, bizim hər işimiz maraqlıdır. Bakıda ictimai nəqliyyatın fəaliyyəti nə qədər maraqlıdırsa, heç özümüzü kənara çəkməyək, bizim hərəkətlərimiz, ictimai nəqliyyatda davranışlarımız ondan da maraqlıdır.

Bəs çarə nədir? Çarə odur ki, özümüzə cavabdeh olaraq özümüzdə dönüş yaradaq. Papağımızı boş sərnişin oturacağına yox, qarşımıza qoyub bir fikirləşək. Fikirləşək ki, düzgün hərəkət edəcəyimizə qərar verək. Yoxsa, vallah, belə olmaz...

Mətanət Məmmədova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 Noyabr 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri