Icma.az
close
up
RU
İctimai nəqliyyata, alternativ vasitələrə və piyada hərəkətə yönəlmək nəqliyyat sıxlığını azalda bilər

İctimai nəqliyyata, alternativ vasitələrə və piyada hərəkətə yönəlmək nəqliyyat sıxlığını azalda bilər

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

2024-cü ildə müxtəlif icarə xidmətlərindən hər gün ortalama 2800 skuter sifarişi edilib. 2024-cü ilin son 4 ayında, 2 milyon 133 min km yol velosiped və skuterlərlə qət olunub, 460 min nəfər bu vasitələrdən istifadə edib, 800 min dəfə velosiped və skuter sifarişi edilib, 103 min nəfər proqram təminatında qeydiyyatdan keçib. Bəli, artıq Bakı küçələrində skuterlərə də üstünlük verənlər var. Bununla yanaşı, skuter və velosiped yollarının ayrılmasından narazı olanlar da az deyil. Qeyd edilir ki, Bakıda velosiped və skuterlərə o qədər üstünlük verən olmadığı halda zolaqların ayrılması avtomobil yollarının daralmasına səbəb olur ki, bu da tıxacla nəticələnir.

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Bakıda keçən il də tıxac var idi, bu il də tıxac var.

Rauf Ağamirzəyev

“Mikromobil, velosiped, skuter üçün şərait yaradılmırsa, istifadəçi sayı necə arta bilər? Davamlı bir yol yoxdursa, xaotik bir hərəkət varsa, bu artaraq gedəcək. Skuterlərin nə qədər xaotik hərəkətləri var idisə, indi onların şəhərin mərkəzində artıq zolaqları var və sayları artıb. Keçən ilin 11 ayı ərzində görülmüş çox böyük bir işdir. İcarəsi təmin olunmuşdur. Bütün arqumentlərə əks olaraq bu gün artıq onun datası var. Yəni, gün ərzində nə qədər istifadə olunur, ay ərzində nə qədər istifadə olunur. İcarəsi keçən ilin sonundan fəaliyyətə başlayıb. Bu il daha da artım müşahidə edəcəyik. Keçən illə müqayisə aparanda, daha aydın bir mənzərə ortaya çıxacaq. Bunu ciddi təbliğ etmək lazımdır ki, insanlar daha çox alternativ növlərə yüklənsinlər. Bu günə qədər total təbliğat hələ də davam edir”-deyən ekspert qeyd edib k, digər hərəkət iştirakçılarına da özəl bir təbliğat aparılmalıdır.

“Piyada infrastrukturu və piyada hərəkət edənlər barəsində mikromobillik, ictimai nəqliyyat - bunların hamısı ciddi təbliğ olunmalıdır və problemlər də gündəlik əsasla müzakirə olunmalıdır”-deyən Rauf Ağamirzəyev bildirib ki, əgər yalnız avtomobildən danışarıqsa, o zaman bu dairədən çıxa bilməyəcəyik.

Ekspert qeyd edib ki, narazılıq edənlərin çoxu avtomobil sürücüləridir. Rauf Ağamirzəyev hesab edir ki, digər maraqlı məqam bir çox insanın ictimai nəqliyyata yönəlməsidir.

“Bu gün şəhərdə avtomobil sürmək özü bir stresdir. Amma ictimai nəqliyyatla ayrılmış zolaqla şəbəkə halında daha tez çatmaq olur. Görülmüş işlərə ciddi nəzarət edib, əldə olunmuş nəticənin daha da artırılması istiqamətində tədbir görmək lazımdır. Görülən işlərin ardı gəlməlidir”-deyə Rauf Ağamirzəyev əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 14 Yanvar 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see147

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri