Icma.az
close
up
RU
İctimai nəqliyyatda fərqli dönəm başlayır: Yeni qaydalar nə vəd edir?

İctimai nəqliyyatda fərqli dönəm başlayır: Yeni qaydalar nə vəd edir?

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İctimai nəqliyyatda illərdir müzakirə olunan əsas məsələlərdən biri avtobusların hərəkət qrafikinin sabitliyi, xidmət keyfiyyəti və xüsusilə sərnişin axınının az olduğu saatlarda marşrutların fəaliyyətinin davamlılığıdır. Bu istiqamətdə Azərbaycanda yeni mərhələnin əsası qoyulub: "Brutto müqavilə" modelinin tətbiqinə başlanılıb.

Bu yanaşma daşıyıcıların gəlir əldə etmə prinsipini dəyişməklə yanaşı, ictimai nəqliyyatda xidmətin təşkilinə münasibətin də yenilənməsini nəzərdə tutur. İlk mərhələdə beş müntəzəm marşrutun bu sistemə qoşulması isə yeni modelin praktiki tətbiqinin başlanğıcı sayılır.

"Brutto müqavilə" modelinin tətbiqindən sonra sərnişinlərin gündəlik həyatında konkret olaraq hansı dəyişikliklərin baş verməsi gözlənilir?

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Daşıyıcı göstərdiyi xidmətə uyğun subsidiya alacaq

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, sözügedən model dövlət tərəfindən daşıyıcılara subsidiyanın ayrılmasını nəzərdə tutur. Bununla da daşıyıcılar hər qət etdiyi kilometrə görə ödəniş alacaqlar və qarşılaşdıqları zərər kompensasiya olunacaq:

"Nəticədə, daşıyıcıların yalnız gəlirli marşrutlara üstünlük verməsinin qarşısı alınacaq və şəhərətrafı, azrentabelli, gecə saatlarınadək çalışan marşrutlarda da xidmət səviyyəsinin yüksəldilməsinə şərait yaranacaq. Sərnişinlər isə xidmət keyfiyyətinin, müasir avtobusların sayının artmasını, intervalların azalmasını, daha gec saatlaradək xidmətin aparılmasını və uzaq məsafələrə hərəkət etməsini müşahidə edəcəklər".

Sərnişinlərin məsafəyə görə pul ödəmələrinə gəlincə, qurumdan bildirildi ki, bu, konkret bir rəqəm olmadığından, daşıyıcıya ödəniləcək məbləğ əvvəlcədən müəyyən edilmədiyindən Nazirlər Kabinetinin 250 nömrəli qərarı ilə təsdiqlənmiş qaydaya uyğun olaraq hesablanır və ödənilir:

"Daşıyıcıların göstərdiyi xidmətin keyfiyyəti hərəkət qrafikinə və intervala riayət olunması, marşrut üzrə nəzərdə tutulan məsafənin qət edilməsi, marşrutda tələb olunan avtobus sayının təmini, xidmətin müntəzəmliyi və əlçatanlığı, müqavilə üzrə müəyyənləşmiş digər tələblərin yerinə yetirilməsi ilə ölçüləcək. Avtobusun gecikməsi, intervalın pozulması, reysin yerinə yetirilməməsi və digər bu kimi hallarda müqavilədə nəzərdə tutulmuş maliyyə və digər təsir mexanizmləri tətbiq ediləcək. Daşıyıcı faktiki olaraq göstərmədiyi və ya müqavilədə müəyyən edilmiş keyfiyyət tələblərinə cavab verməyən xidmətə görə ödəniş əldə edə bilməyəcək".

Avtobusda bir sərnişin olsa da hərəkət ediləcək

Nəqliyyat ekspert Rauf Ağamirzəyev dünyanın bütün mühüm şəhərlərinin artıq bu modelə keçdiyini bildirir:

"Bizim gördüyümüz marşrut şəbəkəsinin heç də hamısının doluluq faizi eyni olmur. Rentabellik baxımından bəzən bir marşrut həddən artıq çox yüklüdür, digər marşrutun yüklülük faizi isə aşağıdır. Daşıyıcılar onların müsabiqələrində iştirak etməyə, mövcud marşrut şəbəkəsini yeniləməyə o qədər də həvəsli olmurlar. "Brutto müqavilə" modeli bu problemləri həll edəcək. Daşıyıcılar artıq hər kilometrə görə subsidiya əldə edəcəkləri üçün bu məsafələri yığmaqdan ötrü gecə saatlarına kimi hərəkət etməyə özləri maraqlı olacaqlar. Bu modelə əsasən, hətta avtobusda bir sərnişin olsa belə məsafə gedilməlidir. Bu halda ən rentabelsiz marşrutlar da ictimai vacibliyi nəzərə alınaraq fəaliyyət göstərəcəklər. Beləliklə də mobillik tamlığı ilə təmin olunacaq".

Günlük, həftəlik, aylıq bilet paketləri

Ekspert bu keçidin zamanla baş verəcəyini bildirir:

"Yeni sistem daşıyıcıların maliyyə dayanıqlığını təmin edəcək, xidmət keyfiyyətini artıracaq. Vətəndaşlar üçün əsas odur ki, ictimai nəqliyyat qoyulan qrafiklə fəaliyyət göstərsin. İctimai nəqliyyatın fasiləsizliyi təmin olunduqdan sonra vətəndaşların maliyyə xərcləri optimallaşacaq. Taksiyə, fərdi nəqliyyata üz tutmaqdansa ictimai nəqliyyatla hərəkət edəcəklər".

R.Ağamirzəyevin sözlərinə görə, sərnişinlər üçün digər bir üstünlük günlük, həftəlik, aylıq bilet paketləri, 90 dəqiqəlik pulsuz keçidlər, tələbələr üçün güzəştli bilet təklifləri olacaq:

"Brutto müqavilə"dən sonra onların xərcləri xeyli optimallaşacaq. 90 dəqiqəlik bilet almaqla, bir neçə nəqliyyat dəyişməklə pulsuz keçidləri təmin olunacaq".

Ekspert bildirir ki, bu model təkcə Bakını deyil, regionları da əhatə edəcək:

"Gəncə şəhərində, Naxçıvanda, Qarabağın şəhərlərində avtobus parkları yenilənib. Növbəti mərhələdə Şəki, Lənkəran, Qəbələ, Sumqayıt kimi şəhərlərdə də avtobus parkları yenilənəcək və bu modellə də daha dayanıqlı fəaliyyət göstərəcək".

"Bütün problemləri aradan qaldıracağını gözləmək düzgün deyil"

İqtisadçı Rəşad Həsənov da hesab edir ki, "Brutto müqavilə" modelinin tətbiqi ictimai nəqliyyatda xidmət keyfiyyətinin yüksəldilməsinə töhfə verə bilər, lakin onun bütün problemləri aradan qaldıracağını gözləmək düzgün deyil:

"Yeni model xüsusilə avtobusların hərəkət intensivliyinin artırılması, intervalların azalması, daşıyıcıların müəyyən keyfiyyət standartlarına əməl etməsi və yeni nəqliyyat vasitələrinin alınması kimi məsələlərdə müsbət nəticələr verə bilər. Lakin ictimai nəqliyyatdakı mövcud problemlərin heç də hamısı daşıyıcıların fəaliyyətindən irəli gəlmir".

Ekspert vurğulayır ki, avtobuslarla yanaşı, metro və dəmir yolu nəqliyyatında da əsas iştirakçı dövlətdir. Buna görə də ictimai nəqliyyatda xidmət keyfiyyətinin yüksəldilməsi yalnız özəl daşıyıcılara tətbiq olunan yeni mexanizmlərlə məhdudlaşmamalı, dövlətin idarə etdiyi nəqliyyat sahələrində də səmərəlilik və xidmət keyfiyyəti artırılmalıdır:

"Nəqliyyat infrastrukturunun, yolların və hərəkətin təşkilinin vəziyyəti də daşıyıcının birbaşa təsir imkanları xaricindədir. Bu amillər ictimai nəqliyyatın sürətinə, intervalına və sərnişinlərin yolda keçirdiyi vaxta birbaşa təsir göstərir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://baku.ws
archiveBu xəbər 12 Sentyabr 2026 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri