Icma.az
close
up
RU
İctimai nəqliyyatda TRAGİKOMİK MƏNZƏRƏ “Sərnişinlər qiymət fərqinə görə köhnə avtobuslara üz tutur”

İctimai nəqliyyatda TRAGİKOMİK MƏNZƏRƏ “Sərnişinlər qiymət fərqinə görə köhnə avtobuslara üz tutur”

Icma.az, Bizim media saytına istinadən bildirir.

İctimai nəqliyyatda son qiymət artımı paytaxtda qəribə mənzərə yaradıb. Sərnişinlər seçim qarşısında qalanda gedişhaqqının daha ucuz olduğu köhnə avtobuslara üstünlük verirlər. Bu da köhnə avtobuslarda daşımaların həcmini artırır.
Digər tərəfdən Gəncə şəhərin gətirilən yeni avtobuslar sayəsində köhnə avtobusların Bakıya axını başlayıb. Bu gün şəhərətrafı marşrutlarla yanaşı şəhərdaxili marşurutlarda Gəncə avtobuslarını görmək olar. Bu isə xidmətin keyfiyyətini aşağı salmaqla yanaşı ətraf mühitə atılan CO2 emissiyasının həcmini artırır.
“Sərnişinlər komfort yerinə qənaəti seçirlər”
Məsələyə münasibət bildirən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyir ki, son qiymət tənzimləməsindən sonra paytaxtın müxtəlif marşrutlarında fərqli tarif siyasəti tətbiq olunur:
“Yeni, müasir standartlara cavab verən avtobuslarda gedişhaqqı nisbətən yüksək, köhnə avtobuslarda isə daha ucuzdur. Əhalinin əksər hissəsinin gəlir səviyyəsini nəzərə alındıqda, bu fərq davranış seçimlərinə birbaşa təsir göstərir — sərnişinlər komfortu deyil, qənaəti seçirlər.
Bu vəziyyət iqtisad elmində “qiymət elastikliyi” fenomeni ilə izah olunur. Yəni, məhsul və ya xidmətin qiyməti artdıqca ona tələb azalır. Bakı nümunəsində isə bu azalma yeni nəqliyyat vasitələrinə tələbin zəifləməsi, köhnə avtobuslara isə marağın artması ilə müşahidə olunur.
Maraqlı məqam odur ki, Gəncə şəhərinə gətirilən yeni avtobuslar köhnə nəqliyyat vasitələrinin Bakı istiqamətində hərəkətini sürətləndirib.
Bu gün paytaxtın həm şəhərdaxili, həm də şəhərətrafı marşrutlarında “Gəncə nömrəli” köhnə avtobuslara rast gəlmək mümkündür.
Bu, bir növ “ikincil nəqliyyat bazarının” yaranmasına səbəb olub. Regionlarda yenilənən parklar nəticəsində köhnə avtobuslar ucuz qiymətə alınaraq paytaxtda fəaliyyətə cəlb edilir. Nəticədə, Bakının nəqliyyat infrastrukturu keyfiyyətcə yenilənmək əvəzinə, əks istiqamətdə – köhnəlməyə doğru gedir”.
Müsahibimiz hesab edir ki, köhnə avtobusların istifadəsi həm ekoloji, həm də ictimai sağlamlıq baxımından təhlükəlidir:
“Bu tip nəqliyyat vasitələrinin yanacaq sərfiyyatı yüksəkdir, CO₂ emissiyası müasir dizel və hibrid avtobuslarla müqayisədə 2–3 dəfə çoxdur, texniki nasazlıqlar və səs-küy səviyyəsi dəfələrlə artıq olur. Yaxşı olar ki, 10 ildən çox istismar müddəti olan avtobusların paytaxtda fəaliyyətinə mərhələli şəkildə məhdudiyyət qoyulsun.
Yeni avtobuslarda gedişhaqqı aşağı gəlirli təbəqə üçün dövlət tərəfindən qismən kompensasiya edilə bilər. Avtobus sahiblərinə köhnə texnikanı təhvil verdikdə müəyyən güzəştlər və ya kompensasiya təqdim olunmalıdır. AYNA marşrutları üzrə vahid tarif və texniki tələbləri tətbiq etməlidir ki, bazarda bərabər rəqabət və xidmət keyfiyyəti formalaşsın”.
Çözüm nədir?
Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Aslan Əsədli Bizim.Media-ya bildirib ki, bu mənzərə onu göstərir ki, vətəndaşlarımız üçün əsas məsələ qiymətdir:
“İnsanlar xidmətin keyfiyyətindən daha çox təklif olunan qiymətə baxırlar. Təbii ki, Azərbaycanda çoxuşaqlı ailələr çoxdur. Ona görə də evdən çıxan hər bir ailə üzvü gündəlik xərclərə qənaət etmək istəyir. Gündəlik xərclərimizdə isə nəqliyyatın xüsusi payı var. İndiki vəziyyətdə sərnişinlərin nisbətən ucuz olan avtobuslara axın etməsinin də tək səbəbi vəsaitlərinə qənaətdir”.
Müsahibimizin fikrincə, reallıq onu diqtə edir ki, qiymətlər əvvəlki vəziyyətə qaytarılsın:
“Əvəzində avtobus şirkətlərinə yeni dəstək mexanizmi hazırlansın. Belə olarsa, həm avtopark yenilənər, həm də sərnişinlər razı qalar. Əks-təqdirdə Gəncədən və digər yerlərdən ikinci əl avtobusların paytaxta axını davam edəcək. Nəticədə həm avtoparkın yenilənməsi ləngiyəcək, həm də ətraf mühitə atılan CO2 emissiyasının həcmi artacaq”.
Surxay Atakişiyev, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://bizim.media
archiveBu xəbər 11 Oktyabr 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see193

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see174

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see165

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see162

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see159

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see158

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see155

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see153

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see146

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see145

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see141

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see141

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see136

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see136

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see135

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see135

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see128

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri