Icma.az
close
up
RU
İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə işçi qrupunun növbəti iclası Kəlbəcərdə keçirilib

İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə işçi qrupunun növbəti iclası Kəlbəcərdə keçirilib

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə işçi qrupunun Kəlbəcər şəhərində növbəti iclası keçirilib.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iclasda işçi qrupun rəhbəri, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev ölkə başçısının Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində işğaldan azad edilmiş ərazilərin inkişafı istiqamətində iqtisadi canlanmanın sürətləndirilməsi, investisiya cəlbediciliyinin artırılması məqsədilə əhatəli və məqsədyönlü infrastruktur layihələrinin icra olunduğunu qeyd edib. Eyni zamanda bildirib ki, ərazilərdə iqtisadi aktivliyinin sürətləndirilməsi, tətbiq edilən güzəşt və azadolmalar barədə maraqlı tərəflər, o cümlədən sahibkarlıq subyektləri üzrə maarifləndirmə işlərinin aparılması, onların güzəşt və azadolmalardan faydalanması üçün rezident statusunun verilməsi və vergi uçotuna alınması istiqamətində işlər davam etdirilir.

Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev Kəlbəcər rayonunda aparılan bərpa və quruculuq işlərindən danışıb, əhalinin öz yurdlarına geri qayıdışı, məşğulluğun təmin edilməsi məqsədilə Kəlbəcər rayonunda müxtəlif istiqamətlər üzrə sahibkarlıq fəaliyyəti üçün əlverişli imkanlar barədə məlumat verib və iş adamlarının Kəlbəcərdə biznes fürsətlərindən lazımınca yararlana biləcəyini vurğulayıb.

İclas zamanı Dövlət Proqramının icrası çərçivəsində 2025-2026-cı illər üzrə nəzərdə tutulan tədbirlərlə bağlı müzakirələr aparılıb.

İclasdan sonra isə İqtisadi məsələlər üzrə işçi qrupun üzvləri Kəlbəcər şəhərində yaradılmış infrastrukturla və hazırda davam edən bərpa-quruculuq işləri ilə yerində tanış olublar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 Dekabr 2024 21:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see220

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see212

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see210

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see208

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see206

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see185

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see185

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see183

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see175

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see172

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see166

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see158

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see155

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see145

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see144

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see142

“Avropa artıq ABŞ ın çətiri altında deyil!”

03 Fevral 2026 22:23see139

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see138

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see138

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri