Icma.az
close
up
RU
İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə işçi qrupunun növbəti iclası Kəlbəcərdə keçirilib AZƏRTAC

İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə işçi qrupunun növbəti iclası Kəlbəcərdə keçirilib AZƏRTAC

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 6 dekabr, AZƏRTAC

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə işçi qrupunun Kəlbəcər şəhərində növbəti iclası keçirilib.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iclasda işçi qrupun rəhbəri, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev ölkə başçısının Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində işğaldan azad edilmiş ərazilərin inkişafı istiqamətində iqtisadi canlanmanın sürətləndirilməsi, investisiya cəlbediciliyinin artırılması məqsədilə əhatəli və məqsədyönlü infrastruktur layihələrinin icra olunduğunu qeyd edib. Eyni zamanda bildirib ki, ərazilərdə iqtisadi aktivliyinin sürətləndirilməsi, tətbiq edilən güzəşt və azadolmalar barədə maraqlı tərəflər, o cümlədən sahibkarlıq subyektləri üzrə maarifləndirmə işlərinin aparılması, onların güzəşt və azadolmalardan faydalanması üçün rezident statusunun verilməsi və vergi uçotuna alınması istiqamətində işlər davam etdirilir.

Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev Kəlbəcər rayonunda aparılan bərpa və quruculuq işlərindən danışıb, əhalinin öz yurdlarına geri qayıdışı, məşğulluğun təmin edilməsi məqsədilə Kəlbəcər rayonunda müxtəlif istiqamətlər üzrə sahibkarlıq fəaliyyəti üçün əlverişli imkanlar barədə məlumat verib və iş adamlarının Kəlbəcərdə biznes fürsətlərindən lazımınca yararlana biləcəyini vurğulayıb.

İclas zamanı Dövlət Proqramının icrası çərçivəsində 2025-2026-cı illər üzrə nəzərdə tutulan tədbirlərlə bağlı müzakirələr aparılıb.

İclasdan sonra isə İqtisadi məsələlər üzrə işçi qrupun üzvləri Kəlbəcər şəhərində yaradılmış infrastrukturla və hazırda davam edən bərpa-quruculuq işləri ilə yerində tanış olublar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Dekabr 2024 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see260

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see205

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see204

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see203

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see172

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see169

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see162

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see155

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see153

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see140

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see140

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see136

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see131

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see130

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see129

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see127

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see125

İsa Həbibbəylidən baldızı oğlunun güllələnmə xəbərinə maraqlı Reaksiya

09 Dekabr 2025 10:10see123

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see122

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri