Icma.az
close
up
RU
İddialar təsdiqini taparsa Rəsmi Moskva üzərinə düşən bütün vəzifələri icra etməlidir ŞƏRH Xəbər saytı Son xəbərlər və Hadisələr

İddialar təsdiqini taparsa Rəsmi Moskva üzərinə düşən bütün vəzifələri icra etməlidir ŞƏRH Xəbər saytı Son xəbərlər və Hadisələr

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Güclü Azərbaycan dövləti Aktauda baş verən faciəvi təyyarə qəzasının tam araşdırılması, günahı olan insanların cəzalandırılması və digər hüquqi prosedurların həllini tapması üçün bütün lazımi addımları atacaq".

Bu sözləri BAKU.WS-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

O, bildirib ki, ölkə başçısının tam nəzarətində olan məsələ həm baş nazirin rəhbərlik etdiyi komissiya tərəfindən, həm istintaq komissiyası tərəfindən diqqətlə araşdırılır:

"Bu mənada qardaş Qazaxıstan dövləti və burada Rusiya İstintaq Komissiyasının nümayəndələri hal hazırda hadisə yerində çalışırlar. Artıq təyyarəni istehsal edən Braziliya nümayəndə heyəti də hadisə yerindədir. Qardaş Türkiyədən də, mütəxəssislər məsələyə cəlb olunub. Yəni bu, onu deməyə əsas verir ki, faciə ilə bağlı bütün lazımi orqanlar, dövlət ən xırda detalları da araşdırır, müzakirə edir və düşünürük ki, nəticələr hasil olduqdan sonra ictimaiyyətə də dolğun məlumatlar veriləcək".

Vüqar İskəndərov təyyarəmizin kənar qüvvələr tərəfindən vurulması iddialarına da toxunub. Onun sözlərinə görə, sağ çıxmış sərnişinlərin zədələnməsi, kənardan müdaxilə olması iddialarını gücləndirir:

"Hələlik Caliber.az saytının yazdığı görə versiyaya görə təyyarə Qroznı səmasına yaxınlaşarkən Rusiya Hərbi Hava Qüvvələri tərəfindən vurulub və burada artıq şahid ifadələri də var. Həm təyyarə bələdçilərinin, həm sağ çıxmış sərnişinlərin zədələnməsi, yaralanması, kənardan müdaxilə olması məsələsini nəzərə alaraq düşünürük ki, iddialar həqiqəti əks etdirir. Hətta bu barədə komissiyanın üzvü olan Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev, AZAL-ın prezidenti, mətbuat xidməti artıq bu barədə, yəni kənar müdaxilənin olması barəsində komissiyanın ilkin rəyini bildirir. Təbii olaraq biz rəsmi rəyi və mövqeyi gözləməliyik. Belə məsələlərdə emosiyalar yox, hüquqi prosedurlar, dərin araşdırmalar, qara qutunun oxunması və hər biri təbii ki, kompleks şəkildə həll edilməlidir və ondan sonra xalqa ictimaiyyətə də geniş, dolğun məlumat veriləcək".

"Mülki təyyarələrlə bağlı olan belə prosedurlar beynəlxalq hüquq tənzimlənir. Ən azı altı belə konvensiya mövcuddur və bütün bu konvensiyalarda zədələyən tərəf, vuran tərəf hadisəni törədən tərəf və hadisəyə düçar olan tərəflərin qarşılıqlı hüquqi münasibətləri həmin konvensiyalarda öz təsdiqini tapır. Əgər hadisə deyildiyi kimi, mülki təyyarə hərbi obyekt kimi bilinərək vurulubsa həmin tərəf araşdırılmasında iştirak etməli, bütün hüquqi prosedurlara dəstək verməli, təsdiqini taparsa, rəsmən həmin dövlətdən xalqdan üzr istəməli və kompensasiya ödəməlidir. Bu, beynəlxalq hüququn normasıdır və düşünürük ki, indiki situasiyada əgər məsələ öz təsdiqini tapacaqsa, təbii olaraq rəsmi Moskva, Rusiya bütün bu üzərinə düşən vəzifələri icra etməlidir", - deyə Vüqar İskəndərov qeyd edib.

Son olaraq deputat onu da vurğulayıb ki, real hüquqi araşdırmanın və dövlət komissiyasının rəsmi mövqeyini gözləməliyik:

"Təbii olaraq hüquq və belə hallar emosiyanı yox, fərziyyələri yox, dəqiq, real faktlara əsaslanmalıdır. Düşünürük ki, hal hazırda bütün cərəyan edən hadisələr, prosedurlar, ölkə başçımız cənab Prezidentimiz İlham Əliyevin xüsusi nəzarətindədir. Müvafiq orqanlar hal hazırda gərgin məsələnin üzərində işləyirlər və real nəticələr təbii ki, bilinəndə. ictimaiyyətə də məlumatlar veriləcək".

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb. Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti hələlik müəyyən edilməyib.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib.

Banu Hüseynli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://baku.ws
archiveBu xəbər 28 Dekabr 2024 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see286

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see271

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see247

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see245

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see178

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see173

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see161

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see155

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see145

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see139

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see138

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see133

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see131

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see128

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see128

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see127

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see127

Neymar və het trik

04 Dekabr 2025 09:17see125

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri