Icma.az
close
up
RU
İdeal seçim, yoxsa uşağa heyvani münasibət? Mübahisə doğurdu

İdeal seçim, yoxsa uşağa heyvani münasibət? Mübahisə doğurdu

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Son vaxtlar sosial şəbəkələrdə bəzi valideynlər azyaşlı övladlarını özlərinə bağlı şəkildə gəzdirirlər.

Ölkə.Az xəbər verir ki, uşağı təhlükələrdən qorumaq üçün hazırlandığı deyilən vasitənin bir ucu uşağın belinə və ya əlinə, digər ucu isə valideynin əlinə bağlanır.

Valideynlər azyaşlı uşaqlarını çöldə gəzinti zamanı məsələn, gölə düşməməsi, qəfil avtomobil yoluna qaçmaması və ya itməməsi üçün bu cür “ip”lərdən istifadə etdiklərini deyirlər.

Bu yaxınlarda TikTok sosial şəbəkəsində övladını sözügedən “kəmər”lə bağlayıb gəzdirən valideyn bunu övladının yaxşılığı üçün etdiyini desə də, ətrafdakıların qınayıcı baxışlarına məruz qaldığını açıqlamışdı.

Azyaşlıların təhlükəsizliyi üçün sözügedən vasitəni ideal hesab edən valideynlərlə yanaşı, bunu uşağa heyvan münasibəti göstərmək olduğunu düşünənlər də var.

Ölkə.Az mövzu ilə bağlı klinik psixoloq Gülşən Rüstəmovanın fikirlərini öyrənib.

Mütəxəssis saytımıza açıqlamasında belə mövzularda fərqli fikirlərin olmasını müsbət hal kimi qiymətləndirib:

“Ümumiyyətlə, hər çıxan yeniliyə fikir birmənalı olmur. Müxtəlif fikirlərin olması daha gözəldir. Bu cür müzakirələr məsələni insanların xeyrinə və ya ziyanına olduğunu meydana çıxarmaq üçün şərait yaradır. Fikir mübadiləsindən qorxmamalıyıq. Bütün fikirlər ortada olmalıdır ki, biz bunun hansının xeyrimizə, hansının ziyanımıza olduğunu görək. Cəmiyyətdə hansısa mövzuda fikirlərin birmənalı olması onun sanki bizə təbliğ olunması mənasına gələ bilər ki, bu da doğru deyil.
Burada məsələnin ikinci tərəfi də  odur ki, insanlar daim həyatlarını asanlaşdıran vasitələri həyatları boyu kəşf ediblər, bu vasitələri bir az da dərinləşdirib, püxtələşdiriblər. Hazırkı dövrdə istifadə etdiyimiz ev əşyaları, avtomobillər və s. vasitələr insanın rifahı üçün gözəl bir layihədir. Biz yalnız bu vasitələri sınayaraq lazımlı olub-olmadığı qənaətinə gələ bilərik.
Uşaqlar üçün olan arabalar və ya oyuncaqlar və yaxud da ki, hansısa başqa əşyalar zaman-zaman insanların qəzəbinə səbəb olub. Bununla belə bu cür vasitələrin alınması və təklif olunması və ya kəşf olunması hələ də davam edir.

Düşünürəm ki, bu vasitədən istifadə edən valideynlər doğru-düzgün nəticəyə gələ biləcəklər ki, bu, nə dərəcədə onların həyatını yaxşılaşdırır”. 

G.Rüstəmova hesab edir ki, insanlar digər canlıların da insanlarla bərabər şəkildə hörmətlə yanaşsa, bu əşyanı təhqir hesab etməyəcəklər:

“Psixoloji məqama gəldikdə isə biz canlılara olan münasibətimizi dəyişsək, onların yaşamaq hüququnu özümüzlə eyniləşdirsək və özümüzdən aşağı görməsək, heyvan və bitkilərə də hörmətlə yanaşsaq, onda hər hansı bir əşyanı özümüzə qarşı təhqir hesab etməyəcəyik. 
Məsələn, deyək ki, heyvanları biz iplə gəzdiririk. Burada əsas məqsəd nədir? Heyvanlar tanımadığı yerdə özlərini itirməsinlər, uzaq məsafələrə qaçmasınlar, sahiblərindən uzaq düşməsinlər. Yaxud da böyük ölçüdə olan və səs çıxarmaq kimi xüsusiyyəti olan heyvanlar var. Bu heyvanların insanlara hücum eləmək ehtimalını nəzərə alaraq bu vasitələrdən istifadə edirik. Deməli ki, bu vasitələr də bir növ, insanın və heyvanın təhlükəsizliyi üçün nəzərdə tutulub. Əgər bu gün kəşf olunan vasitələr də uşağın təhlükəsizliyi üçün nəzərdə tutulubsa, buradan yola çıxsaq, fikirlərimiz daha obyektiv olacaq. 

Yəni əvvəla bir vasitə kəşf olunursa, onu biz sınaqdan keçirməliyik . İnsanların buna münasibət bildirməsi normaldır. Burada bizim üçün vacib olan bu vasitələrin bizə faydalı olub-olmamasıdır. Gəlin, buna fokuslanaq. Yəni sərhədimizi çəkməyi bacaraq”.

Billurə Yunus
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://olke.az
archiveBu xəbər 14 Oktyabr 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri