Icma.az
close
up
RU
İdman bürcü Astroloji PROQNOZ: 20 26 yanvar İdman və Biz

İdman bürcü Astroloji PROQNOZ: 20 26 yanvar İdman və Biz

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Əksər insanlar astroloji proqnozların onların taleyinə sirayət etdikləri qənaətindədir. Tarixən ən məşhurlar belə mənsub olduqları bürcə görə günə necə başlayacağını tənzimləyiblər. Bütün sahələrdə olduğu kimi, bürclər idmançılar arasında da böyük maraq doğurur. Astroloqların təbirincə desək, bürclər bəzi ipuçları verir, nəticə çıxarmaq isə sizdən asılıdır.

İdman.biz-in təqdim etdiyi “İdman bürcü” müxtəlif idman növlərilə məşğul olan sağlam ruh sahiblərinin həftə ərzində necə hərəkət etmələrində bir növ mayak rolunu oynayacaq. Eyni zamanda, peşəkar idmançı olmasanız belə, “İdman bürcü”nü oxumaqla istirahətə və ya məşqə necə yanaşmağın istiqamətlərini görə biləcəksiniz.
Qoç
Bu həftə Qoçların öz təcrübələrinə daha çox vaxt ayırmaları faydalı olacaq. İşdə gözlənilməz məqamlar mümkündür. Şəxsi münasibətlərdə səbirli olmaq vacibdir, xüsusən də partnyorunuzla münasibətlərdə. Bəzən liderlik istəyiniz anlaşılmazlıqlara səbəb ola bilər, ona görə də başqalarının fikirlərinə daha diqqətli olmalısınız. Həftənin ikinci yarısı həmkarlarla münasibətləri yaxşılaşdırmaq şansı olacaq. Maddi durumunzda irəliləyişlər hiss edəcəksiniz. Basketbol, atıcılıq, güləş, həndbol, futzal və voleybol idman növlərində uğurlar vəd olunur.

Buğa
Buğalar həyatında bir çox məqamların irəli gedəcəyini hiss edəcəklər. İşdəki səyləriniz nəhayət öz bəhrəsini verə bilər, həmkarlarınız əzmkarlığınızı qiymətləndirməyə başlayacaqlar. Şəxsi həyatınızda tərəfdaşınızla daha açıq və dürüst olmalısınız, bu, anlaşılmazlıqların qarşısını almağa kömək edəcək. Gözlənilməz hallarla qarşılaşacağınız mümkündür. Lakin sakit olun, bunlar müvəqqəti çətinliklərdir. Həftənin sonunda istirahətə vaxt ayırmaq məsləhətdir. Karate, futbol, güləş, üzgüçülük, cüdo və ağırlıqqaldırma ilə məşğul olan idmançıların bəxti üzlərinə güləcək.

Əkizlər
Əkizlər bu həftə karyera ilə bağlı mühüm məsələləri həll edəcəklər. Sizə inkişaf və ya yüksəliş üçün yeni imkanlar təklif oluna bilər. Ailədə və yaxınlarınıza diqqət göstərmək məsləhət görülür. Həftə keçmiş insanlarla ünsiyyət üçün də əlverişlidir. Onlarla görüş mövcud vəziyyətləri anlamağa kömək edəcək. Maliyyə imkanlarınızda artım müşahidə olunacaq. Sambo və avarçəkmə, futbol, gimnastika, güləş növləri ilə məşğul olanların xoş müjdələr alacağı qaçılmazdır.

Xərçəng
Xərçənglər bu həftə bir çox işin gözlənildiyindən daha asan həll olunacağını hiss edəcəklər. İş sferasında detallara diqqət yetirməyə dəyər. Bu, həyatınızda həlledici rol oynaya bilər. Şəxsi münasibətlərdə xırda anlaşılmazlıqlar istisna edilmir, lakin bunlar açıq dialoq vasitəsilə həllini tapacaq. Həftənin ikinci yarısı səyahət və ya yeni biliklər əldə etmək üçün əlverişli olacaq. Ümumi sağlamlığınız qaydasında olsa da, psixo-emosional vəziyyətinizə diqqət yetirməlisiniz. Voleybol, tennis, cüdo, həndbol, basketbol və samboçular üçün yaxşı başlanğıc olacaq.

Şir
Bu həftə Şirlərin liderlik keyfiyyətlərini nümayiş etdirmələri əhəmiyyətli olacaq, xüsusən də komanda daxilində. İdeyalarınız dəstəklənə bilər. Bütün hallarda, təkliflərinizi aidiyyəti üzrə təqdim etməniz lazımdır. Şəxsi münasibətlərdə qısqanclıq və ya narazılıqlar yarana bilər. Ona görə şübhədən qaçmaq və tərəfdaşınıza daha çox sərbəstlik verməniz məsləhətdir. Maliyyə ilə bağlı məsələləri həll etməyə dəyər, uğurlarınız qaçılmazdır. Cüdo, stolüstü tennis, atıcılıq, karate, voleybol, güləş və gimnastika ilə məşğul olanları şəxsi həyatları ilə bağlı xoş müjdələr gözləyir.

Qız
Qızlar həftə ərzində mühüm qərarlar vermək məcburiyyətində olacaqlar. İşinizdə təfərrüatlara diqqət yetirin, bu, səhvlərdən qaçmağa kömək edəcək. Şəxsi həyatınızda hər şey yaxşı gedəcək, lakin həll olunmamış problemlər varsa, onları tərəfdaşınızla müzakirə etməyə çalışın. Xırda məqamlara da diqqətli olun, əks halda daha əhəmiyyətli işləri itirə bilərsiniz. Həftənin ortası yeni perspektivlərə hazır olun. Atçılıq, otüstü hokkey, üzgüçülük, qaçış, voleybol və güləş növlərində uğurlar gözləniləndir.

Tərəzi
Tərəzilər bu həftə çox insanla ünsiyyət quracaq və bu həm şəxsi, həm də peşəkar sferada faydalı olacaq. İş məsələləri daha çox vaxt və enerji tələb edəcək. Bu baxımdan məhsuldarlığınızı göstərməlisiniz. Yaxınlarınızla münasibətlərdə bəzi anlaşılmazlıqlar mümkündür, lakin dözüm və səbirlə onları asanlıqla həll etmək olar. Həftənin sonunda maliyyə vəziyyətinizi xeyli yaxşılaşdıracaq təkliflər və ya fürsətlər gözlənilir. Şansı əldən verməyin. Minifutbol, basketbol, futzal, güləş, karate və şahmat idman növlərində uğurlar qazanmaq şansı böyükdür.

Əqrəb
Əqrəblər bu həftə enerji potensialının yüksək olduğunu hiss edəcəklər ki, bu da çoxdan təxirə salınmış işlərin həllinə kömək edəcək. Peşəkar sahədə özünüzü yeni layihələrdə sübut etmək şansınız olacaq, lakin bunun üçün çox çalışmalısınız. İş yoldaşları ilə münasibətlər daha çox səbrli olmalısınız. Təkliflərinizlə razılaşmayanlara qarşı xüsusilə təmkin nümayiş etdirməlisiniz. İş və istirahəti balanslaşdıra bilsəniz, şəxsi vaxtınız ürəyinizcə olacaq. Hokkey, voleybol, basketbol, həndbol və stolüstü tennis növlərində hədsiz uğurlar gözlənilir.

Oxatan
Oxatanlar üçün həftə uğurlu başlayacaq, əsasən də maliyyə məsələlərində. Sərmayə qoymaq və ya maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün əlverişli şərtlər təklif olunacaq. Tərəfdaşlarla münasibətlərdə anlaşılmazlıq yaransa belə, bunları xoş ünsiyyətlə yoluna qoya bilərsiniz. İşdə tapşırıqlara diqqət yetirmək və gözlənilməz dəyişikliklərə hazır olmaq vacibdir. Yaxınlarınızla münaqişələrdən qaçmağa və onların ehtiyaclarını həll etməyə çalışın. Atletika, cüdo, avarçəkmə, çövkən, güləş və atıcılıq növləri ilə məşğul olanlar üçün şanslı həftədir.

Oğlaq
Bu həftə Oğlaqlar karyera ilə bağlı məsələləri aktiv şəkildə həll edəcəklər. Karyeranızda irəliləməyinizə kömək edəcək təkliflər ala bilərsiniz. Yaxınlarınızla münasibətlərdə, xüsusən də anlaşılmazlıqlar yaranarsa, daha çox çeviklik göstərmək vacibdir. Sağlamlığınıza diqqət yetirin - stress və gərginlik fiziki vəziyyətinizə təsir edə bilər. Həftənin sonunda çoxdan gözlənilən nəticəni əldə edəcəksiniz. Futbol, boks, stolüstü tennis, şahmat, cüdo və qılıncoynatma ilə məşğul olanlar üçün uğurlar qaçılmazdır.

Dolça
Dolçalar yaxın gələcəkdə nəticə verəcək ideya və layihələri üzərində işləyəcəklər. İşdə təşəbbüs və liderliyiniz öz nəticəsini verəcək. Lakin başqalarının fikirlərini də nəzərə almağı unutmayın. Yaxınlarınızla münasibətlərdə münaqişələrin qarşısını almaq üçün daha çox diqqətli olmanız lazım gələcək. Həftə yeni başlanğıclar üçün əlverişlidir, xüsusən də şəxsi inkişaf və ya yaradıcılıqla əlaqəlidirsə. Gündəlik rejiminizə əməl etsəniz, sağlamlığınız sabit olacaq. Üzgüçülük, karate, güləş, futbol, şahmat və boks idman növlərində bol-bol uğurlar vəd edilir.

Balıqlar
Balıqlar köhnə layihələri tamamlamağa və yeni başlanğıclar üçün zəmin hazırlamağa diqqət yetirməli olacaqlar. Peşəkar sferada səbirli olmaq vacibdir, əks halda işləriniz plana uyğun getməyəcək. Şəxsi münasibətlərdə yaxınlarınızla anlaşılmazlıqların qarşısını almaq üçün daha açıq olmağa dəyər. İntuitiv qabiliyyətləriniz, xüsusilə qeyri-müəyyən vaxtlarda düzgün qərarlar qəbul etməyə kömək edəcək. Emosional tarazlığı qorumaq üçün daha çox istirahət etməyə çalışın. Qılıncoynatma, velosiped, atıcılıq, güləş, avarçəkmə və qaçış idmanında nailiyyətlər özünü göstərəcək.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 19 Yanvar 2025 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri