İdmançılar və onların köməkçi heyəti antidopinq qayda pozuntuları barədə məlumatlandırılıb
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 22 may, AZƏRTAC
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) Azərbaycan Həndbol Federasiyasının idmançıları və onların köməkçi heyəti üçün maarifləndirmə seminarı keçirib.
AMADA-dan AZƏRTAC-a verilən məlumata görə, seminarın əsas məqsədi təmiz idmanın təşviq olunması, dopinqə qarşı mübarizənin gücləndirilməsi və iştirakçıların antidopinq mövzusunda məlumatlılığının artırılması olub.
Seminarda antidopinq qayda pozuntuları, bu pozuntuların hüquqi və etik nəticələri barədə geniş məlumat verilib. İdmançılara antidopinq qaydaları çərçivəsində onların hüquq və öhdəlikləri izah edilib, dopinq nəzarəti prosesi zamanı və ondan əvvəlki mərhələlərdə nəyə diqqət etməli olduqları ətraflı şəkildə açıqlanıb. Eyni zamanda, qadağan edilmiş maddələrin siyahısı, onların istifadəsinin riskləri və sağlamlığa mənfi təsiri barədə məlumat diqqətə çatdırılıb.
Sağlam həyat tərzinin təbliğ olunduğu tədbirdə təmiz idman prinsiplərinə sadiq qalmağın yalnız idmançının karyerası üçün deyil, həm də cəmiyyətə nümunə olmaq baxımından əhəmiyyəti xüsusi vurğulanıb.
Seminarın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 22 May 2025 15:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















