Icma.az
close
up
RU
İflic olan xəstələr üçün beyin çipləri ilə nəzarət imkanları artır

İflic olan xəstələr üçün beyin çipləri ilə nəzarət imkanları artır

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Çində beyin-kompüter interfeysləri (BCI) sahəsində aparılan tədqiqatlar və klinik sınaqlar sürətlə genişlənir. Son illərdə ölkə bu texnologiyaya böyük investisiyalar ayıraraq iflic insanların motor funksiyalarına nəzarətini bərpa etməyə yönəlmiş innovativ cihazlar üzərində işləyir. Çində bu sahəyə maraq və fəaliyyətin artması ABŞ-ın aparıcı şirkətləri ilə rəqabətə səbəb olub. Çin hökuməti bu sahəni strateji innovasiya istiqaməti kimi müəyyənləşdirib və müxtəlif dövlət fondları vasitəsilə maliyyə dəstəyi göstərir. Şanxay Texnologiya Universitetinin nevroloqu Yuanninq Li qeyd edir ki, bu texnologiyaların inkişafı üçün ölkədə yetərli tibbi infrastruktur və geniş əhali mövcuddur.

AZƏRTAC “Nature” jurnalına istinadla xəbər verir ki, tədqiqatlar çərçivəsində hazırlanmış cihazlardan biri olan NEO adlı simsiz və minimal invaziv implant pnevmatik əlcək ilə birləşdirilərək iflicli şəxslərin əl hərəkətlərini bərpa etməyə imkan verir. Sinxua Universitetindən Honq Bo bildirir ki, 2023-cü ildə cihaz yerləşdirilən ilk xəstə tutma gücünü bərpa edib və gündəlik fəaliyyətlərində ondan istifadə edə bilib. İndiyədək bu implant 20 nəfərə tətbiq edilib. NEO komandası neyromorfik çiplərdən istifadə etməklə çipin ölçüsünü kiçildib, enerji sərfini azaldaraq, məlumat emalını sürətləndirib. Bu texnoloji yanaşma barədə nəticələr “Nature Electronics” jurnalında dərc olunub.

Eyni zamanda, Şanxayda yerləşən “NeuroXess” şirkəti epilepsiya xəstəsi olan qadının beyninə 256 zond yerləşdirərək onun sosial media tətbiqlərindən istifadə və əlil arabasını idarə etməsini təmin edib. Bu təcrübə daha mürəkkəb hərəkətlərin idarə olunması istiqamətində əhəmiyyətli irəliləyiş hesab olunur.

Tədqiqatçıların fikrincə, bu texnologiyalar gələcəkdə yalnız Çində deyil, bütün dünyada iflicli və digər neyroloji xəstəliklərdən əziyyət çəkən insanlara fayda verə bilər. Bununla yanaşı, bu sahədəki sınaqların çoxu hələlik erkən mərhələdədir və müvafiq elmi nəşrlərlə nəzərdən keçirilməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 İyul 2025 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB və “Azər Türk Bank”la bağlı FƏRMAN

04 Oktyabr 2025 11:57see143

Yeni dövrün manifesti: İlham Əliyevin BMT tribunasından sülh, qələbə və ədalət çağırışı

04 Oktyabr 2025 10:56see142

Xalq artisti Hacıbaba Bağırovun vəfatından 19 il ötür

04 Oktyabr 2025 09:36see141

Bu kimi nailiyyətlər gələcək qələbələr üçün möhkəm zəmin yaradır Rövşən Nəcəf

04 Oktyabr 2025 20:35see134

Premyer Liqa: “Sumqayıt” “Turan Tovuz”a qarşı

04 Oktyabr 2025 09:45see133

AXINA QARŞI BİR ÖMÜR SEYİD ƏZİM OLMAQ

04 Oktyabr 2025 10:31see132

Alzheimerin müalicəsində yeni üsul kəşf olundu

04 Oktyabr 2025 07:07see131

Tiflisdə 3 nəfərlik ailə 22 ci mərtəbədən yıxılaraq ölüb

04 Oktyabr 2025 15:34see131

Ən faydalı turşu

04 Oktyabr 2025 10:00see130

Atam ağlayırdı, anam keyimişdi, mən isə qəh qəhə atıram

04 Oktyabr 2025 14:52see128

“Hicab artıq məcburi deyil” − Bahoner

04 Oktyabr 2025 19:47see127

Oktyabrda varlanmaq üçün 3 BÜRCƏ məsləhət: Bunları edin

05 Oktyabr 2025 09:11see126

Yurdumuzun geotermal enerji potensialı

04 Oktyabr 2025 10:08see125

ABŞ və İsrail İrana hücum edəcəklərini deməklə... Nəsirzadə

05 Oktyabr 2025 01:39see123

Mohave səhrasında naməlum təyyarə görənləri heyrətləndirdi

05 Oktyabr 2025 02:32see123

Gürcüstanın ABŞ dakı səfiri Dövlət Departamentinə çağırılıb

04 Oktyabr 2025 21:13see122

Kulevi terminalı genişləndirilir

05 Oktyabr 2025 10:39see121

Teslanın robotu Optimusa kunq fu öyrətdilər VİDEO

05 Oktyabr 2025 05:12see120

Tibbdə YENİLİK: Sümük snıqlarını 3 dəqiqəyə sağaldan gel hazırlandı

04 Oktyabr 2025 23:08see119

Marketlərdən bu məhsulları almayın Ekspertdən xəbərdarlıq

04 Oktyabr 2025 19:00see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri