Icma.az
close
up
RU
İflic oldu, xərçəngə tutuldu… “Yoqa” Kazımın maraqlı həyat hekayəsi

İflic oldu, xərçəngə tutuldu… “Yoqa” Kazımın maraqlı həyat hekayəsi

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyənin ən qeyri-adi adlarından biri, “Yoqa” Kazım kimi tanınan Kazım Gürbüz təkcə uzun ömrü və gənc qalma bacarığı ilə deyil, həm də mənimsədiyi həyat fəlsəfəsi ilə tanınıb. 1920-ci ildə doğulduğunu deyən Gürbüz bu yaxınlarda 105 yaşında dünyasını dəyişib. Xəstəliklərini bir-bir aradan qaldırmaqla yenidən dünyaya gəlmiş kimi sağlam həyat sürən Kazım Gürbüzün həyatı örnəklərlə doludur. 

“Sherg.az" “Milliyet.com.tr”yə istinadən bildirir ki, Kazım Gürbüz 4 yaşında Quranı əzbərləyərək nizam-intizamlı həyatının əsasını qoyub, 10 yaşında babası Molla Əli tərəfindən Himalaya aparılıb, burada düz 20 il mənəvi nizam-intizam, özünü tərbiyə və bədənə nəzarət mövzusunda təlimlər alıb. Bu proses onun əqli və fiziki transformasiyasında dönüş nöqtəsi olub. 1961-ci ildə İzmirdə yol qəzasında belini sındıran Gürbüz ağır yaralanıb və həkimlər ona ömürlük iflic olacağını deyiblər. Lakin Gürbüz özü seçdiyi üsullarla sağlamlığını bərpa edə bilib. Bu müddətdə Kazım tərtib etdiyi "Yoqa Sistemi"ni həm fiziki, həm də ruhi sağlamlığı hədəf alan bir həyat tərzi olaraq qəbul edib. Gürbüz inkişaf etdirdiyi Yoqa sistemi ilə təkcə Türkiyədə deyil, beynəlxalq aləmdə də tanınıb. 1968-ci ildə Səudiyyə Ərəbistanı Kralı İbn Səud və 1984-cü ildə Fil Dişi Sahili Prezidenti Feliks Houphouet kimi şəxslərə özünün müalicə sistemini tətbiq edib. Gürbüz tərəfindən hazırlanan Yoqa Sistemi yoqa əsaslı elastiklik və hərəkət məşqləri, zehni idarəetmə və nəfəsalma texnikaları, təbii qidalanma və müsbət düşüncə kimi elementləri ehtiva edir. Bu sistem bir çox insan tərəfindən sağlam həyat və alternativ müalicə üsulu kimi qəbul edilir. 2001-ci ildə xərçəng diaqnozu qoyulan Gürbüz sol böyrəyini, dalağı və mədəaltı vəzinin bir hissəsini itirib. Həkimlərin hərəkətə qadağa qoymasına baxmayaraq, o, öz idman üsulları ilə sağlamlığını bərpa edib. Kazım Gürbüz son anına kimi elastik bədəni, sağlam dərisi və enerjili təbiəti ilə də alimlərin diqqətini çəkib. Gürbüz gəncliyini qoruyub saxlamağın sirrini xüsusilə iki şeyə bağlayır. Bunlar yoqa və təbii həyatdır. Gün ərzində saatlarla yoqa ilə məşğul olan Gürbüz özü üçün inkişaf etdirdiyi tənəffüs texnikaları, gərmə hərəkətləri və zehni idarə üsullarını da tətbiq edib. O, inkişaf etdirdiyi yoqa texnikaları və təbii müalicələr sayəsində möcüzəvi şəkildə sağalıb. Gürbüz bu prosesi “ikinci doğuş” olaraq xarakterizə edib. Yoqa Kazım, insan orqanizminin düzgün istifadə edildiyi və yaxşı baxıldığı təqdirdə 130 yaşa qədər sağlam yaşaya biləcəyi fikrini müdafiə edirdi. Onun qidalanma ilə bağlı da çox sərt qaydaları var idi. Şəkər, işlənmiş qidalar və həddindən artıq ət istehlakı qəti qadağan edirdi. Təbii otlar, meyvələr, tərəvəzlər, bal  yeyirdi. O, vaxtaşırı mütəmadi olaraq oruc tutmaqla da bədənini təmizləyirdi. Gürbüz gənc nəsillərə tez-tez sağlam həyatın və bədən-ruhun bütövlüyünün vacibliyini izah edirdi. O, dərslərində təkcə yoqa pozaları deyil, həm də tənəffüs məşqləri və zehni fokuslanma texnikalarını öyrədirdi. Tələbələri arasında həm gənc, həm də yaşlı idi. Gürbüzün ən çox üzərində dayandığı mövzu "bədənin sərhədlərinin düşündüyümüzdən çox daha geniş olduğu" inancı idi. Kazım Gürbüzün fikrincə, əslində, yaşlandıran bədən deyil, ağıldır. Gürbüz, zehni daim gənc və maraqlı tutmağın, həyatı doya-doya yaşamanın gəncliyin düsturu olduğunu müdafiə etdi. Onun qeyri-adi həyatı yerli və xarici mətbuatda da böyük marağa səbəb olub. “Time”, “Daily Mail”, “The Sun” kimi dünya mətbuat orqanları Gürbüzlə bağlı bir çox xəbərlər yayıb. Onun həyat fəlsəfəsi və əməlləri bir çox sənədli filmlərin mövzusu olub. Xüsusilə, onun "bədənin zamanla uzlaşması" ilə bağlı nəzəriyyələri hətta elm aləmində müzakirələrə səbəb olub. Ömrünün son anına qədər həm iflicini sağalda bilən, həm də yaşından qat-qat çətin hərəkətləri asanlıqla yerinə yetirə bilən Yoqa Kazımın həyatı anidən bitib. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 May 2025 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri