Icma.az
close
up
RU
İfrat “zaqar”ın ziyanı xeyrindən çoxdur Əgər sizi “günəş udarı” vurubsa...

İfrat “zaqar”ın ziyanı xeyrindən çoxdur Əgər sizi “günəş udarı” vurubsa...

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Dənizə və ya hovuza getdikdə insanların uzanaraq günəş şüaları qəbul etdiyini müşahidə edirik.

Bəs, qaralmaq, D vitamini qəbul etmək məqsədi ilə uzun müddət günəş şüalarının təsiri altında olmaq hansı problemlərə yol açır?

Terapevt-həkim Günay Lətifova Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, günəş şüası insan bədəni üçün vacib olan D vitamini sintezində əsas rol oynayır.

G.Lətifovanın sözlərinə görə, günəş şüalarının təsiri bununla məhdudlaşmır. O qeyd edib ki, xüsusilə baş nahiyəsi uzun müddət birbaşa günəş şüasına məruz qaldıqda, “günəş udarı” adlanan vəziyyət yarana bilər:

“Bu hal baş ağrısı, ürəkbulanma, halsızlıq, qusma, hətta huş itirmə kimi simptomlarla müşayiət oluna bilər və bir neçə gün davam edə bilər. Günvurma bəzən digər xəstəliklərlə qarışdırıla bilər, lakin əslində bu, günəş şüasının orqanizmə mənfi təsirinin nəticəsidir. Xüsusilə baş nahiyəsini günəşə birbaşa məruz qoymaq tövsiyə olunmur. Bu, təkcə dəniz və hovuz kənarında deyil, günün istənilən vaxtı, xüsusən də günorta saatlarında təhlükəlidir”.

Terapevt günəşin digər mənfi təsirinin dərinin yanması olduğunu deyib. Müsahibimiz əlavə edib ki, günəşdən qoruyucu kremlər istifadə olunsa da, həddindən artıq müddət ərzində günəşin altında qalmaq dərinin yanmasına səbəb ola bilər ki, bu yanıqlar da bəzi hallarda sağalsa da, bəzi hallarda dəriyə daimi zərər vura bilər.

G.Lətifova hesab edir ki, günəşdə qaralma, "zaqar" alma istəyi çox zaman sosial təsirlərlə, insanların bir-birinə baxaraq “daha çox qaralmalıyam” düşüncəsi ilə yaranır.

Günay Lətiova: "Zaqar" alma istəyi insanların bir-birinə baxaraq “daha çox qaralmalıyam” düşüncəsi ilə yaranır

Həkim insanların dərilərinin fərqli olduğunu nəzərə çatdıraraq, izah edib ki, dəri nə qədər tünddürsə, orada melanin piqmenti bir o qədər çoxdur. Dediyinə görə, tünd dərili insanlar cəmi 5-10 dəqiqə günəş altında qalmaqla belə dərilərinin rəngi daha da tündləşə bilər.

“Çünki melanin günəş şüasını sovuraraq dərinin rəngini dəyişir. Bu insanlarda melazma yəni dəridə piqment ləkələri kimi problemlər daha çox yaranır. Sarışın və açıq dərili insanlar isə daha uzun müddət günəş altında qalsalar da, dərilərində qaralma effekti ya zəif olur, ya da ümumiyyətlə baş vermir. Əvəzində isə bu insanlarda daha çox qızartı və günəş yanıqları müşahidə olunur”.

Həmsöhbətimiz vurğulayıb ki, əgər dəridə günəş yanığı baş veribsə, həkim məsləhəti ilə yanıq əleyhinə dərman və kremlərdən istifadə olunmalıdır. Yanığın dərəcəsi ağırdırsa və ümumi vəziyyət pisləşirsə, dərhal təcili tibbi yardıma və ya müvafiq tibb müəssisəsinə müraciət edilməlidir.

“Günün ən təhlükəli saatları 12:00-dan 16:00-a qədər olan vaxtdır. Bu saatlarda açıq havada və birbaşa günəş altında olmaq tövsiyə edilmir”,- deyə Günay Lətifova qeyd edib.

Mina Mikayılova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 22 İyul 2025 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see251

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see242

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see198

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see159

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see145

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri