Icma.az
close
up
RU
İftarda nə yeməliyik? SAĞLIQLI İFTAR MENYUSU

İftarda nə yeməliyik? SAĞLIQLI İFTAR MENYUSU

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Oruc tutarkən yavaşlayan maddələr mübadiləsini pozmaq və boş mədəni saatlarla yükləmək düzgün deyil. Oruc tutarkən qidalanmaya xüsusi diqqət yetirmək lazımdır. Əks halda mədə-bağırsaq problemləri meydana gələ bilər.

İftarda nə yeməliyik?

Maye qəbul etmək vacibdir

Maye dəstəyi gün ərzində saatlarla susuz qalan bədənimiz üçün həyati əhəmiyyət daşıyır. İftardan sonra gün ərzində sahura qədər içməli olduğunuz 2-3 litr su qəbul etməlisiniz. Ramazan ayında çay və qəhvədən çox istifadə etməyin. İftarda daha çox kompot içmək tövsiyə edilir. Mineral su da elektrolit itkisinin qarşısını almaq üçün mühüm dəstəkdir. İftarla sahur arasında kifayət qədər maye qəbul etsəniz, ertəsi gün oruc tutmağınız asan olar.

Xurma yeyin

Ramazan ayının əsas meyvələrindən biri xurma. Xurmanın tərkibində çoxlu sayda vitamin və mineral var. Lif, yağ və zülallarla zəngindir. Xurmanın tərkibində həmçinin natrium, kalium, kalsium, maqnezium, dəmir, kükürd, fosfor və xlor var. Xurmanın tərkibində A vitamini, beta-karotin, B1, B2, B3 və B6 vitaminləri də var. Xurmanın tərkibində hamiləlik zamanı vacib B vitamini olan fol turşusu da var. Fol turşusu (B9) orqanizmdə yeni qan hüceyrələrinin əmələ gəlməsində, orqanizmin tikinti materialı olan amin turşularının qurulmasında və hüceyrələrin bərpasında mühüm rol oynayan bir vitamindir. Xurmanın tərkibindəki liflər qəbizliyə qarşı da qoruyucudur. İftar süfrələrinin vazkeçilməz qidası olan xurmanın ürək-damar xəstəliklərindən qorunmaqda, xərçəngdən qorunmaqda, boğaz ağrılarını aradan qaldırmaqda, bronxit, öskürək və soyuqdəymə şikayətlərini aradan qaldırmaqda təsirli rol oynadığı bildirilir. Lakin iftarda miqdarına diqqət etmək vacibdir:

3-4 xurma = 1 porsiya meyvə

İftarda delikates məhsulları, xəmir məmulatları, pide və şirniyyatlar yüksək kalorili olduğu üçün oruc tutanlarda kökəlməyə səbəb olur. Çəki artımından asılı olaraq qan lipidlərində və qan təzyiqində artım ola bilər. Kolbasa, sosiska kimi məhsullar yüksək doymuş yağ tərkibinə görə yeyilməsi riskli qida qrupuna daxildir. Ümumdünya Səhiyyə Təşkilatının dərc etdiyi son araşdırmaya görə, işlənmiş ətlərin xərçəng riskini artırdığı sübut olunub.

İftar şorba ilə açılmalı və bir müddət ara verdikdən sonra yeməyə başlanmalıdır. İftar su, şorba, pendir, zeytun, xurma və ya ərik qurusu ilə yüngül şəkildə başlayır və əsas yeməyə sonra keçmək daha məqsədəuyğundur.

Nümunə iftar menyusu

Bol Su

1 xurma və ya 2 quru ərik

2-3 zeytun və ya 2-3 ədəd qoz

1 dilim az duzlu pendir

1 kasa şorba

1 ovuc pide çörəyi

15 dəqiqəlik fasilə

Salat (1 çay qaşığı zeytun yağı ilə)

1 porsiya ət və ya toyuq tərəvəz yeməyi və ya balıq – toyuq və ya paxlalı yemək

1 – 2 dilim çörək və ya 4 – 5 qaşıq bulqur

İftardan sonra qəlyanaltı

1 stəkan süd və ya qatıq və ya 10 – 15 fındıq/badam + 1 meyvə  

Yaxud da süd/meyvə deserti/2 qaşıq dondurma həftədə 2 dəfə qəlyanaltı əvəzinə yeyilə bilər.

İçki olaraq kompotlar həm şirin, həm də təravətləndiricidir.

Sevinc Hüseynova

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 20:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see351

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see349

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see347

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see275

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see269

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see268

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see267

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see259

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see250

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see250

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see238

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see231

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see229

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see228

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see227

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see225

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see223

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see223

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see220

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri