İğdırda Zəngəzur dəhlizinə həsr olunmuş beynəlxalq konqres keçiriləcək
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Ankara, 20 noyabr, AZƏRTAC
Türkiyənin İğdır Universiteti “Zəngəzur: sülh, rifah və ortaq gələcək” (Zengezur: Barış, Refah və Ortaq Gelecek) mövzusunda beynəlxalq konqres təşkil edəcək.
Türkiyə universitetinin rektoru Əkrəm Gürel AZƏRTAC-a bildirib ki, gələn il aprelin 9-11-də keçirilməsi planlaşdırılan tədbir çərçivəsində müasir çağırışlar fonunda Zəngəzur dəhlizinin region və bütün beynəlxalq ictimaiyyət üçün açacağı strateji imkanların nəzərdən keçirilməsi planlaşdırılır.
Müzakirələrdə rəsmi qurumların nümayəndələrinin, alimlərin, ekspertlərin və beynəlxalq təşkilatların nümayəndə heyətlərinin iştirakı gözlənilir.
“Konqresdə sülhün möhkəmləndirilməsi, əməkdaşlığın inkişaf etdirilməsi və Cənubi Qafqaz ölkələrinin mütərəqqi inkişafının təmin edilməsi üzrə atılan addımlara xüsusi diqqət yetiriləcək”, - deyə o, tədbirdə müxtəlif istiqamətlər üzrə konkret təşəbbüslərin nəzərdən keçirilməsinin gözlənildiyini qeyd edib.
Universitet rektoru izah edib ki, konqres iştirakçıları Zəngəzur dəhlizinin hüquqi statusu, eləcə də bu marşrutla əlaqəli təhlükəsizlik, iqtisadiyyat, tarix, logistika, xalq diplomatiyası və mədəni aspektlər kimi məsələləri müzakirə edəcəklər.
“Bu baxımdan, konqres region üçün misli görünməmiş miqyasda əhatəli tədbir olacaq”, - deyə Ə.Gürel sözünü yekunlaşdırıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 20 Noyabr 2025 20:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















