II Xələc yaşayış yerində aparılan arxeoloji tədqiqatlara baxış keçirilib
525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Avqustun 27-də AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Bölmə, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları Şərur rayonunun II Xələc yaşayış yerində aparılan qazıntı işlərinin gedişi ilə yaxından tanış olub.
525.az xəbər verir ki, Xələc arxeoloji ekspedisiyası AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru Zeynəb Quliyevanın rəhbərliyi ilə iyulun 23-dən aparılır. Məlumat verilib ki, ekspedisiyanın əsas məqsədi Azərbaycanın Yaxın Şərqlə sərhəd bölgəsində, xüsusilə Naxçıvanda qədim arxeoloji mədəniyyətlərarası keçid xüsusiyyətlərini və Cənubi Qafqaz-Yaxın Şərq əlaqələrini araşdırmaqdır. Qazıntılar nəticəsində erkən orta əsrlərə və son antik dövrə aid mədəni təbəqələr, zəngin keramika məmulatları, daş sütun altlıqları ilə müşayiət olunan ictimai tikili kompleksi üzə çıxarılıb.
Bildirilib ki, II Xələc abidəsi regionun tarixi yaddaşını öyrənmək üçün mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, qazıntı işlərinin avqust ayının sonunadək başa çatdırılması nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 27 Avqust 2026 17:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















