Icma.az
close
up
RU
III CINEMO Beynəlxalq Mobil Film Festivalının Mükafatlandırma Mərasimi keçirildi FOTO

III CINEMO Beynəlxalq Mobil Film Festivalının Mükafatlandırma Mərasimi keçirildi FOTO

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Fikir çəkmə, telefona çək!

Nizami Kino Mərkəzində III CINEMO Beynəlxalq Mobil Film Festivalının Mükafatlandırma Mərasimi keçirilib.

Devizi "Fikir çəkmə, telefona çək" olan festivalın məqsədi Azərbaycanda gənclərin yaradıcı fəallığının dəstəklənməsi, onlar arasında mobil telefon vasitəsilə film istehsalının daha geniş tanıdılması, mobil çəkiliş sahəsində biliklərinin artırılması, istedadlı mobiloqraf və kinematoqrafların üzə çıxarılması, mobil filmin geniş imkanları vasitəsilə sosial dəyərlərin təbliği və istedadlı gənclər arasında yaradıcı əlaqələrin qurulmasıdır.

Mükafatlandırma Mərasimində çıxış edən layihənin təsisçisi və rəhbəri, kinoaktyor Ruslan Sabirli festivala 33 ölkədən 100-ə yaxın filmin qəbul edildiiyni, bunun keçən ilə nisbətdə təxminən 2 dəfə çox olduğunu söyləyib. Eləcə də festivalın cəmi 3 ildir keçirilməsinə baxmayaraq Google Axtarış sistemində CINEMO Film Festival axtarış nəticəsinin 5 milyonu keçdiyini vurğulamışdır.Bütün bunlar isə festivalın sürətlə inkişafından xəbər verdiyinin göstəricisi olduğunu vurğulayıb.

Daha sonra səhnədə Beynəlxalq və yerli münsiflər heyətinin üzvləri təqdim olunub:

Beynəlxalq Münsiflər Heyətinin tərkibi: Yusuf Shaikh (sədr, prodüser/Hindistan), Hatice Öksüz (vizual dizayner/Türkiyə), Ashraf Shishir (rejissor, ssenarist/Banqladeş).

Yerli Münsiflər Heyətinin tərkibi: Məzahir Həşimov (sədr, kinorejissor), Elvin Paşa (ssenarist, şair, 'stand-up"çı), Amil Amal (kinorejissor).

Beynəlxalq müsabiqədə qalib seçilən "Ən yaxşı vloq" nominasiyası üzrə "Tasha tries Egypt!" (ABŞ, rej. Natasha Bodmer), "Ən yaxşı musiqi klipi" nominasiyası üzrə "Sluqwoman" (Yaponiya, rej. Kaho Sugisaki), "Ən yaxşı sənədli film" nominasiyası üzrə "The Happiness Experiment" (ABŞ, rej. Jaccii Farris), "Ən yaxşı qısametrajlı bədii film" nominasiyası üzrə "The last passenger" (Hindistan, rej. Subhankar Ghatak), "Ən yaxşı tammetrajlı bədii film" nominasiyası üzrə "Delta County" (ABŞ, rej. Gloria Iseli) və münsiflər heyətinin xüsusi mükafatı "Special Mention jury" nominasiyası üzrə "Salted Caramel" (Polşa, rej. Michał Węgrzyn) filmləri səhnədə elan olunaraq mükafatlandırılıblar.

Yerli müsabiqədə qalib seçilən "Ən yaxşı mobil foto" nominasiyası üzrə "Təhlükəsiz baryer" (Zülfiyyə İslamova), "Ən yaxşı musiqi çarxı" nominasiyası üzrə "Baş üstə" (rej. Səbuhi Abbasov), "Ən yaxşı sosial çarx" nominasiyası üzrə "Ağacın hekayəsi" (rej. Kövsər Qurban və Rəna Həsənli), "Ən yaxşı sənədli film" nominasiyası üzrə "Dördüncü divar" (rej. Siyarə Paşazadə), "Ən yaxşı bədii film" nominasiyası üzrə "Yer Kürəsinin sakinləri" (rej. Fərid Kərim) filmləri səhnədə elan olunaraq mükafatlandırılıblar.

Tədbirdə münsiflər çıxış edərək qalibləri elan etmişlər, eləcə də bütün qaliblər və eləcə də Polşadan festivala gəlmiş qalib çıxış edərək diplomlarını almışlar.

SBRLY tərəfindən keçirilən "Fikir çəkmə, telefona çək" sloqanlı II CINEMO Beynəlxalq Mobil Film Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə keçirilir. İnformasiya dəstəyi: Trend.az, Day.az, Milli.az və Azernews.az​

Festivalda iştirak şərtləri, filmlərə tələblər, mükafat fondu və s. barədə ətraflı məlumatı festivalın internet səhifəsindən almaq olar:  www.cinemoff.com

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 04 Noyabr 2025 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see226

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see224

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see219

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see216

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see204

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see204

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see180

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see179

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see173

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see171

40 yaşdan sonra beyin geriləməsinin əsas səbəbi

18 Dekabr 2025 16:57see163

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see157

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see149

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see148

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see145

“Qarabağ” hazırda keçmiş SSRİ məkanının ən güclü komandasıdır” Rus qəzeti

18 Dekabr 2025 09:27see145

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see142

İnanıram ki, yaxşı formada olsam, Ayxan Abbasov məni mütləq milliyə dəvət edəcək

18 Dekabr 2025 11:31see136

ABŞ la danışıqlara hazırlaşırıq Peskov

18 Dekabr 2025 19:40see132

Emil qayınatası ilə qızının fotosunu yayımladı

18 Dekabr 2025 12:12see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri