Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

ATƏT də dərin böhran yaşanır

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və UNAIDSin təşkilatçılığı ilə keçirilən “İİV və İqlim Dəyişikliyi üzrə Çərçivə Sənədi” təqdim olunub VİDEO AZƏRTAC

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və UNAIDSin təşkilatçılığı ilə keçirilən “İİV və İqlim Dəyişikliyi üzrə Çərçivə Sənədi” təqdim olunub VİDEO AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 21 noyabr, AZƏRTAC

Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflərin Konfransının 29-cu sessiyasında BMT-nin HİV/QİÇS üzrə Proqramının (UNAIDS) “İİV və İqlim Dəyişikliyi üzrə Çərçivə Sənədi”nin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və UNAIDS tərəfindən təşkil olunan tədbirdə BMT Baş katibinin köməkçisi, BMT İnkişaf Proqramının (UNDP) Siyasət və Proqrama Dəstək Bürosunun direktoru Markos Neto, Azərbaycanın səhiyyə naziri Teymur Musayev, BMT-nin Azərbaycandakı rezident- əlaqələndiricisi Vladanka Andreyeva, QİÇS və Pandemiya üzrə UNAİDS-in xüsusi müşaviri Mbulava Muqabe, Braziliya Səhiyyə Nazirliyinin Səhiyyə Nəzarəti Katibi Etel Masiel və digər rəsmilər çıxış ediblər.

Azərbaycanın səhiyyə naziri qeyd edib ki, İnsanın İmmunçatışmazlığı Virusu (İİV) qlobal səhiyyənin əsas problemlərindən biri olaraq qalır: “Hər il dünyada bir milyondan çox insan İİV-ə yoluxur, 600 mindən çox insan isə İİV-lə bağlı xəstəliklərdən vəfat edir”.

Teymur Musayev Azərbaycanın İİV-ə qarşı mübarizədə mühüm addımlar atdığını və yüksək nailiyyətlər əldə etdiyini vurğulayıb. Nazirin sözlərinə görə, ölkəmizdə İİV-ə yoluxan şəxslər antiretrovirus preparatları ilə dövlət tərəfindən təmin olunurlar: “Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı və Qlobal Fond kimi beynəlxalq təşkilatlarla möhkəm tərəfdaşlıq qurub. 2023-cü ilin sonunadək Azərbaycan İİV-lə yaşayan insanlar üçün “89-80-93” səviyyəsində müayinə və müalicə xidmətlərinin göstərilməsi üzrə Qlobal Məqsədlərə nail olmaqda nəzərəçarpacaq irəliləyiş əldə edib. Bu da, bölgə üzrə ən yaxşı göstəricilərdən biridir”.

İqlim dəyişikliyinin COP29-da əsas müzakirə mövzusu olduğunu və konfrans zamanı çıxışçılar tərəfindən iqlim dəyişikliyinin təsirlərinin qeyri-mütənasib şəkildə paylandığının dəfələrlə vurğulandığını xatırladan nazir qeyd edib ki, ən çox təsirlənən ölkələr qlobal problemin həllinə çox vaxt minimal töhfə verirlər: “Hava ilə bağlı fəlakətlər, dəniz səviyyəsinin qalxması, yağıntıların və orta temperaturun dəyişməsi əhalinin miqrasiyası, xəstəliklərin yayılması, təmiz su qıtlığı, ərzaq təhlükəsizliyi və səhiyyə infrastrukturunun zədələnməsinə gətirib çıxarır”.

Diqqətə çatdırılıb ki, sübuta əsaslanan araşdırmalar belə vəziyyətdə insanların psixi sağlamlıq problemlərinin gərginləşməsini, zorakılığın və uşaq nikahların artırdığını, eyni zamanda narkomaniyanı təşviq etdiyini təsdiqləyir: “Tibbi xidmətlərin göstərilməsində fasilələr İİV-in müalicəsi, profilaktikası və psixi sağlamlıq xidmətlərinə çıxışı daha da məhdudlaşdırır. Bu da nəticədə xüsusilə həssas qruplar arasında xəstələnmə və ölüm hallarının artmasına gətirib çıxarır. Kompleks təsirlər HİV nisbətlərini artırır və epidemiyaya qarşı onilliklər ərzində əldə edilən irəliləyişə təsir edir”.

“Bakıda keçirilən COP29-da beynəlxalq ictimaiyyət iqlim dəyişikliyinin qlobal təsirlərini həll etmək üçün bir araya gəlib. Mövcud problemlər arasında sağlamlığa təsir ən əhəmiyyətlidir. İqlim dəyişikliyinin sağlamlığa təsirlərinin azaldılması kifayət qədər uzun və mürəkkəb prosesdir. Ancaq biz nə qədər tez zəruri addımlar atsaq, bir o qədər tez uğur qazanacağıq. İqlim dəyişikliklərinə davamlı səhiyyə sistemlərinin qurulması və səhiyyə işçi qüvvəsinin təlimi HİV epidemiyasına son qoyulması da daxil olmaqla, Davamlı İnkişaf Məqsədlərinə nail olmaq üçün çox vacibdir. Yalnız beynəlxalq həmrəylik, resursların ədalətli bölüşdürülməsi, eləcə də bilik və qabaqcıl təcrübə mübadiləsi yolu ilə biz iqlim dəyişikliklərinə davamlı cəmiyyət yarada bilərik ki, orada sağlamlıq problemləri həll edilir və əhalinin sağlamlığının qorunması təmin olunur”, - deyə səhiyyə naziri fikrini tamamlayıb.

Tədbir panel müzakirələrlə davam edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2024 20:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see299

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see235

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see231

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see216

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see213

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see205

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see195

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see194

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see194

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see175

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see171

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see158

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see151

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see144

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see143

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see141

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see139

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri