Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və UNAIDSin təşkilatçılığı ilə keçirilən “İİV və İqlim Dəyişikliyi üzrə Çərçivə Sənədi” təqdim olunub AZƏRTAC

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və UNAIDSin təşkilatçılığı ilə keçirilən “İİV və İqlim Dəyişikliyi üzrə Çərçivə Sənədi” təqdim olunub AZƏRTAC

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 21 noyabr, AZƏRTAC

Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflərin Konfransının 29-cu sessiyasında BMT-nin HİV/QİÇS üzrə Proqramının (UNAIDS) “İİV və İqlim Dəyişikliyi üzrə Çərçivə Sənədi”nin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və UNAIDS tərəfindən təşkil olunan tədbirdə BMT Baş katibinin köməkçisi, BMT İnkişaf Proqramının (UNDP) Siyasət və Proqrama Dəstək Bürosunun direktoru Markos Neto, Azərbaycanın səhiyyə naziri Teymur Musayev, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva, QİÇS və Pandemiya üzrə UNAİDS-in xüsusi müşaviri Mbulava Muqabe, Braziliya Səhiyyə Nazirliyinin Səhiyyə Nəzarəti Katibi Etel Masiel və digər rəsmilər çıxış ediblər.

Azərbaycanın səhiyyə naziri qeyd edib ki, İnsanın İmmunçatışmazlığı Virusu (İİV) qlobal səhiyyənin əsas problemlərindən biri olaraq qalır: “Hər il dünyada bir milyondan çox insan İİV-ə yoluxur, 600 mindən çox insan isə İİV-lə bağlı xəstəliklərdən vəfat edir”.

Teymur Musayev Azərbaycanın İİV-ə qarşı mübarizədə mühüm addımlar atdığını və yüksək nailiyyətlər əldə etdiyini vurğulayıb. Nazirin sözlərinə görə, ölkəmizdə İİV-ə yoluxan şəxslər antiretrovirus preparatları ilə dövlət tərəfindən təmin olunurlar: “Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı və Qlobal Fond kimi beynəlxalq təşkilatlarla möhkəm tərəfdaşlıq qurub. 2023-cü ilin sonunadək Azərbaycan İİV-lə yaşayan insanlar üçün “89-80-93” səviyyəsində müayinə və müalicə xidmətlərinin göstərilməsi üzrə Qlobal Məqsədlərə nail olmaqda nəzərəçarpacaq irəliləyiş əldə edib. Bu da, bölgə üzrə ən yaxşı göstəricilərdən biridir”.

İqlim dəyişikliyinin COP29-da əsas müzakirə mövzusu olduğunu və konfrans zamanı çıxışçılar tərəfindən iqlim dəyişikliyinin təsirlərinin qeyri-mütənasib şəkildə paylandığının dəfələrlə vurğulandığını xatırladan nazir qeyd edib ki, ən çox təsirlənən ölkələr qlobal problemin həllinə çox vaxt minimal töhfə verirlər: “Hava ilə bağlı fəlakətlər, dəniz səviyyəsinin qalxması, yağıntıların və orta temperaturun dəyişməsi əhalinin miqrasiyası, xəstəliklərin yayılması, təmiz su qıtlığı, ərzaq təhlükəsizliyi və səhiyyə infrastrukturunun zədələnməsinə gətirib çıxarır”.

Diqqətə çatdırılıb ki, sübuta əsaslanan araşdırmalar belə vəziyyətdə insanların psixi sağlamlıq problemlərinin gərginləşməsini, zorakılığın və uşaq nikahların artırdığını, eyni zamanda narkomaniyanı təşviq etdiyini təsdiqləyir: “Tibbi xidmətlərin göstərilməsində fasilələr İİV-in müalicəsi, profilaktikası və psixi sağlamlıq xidmətlərinə çıxışı daha da məhdudlaşdırır. Bu da nəticədə xüsusilə həssas qruplar arasında xəstələnmə və ölüm hallarının artmasına gətirib çıxarır. Kompleks təsirlər HİV nisbətlərini artırır və epidemiyaya qarşı onilliklər ərzində əldə edilən irəliləyişə təsir edir”.

“Bakıda keçirilən COP29-da beynəlxalq ictimaiyyət iqlim dəyişikliyinin qlobal təsirlərini həll etmək üçün bir araya gəlib. Mövcud problemlər arasında sağlamlığa təsir ən əhəmiyyətlidir. İqlim dəyişikliyinin sağlamlığa təsirlərinin azaldılması kifayət qədər uzun və mürəkkəb prosesdir. Ancaq biz nə qədər tez zəruri addımlar atsaq, bir o qədər tez uğur qazanacağıq. İqlim dəyişikliklərinə davamlı səhiyyə sistemlərinin qurulması və səhiyyə işçi qüvvəsinin təlimi HİV epidemiyasına son qoyulması da daxil olmaqla, Davamlı İnkişaf Məqsədlərinə nail olmaq üçün çox vacibdir. Yalnız beynəlxalq həmrəylik, resursların ədalətli bölüşdürülməsi, eləcə də bilik və qabaqcıl təcrübə mübadiləsi yolu ilə biz iqlim dəyişikliklərinə davamlı cəmiyyət yarada bilərik ki, orada sağlamlıq problemləri həll edilir və əhalinin sağlamlığının qorunması təmin olunur”, - deyə səhiyyə naziri fikrini tamamlayıb.

Tədbir panel müzakirələrlə davam edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2024 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see493

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see393

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see383

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see329

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see296

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see296

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see287

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see218

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see212

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see185

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see170

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see168

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see167

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see162

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see155

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see139

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see136

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see126

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri