Icma.az
close
up
RU
İki ayda ikinci Vaşinqton səfəri: Netenyahunu buna nə məcbur edir?

İki ayda ikinci Vaşinqton səfəri: Netenyahunu buna nə məcbur edir?

Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

Ağ Evdə ABŞ Prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu arasında görüş olub. Qeyd edilir ki, görüşdə əsas iki məsələ - İran ətrafında gərgin vəziyyət və ABŞ ilə İsrail arasında ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.
Amma əksər ekspertlər o fikirdədirlər ki, Netenyahunun 2 ayda ikinci dəfə Vaşinqtona səfər etməsi Türkiyənin Suriyada güclənməsi ilə bağlı keçirdiyi narahatlıqdan irəli gəlir.
“Xalq Cəbhəsi” ekspertlərlə məsələni müzakirə edib..

“İsrail radikal addımların atılmasının tərəfindədir”

Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü ABŞ-nin hazırda İsrailin ən böyük dəstəkçisi rolunda çıxış etdiyini bildirib: “Tramp birinci prezidentliyi dövründə də İsrailə birmənalı və tam şəkildə dəstək verirdi, indi də bu mövqedən çıxış edir. İstər İsrailin iqtisadi, istər hərbi, istərsə də digər istiqamətlərdə gücləndirilməsi, eyni zamanda, İranla məsələlərdə İsrailə tam dəstək verilməsi, ABŞ-nin, Trampın bir nömrəli vəzifələrindən biri kimi görünür. Yəni ortada olan və müşahidə etdiyimiz əsas məsələ budur”.
Siyasi şərhçinin sözlərinə görə, görüşdə İranla bağlı gələcək addımların nədən ibarət olacağının geniş müzakirəsinin aparıldığı qənaətindəyəm: “İsrail hər zamankı kimi radikal addımların atılmasının tərəfindədir. Bu görüşdən sonra biz İran ətrafında yaranan vəziyyətlə bağlı və digər istiqamətlərdə atılacaq addımların, konkret çalışmaların nəticələrini görə biləcəyik”.

“Bu görüş müzakirələrə səbəb olan ən önəmli məsələlərdəndir”

Politoloq Aytən Qurbanova qeyd edib ki, Tramp və Netanyahu görüşü müzakirələrə səbəb olan ən önəmli məsələlərdən biridir: “Gündəmdə olan əsas iki istiqamət, xüsusilə İranla danışıqların davam etdirilməsi və ABŞ ilə İsrail arasında ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarının dəyərləndirilməsi məsələləri gündəliyi daha çox məşğul edən məsələlərdir. Xüsusilə ilə son dövrlərdə İranla ABŞ arasında gərginliyin pik həddə çatdığını nəzərə alsaq, birbaşa danışıqların davam etdirilməsi ilə bağlı Trampın verdiyi bir çox aqressiv ritorikaları əks etdirən bəyanatların müharibəyə aparmayacağını, ya da hərbi qarşıdurmaya aparmayacağı ilə bağlı ehtimalları daha gücləndirmiş olur. Çünki hazırda nüvə proqramı ilə bağlı İranın ABŞ ilə birbaşa danışıqların davam etdirilməsi, əməkdaşlıq imkanlarının dəyərləndirilməsi və hər hansı bir formada ola biləcək hərbi qarşıdurma ehtimallarının aradan qaldırılması ilə bağlı nəticələri də özündə ehtiva edir”.

Hərbi qarşıdurma və gərginlik

A.Qurbanova deyib ki, əslində ilk mərhələdən Trampın dövründə yeni bir qarşıdurmanın yaranması ehtimalının olmaması ilə bağlı ehtimallar daha güclü şəkildə səsləndirilirdi: “Çünki Tramp daha çox iqtisadi əlaqələrin inkişaf etdirilməsi, əməkdaşlıq perspektivlərinin dəyərləndirilməsi və qlobal iqtisadi münasibətlər kontekstində öz siyasi kursunun formalaşdırılmasına üstünlük verən bir yanaşmalara sahibdir. Bu da onu göstərir ki, hərbi qarşıdurma və gərginliklərin olması heç də onun marağında deyil. Digər önəmli məsələlərdən biri İsrail ABŞ münasibətlərində ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları ilə bağlıdır. Bu da əslində gözlənilən yanaşmadır. İsrail ilə Tramp administrasiyası dövründə münasibətlərin bütün strateji xətlər üzrə inkişaf etdirilməsi və həm Orta Şərq siyasətində, həm də ikitərəfli münasibətlərdə İsrail ilə əlaqələrdə önəmli prioritet istiqamətlərin, yeni yol xəritəsinin müəyyənləşdirilməsi məhz ilk gündən proqnozlaşdırılan əsas istiqamətlər idi”.

“Tarif məsələsinin müzakirəsi barədə heç bir məlumat yoxdur”

Siyasi elmlər üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin baş müəllimi Əlimusa İbrahimov qeyd edib ki, Trampla görüşdən əvvəl Netanyahu görüş çərçivəsində ABŞ ilə İsrail arasında digər məsələlərlə yanaşı, tarif məsələsinin də müzakirə ediləcəyini bildirmişdi: “Məlum olduğu kimi Trampın İsrailə tətbiq etdiyi 17 faizlik vergi tarifləri İsraildə yumşaq desək mənfi qarşılanmışdı. Hətta İsraildən olan bəzi siyasətçilər bunu İsrailə arxadan vurulan zərbə kimi qiymətləndirdilər. Görüş və müzakirələr başa çatdı, mətbuat konfransı da oldu. Tarif məsələsinin müzakirə olunması barədə heç bir məlumat yoxdur. Bütün dünyanı təlatümə gətirən bu məsələnin İsrail üçün əhəmiyyəti elan olunan səviyyədə deyilmi? Yaxud Netanyahu ilə Tramp arasında müzakirəyə çıxarılan digər məsələlər daha əhəmiyyətli olub? Hər halda bu, siyasətçiləri düşünməyə məcbur edən və sıradan olmayan bir hadisədir”.

İranla danışıqların anonsu

Onun sözlərinə görə, Netanyahu görüş öncəsi Trampla İran, Türkiyə və tarif məsələsinin müzakirə olunacağı anonsunu versə də, görüşün sonundakı mətbuat konfransında bu məsələnin üzərində dayanılmadı: “Əvəzində İsrail-İran, İsrail-Türkiyə münasibətlərinin müzakirə olunması barədə ətraflı məlumat verildi. Trampın səsləndirdiyi fikirlərin ilk baxışda Netanyahunun gözləntiləri ilə üst-üstə düşməməsi göz qabağında idi. Netanyahu Trampdan İrana qarşı hücuma razılıq almaq fikrində olsa da, Tramp İranla birbaşa danışıqların yaxın günlərdə başlayacağının anonsunu verdi. Türkiyə və Rəcəb Tayyip Ərdoğan haqqında Trampın istifadə etdiyi ifadələr də heç Netanyahunun ürəyincə deyildi. Çünki o, müzakirələr zamanı Rəcəb Tayyip Ərdoğandan Trampa şikayət etmək məqsədi güdürdü. Amma Trampın Türkiyə və onun prezidenti haqqında yüksək fikirdə olması İsrail baş nazirini məyus etdi. Mütəxəssislər Trampla bu dəfəki görüşün Netanyahu üçün son dərəcə uğursuz alındığı fikrini irəli sürürlər. Amma düşünürəm ki, bu mülahizələr ilkin mülahizələrdir. Bundan sonra hadisələrin inkişaf trayektoriyası vəziyyətin nə yerdə olması barədə dəqiq fikir yürütməyə imkan verəcək”.

Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 09 Aprel 2025 23:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri