Icma.az
close
up
RU
İki əfsanə ömrün böyük tarixi

İki əfsanə ömrün böyük tarixi

Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


İnsan ömrü ona biçilən don kimidir, kimə rahat, kimə dar, kimə isə sanki ölçüsüz… Yüz il yaşayıb iz qoymadan gedən də olur, cəmi otuz il içində bütöv bir tarix yazan da. Gənc yaşında bu dünyanı tərk edən, lakin arxasında dəyərli miras qoyan insanlar daha çox düşündürür adamı və zamanın nə qədər qəddar, həyatın isə bəzən necə amansız olduğunu onların itkisi ilə daha dərindən anlayırsan. İki belə örnək ömür haqqında qısaca bəhs edəcəm. Onların hər ikisi haqqında düşünəndə eyni sual doğur: niyə böyük ürəklər az ömür içində sönür? Biri xalq yazıçısı Süleyman Rəhimovun oğlu, görkəmli alim Şamo Rəhimov, digəri isə yazar Etibar Əbilovun oğlu, ustad İmamverdi Əbilovun nəvəsi Əbil.


Şamo Rəhimov elmin zirvəsində yarımçıq qalan ömürdür. 1948-ci ildə orta məktəbi qızıl medalla, beş il sonra isə Moskva Dövlət Universitetinin Fizika fakültəsini fərqlənmə diplomu ilə başa vuran Şamo Rəhimov, gənc yaşlarından dünya elmi tərəfindən qəbul olunub. Zəlzələ nəzəriyyələrinə verdiyi yeni yanaşmalar, Reley dalğalarının yayılma prinsipləri, seysmik xəritələrin hazırlanmasında apardığı tədqiqatlar onu seysmologiya elminin öncülləri sırasında tanıtdı. O, Yer qabığının sirlərini çözən bir alim idi, lakin ömrünün sirlərini zaman tamamlayıb bitirdi. Şamo Rəhimovun itkisi təkcə bir insanın yox, bütöv bir elmi yolun yarımçıq qalması demək idi.

1958-ci ildə yazdığı əsəri ABŞ-da böyük maraqla qarşılandı. ABŞ Prezidentinin elmi müşaviri Frank Press tərəfindən şəxsi dəvət alması da onun nüfuzunun göstəricisi idi. Amma Sovet rejimi bu elmi səfərə izn vermədi. Lakin ABŞ Seysmologiya Cəmiyyəti ölümündən sonra da 11 il onun ünvanına elmi bülleten göndərdi – bu, dünya elminin Şamo Rəhimova verdiyi qiymətin rəmzi idi.

Şamo haqqında daha bir fakt da diqqət çəkir. Elmi işi - zəlzələləri öyrənmək məqsədilə Ermənistanda yerləşən seysmik stansiyaların məlumatlarını əldə etməkdən ötrü tez-tez oraya ezamiyyə olunan Şamo Rəhimov hələ 1965-ci ildə deyirdi: "Ermənilərin hərəkətləri təhlükəli xarakter alır. Onlar silahlanır, əhalidən pul yığır, Dağlıq Qarabağı zəbt etməyə hazırlaşırlar. Respublika hökuməti bütün tədbirləri görməlidir ki, bunun qabağı alınsın”. Dünya seysmologiya elmində gənc yaşlarında ad qoyan bir soydaşımızın bu qədər yetkin və dəqiq siyasi baxışı sadəcə heyrət doğurur. Demək Şamonun simasında tək alim yox, həm də yüksək siyasi təfəkkürə malik bir vətənpərvər itirmişik.

Əbil isə düşüncəni ömürdən böyük daşıyan gənc və 25 illik qısa ömründə özünün bütöv bir düşüncə dünyası yaradan gənc. Onun gündəlikləri, ədəbi və fəlsəfi qeydləri bir gəncin deyil, sanki zamanın arxasından gələn müdrik bir ruhun yazısı idi. Həyatın mənası, insanın kimliyi, zamanın sərtliyi, türkün tarixi və ruhu onun yazılarında elə dərindən yer alıb ki, oxuyan heyrətlənməyə bilmir.

Əbilin “Sevda türküsü” və “Çöl mədəniyyəti” kitabları onun duyğularını, ağrısını, sevgisini, idealını, həm də içindəki böyük türk ruhunu daşıyır. O yazırdı: “Sən mənə bir əfsanə danış, içərisinə yalan qatma. Mənim əfsanəmi isə sənə anladaçaq insan yox. Çünki əfsanənin içində yalan yox.”

Əbilin yazılarında millət və kimlik axtarışı sadəcə fikir deyil, bir yanğı, bir mübarizədir. Türkün tarixini, miflərini, ocağını, kökünü öz həyat fəlsəfəsinə çevirmişdi. O yazırdı: “Əgər bir şam başqaları üçün işıq verirsə, yanmaqdan qorxmaz. Kaş ki mən də millətimin sabahı üçün yanaydım.”


Simurq, Boz Qurd, Böyük Dəmirçi, Qızıl Alma-onun gündəliyində miflər reallığa çevrilir, Rəsulzadənin “Böyük Dəmirçi” ideyası Əbilin içində yaşayan həqiqətə dönür: “M.Ə.Rəsulzadə yanılmadı: Böyük Dəmirçi bizi Qızıl Almaya tərəf apardı.”

Əbil yazırdı ki, biz türkük. O, öz kökünə, tarixə, mədəniyyətə elə bağlı idi ki, Azıx mağarasındakı ilk ocağı, Hindistanı işıqlandıran türk alovunu, Göy Tanrıya uzanan dua səsini öz içində daşıyırdı. Onun gündəliyindən bir parça: “Biz türkük. Zəngin bir mədəniyyətin övladlarıyıq. Dünyanın heç bir mağarasında ayı yaşamayanda biz Azıx mağarasında ocaq yandırmışıq.”

Əbilin 25 illik ömrü düşüncənin, inamın və milli yaddaşın gücü ilə dolu idi. O, yazdığı hər cümlədə həm özünü, həm də millətini yaşadırdı. Onun fikirləri, cəsarəti, vətən sevgisi və azadlıq yanğısı bizi bu gün də düşündürür. Az ömrə sığan böyük həyat, həm Şamo Rəhimov, həm də Əbil sübut etdilər ki, həyat illərlə deyil, içində yaşatdığın mənalarla ölçülür. Onların qısa ömründə bir millətə yetəcək qədər düşüncə, elm, ruh və məsuliyyət vardı.

Ömrün uzunluğu ilə deyil, yolun dərinliyi ilə yaşamağa. Çünki tarixdə iz buraxanlar yaşayanlar deyil, yaşadanlardır. Əgər Şamo elmin qüruruydusa, Əbil düşüncənin səmasında parlayan gənc bir ulduz idi. Zaman onların bədənlərini apardı, amma fikirlərini, işıqlarını yox edə bilmədi. Yazını Əbilin sitatı ilə bitirirəm: “Mənim sevgimdə yalan yox. Amma bu əfsanəyə inanan da yox.”


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 01 Avqust 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see621

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see597

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see367

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see255

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see255

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see238

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see238

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see237

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see234

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see215

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see210

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see206

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see195

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see191

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see190

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see182

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see181

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see174

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see172

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri