Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İki mədəniyyətin şairi Rəvan Cavid yazır

İki mədəniyyətin şairi Rəvan Cavid yazır

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rəvan CAVİD

Şeir ədəbiyyatın ən qocaman qoludur. Nə qədər yenilənsə, dövr, zaman, şəxsiyyət anlayışı xeyli dəyişsə də, şeirin üzərində həmişə ənənənin kölgəsi var. Poeziyada klassiklik ona görə bütün dövrlərdə daha çox diqqət cəlb edir.

Qədim mədəniyyət ocaqlarından olan Anadoluda şeir öz köklü təsirini həmişə qoruyub. Ən yenilikçi şair belə Anadolunun insanlarından, laylalarından, bərəkətli torpaqlarından yazıb, ya da onlara xitab edib. Türk ədəbiyyatında modernizmlə ənənəni birləşdirən, yeni ifadə tərzləri ilə keçmişə güzgü tutmağı bacaran şairlərdən biri də Ahmet Arifdir. Ahmet Arif şeiriyyatı Türkiyə mədəniyyətinin bütün ünsürlərini özündə cəmləşdirən az nümunələrdən biridir.

Ahmet Arif (1927-1991) sadəcə bir şair deyildi. O, Anadolunun səsi, bu torpaqlarda yaşayanların çəkdiyi dərdin, yaşadığı məhəbbətin və içində daşıdığı ümidin misralarda dillənmiş forması idi. Onun poeziyası sadəcə estetik gözəllik deyil, həm də bir mövqedir: xalqın, azadlığın və şəxsiyyətin müdafiəsidir.

Ahmet Arifin şeirlərinin şah damarı Anadolu insanıdır. Onun poetikasında xalqın dili heç bir bəzək-düzək olmadan, bütün saflığı və sərtliyi ilə yer alır. O, xalqın hisslərini böyük bir lirika ilə ifadə edir, lakin bu lirika intellektual bir romantizmdən çox, yaşanmış həyatın əks-sədasıdır.

Məsələn, məşhur "Həsrətindən pranqalar əskitdim" şeirində belə deyir:

Seni anlatabilmek seni

Sana anlatabilmek seni

İyi çocuklara, kahramanlara...

Bu misralarda aşiqin sevgilisi qarşısında duyduğu acizlik və eyni zamanda sevgisinin əzəməti, xalqın saf emosional ifadəsi ilə təqdim olunur. Şeirin strukturu, hər misranın təkrarı və qısa, vurğulu cümlələri klassik Anadolu danışıq formasına çox yaxındır.

Ahmet Arif öz poeziyasında kəndlinin sözlərini, əsgərin iç səsini, nənələrin dilindəki əfsanələri, ağıları və nağılları istifadə edir. O, akademik və intellektual elitanın dili ilə deyil, xalqın danışdığı dil ilə danışır, bu da onu oxucusuna daha da yaxınlaşdırır.

Ahmet Arifin poetikası üsyankarlıqla romantizmi birləşdirir. Onun şeirlərində insana eşq ilə vətən sevgisi bir-birindən ayrı düşünülmür. Onun sevgiləri idealizə olunmuş qadın fiqurları deyil, eyni zamanda azadlıq uğrunda mübarizə aparan xalqın simvoludur.

Məsələn, "Ay qaranlıq" şeirində belə bir misra var:

Seni sormam, seni aramam,

seni unuturum sanma

Bir kızı severim, bir de seni,

Bir de ölümü...

Bu misralarda "sevmək" anlayışı sırf romantik bir hiss deyil, sevmək burada həm də inandığı dəyərlər uğrunda yaşamaq deməkdir. Sevgili, ölüm və vətən bir simvollar üçlüyü kimi yanaşı durur. Bu, klassik romantik şeirlərdən fərqlənir və Ahmet Arifin poetikasının əsas özəlliklərindən biri olur.

Şair, sərbəst vəzndən istifadə etməklə yanaşı, xalq şeiri ritmini də qoruyur. Onun şeirlərində qəfil keçidlər, ani dəyişən emosiyalar və yüksək səsli təkrarlamalar oxucuda emosional bir yük yaradır. Bu da onun poeziyasını sadəcə oxumağa yox, yaşamağa vadar edir.

Ahmet Arif Diyarbakırda dünyaya gəlmişdi. Bu şəhər minilliklər boyu çoxmillətli, çoxmədəniyyətli və çoxdilli bir yerdir. Onun şeirlərində bu təbəqəlilik açıq-aydın sezilir. "Adiloş bəbənin ninnisi" adlı şeirində, bölgənin sosial-iqtisadi çətinlikləri, acı gerçəkliklər və folklorun poetik ahəngi birləşir:

Adiloş bebek, ağlama

Anan gül kokar, gül açar

Ağlama kuzum, ağlama...

Layla formalı şeirdə, həm şifahi xalq ədəbiyyatının strukturu, həm də regionun travmatik sosial həyatı poetik bir forma alır. Ana obrazı tipik türk mədəniyyətindəki "vətən-ana" konsepti ilə birləşir, lakin eyni zamanda kürd xalqının laylaları ruhunda yazılıb.

Ahmet Arif  kimliyini şüarla deyil, poeziya ilə ifadə edib, hər cəhətdən universal bir ədəbiyyat yaradıb.

Ahmet Arifin təsiri yalnız ədəbiyyat sahəsində deyil, musiqi, sənət və ictimai düşüncə sahələrində də güclüdür. Onun bir çox şeiri, başda Cem Karaca, Ahmet Kaya, Edip Akbayram və Selda Bağcan olmaqla bir çox sənətkar tərəfindən musiqiyə çevrilib. Bu, onun şeirlərinin ritmik gücünü və ictimai təsirini sübut edir. Məsələn, "Həsrətindən pranqalar əskitdim" şeiri, 1980-ci illərdə siyasi mübarizənin simvolik mətnlərindən birinə çevrildi. Bir çox tələbə hərəkatı, solçu və azadlıqsevər qruplar bu şeiri öz ideologiyalarının poetik ifadəsi kimi qəbul etdilər.

Bu gün belə, Ahmet Arifin misraları sosial şəbəkələrdə, divar yazılarında, pankartlarda və hətta gənclərin döymələrində belə yer alır. Onun şeiri yaşamağa, müqavimət göstərməyə, ümid etməyə çağırışdır.

Ahmet Arif XX əsr Türkiyə poeziyasının özünəməxsus və tayı-bərabəri olmayan səsidir. Onun şeirləri təkcə estetik gözəllik deyil, həm də sosial yaddaş, tarixi xatırlatma və insani vicdanın sədasıdır. O, Anadolu insanının, acının və ümidin şairidir.

Ahmet Arif iki dəfə həbs olunub. Onun şeirləri yaşadığı dövrdə iqtidar tərəfindən birmənalı qarşılanmayıb. Lakin xalqın ağrılarını ifadə etdiyi üçün, bunu cəsarətlə dilə gətirdiyinə görə dövrün işçi sinfinin dərin hörmətini qazanıb.

Sadəcə bir kitabı yayımlanıb onun - "Həsrətindən pranqalar əskitdim". Bu kitabdan sonra Ahmet Arif bir daha şeir yazmayıb.

Anadoludakı qədim mədəniyyətlərin poetik sintezini yaratmış Ahmet Arifin səsi, keçmişin aynası və gələcəyin istiqamətidir. Onun sözləri hələ də diridir, çünki o, zaman üçün deyil, insanlar üçün yazıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:252
embedMənbə:https://525.az
archiveBu xəbər 21 İyun 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see640

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see376

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see345

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see256

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see249

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see247

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see232

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see224

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see224

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see215

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see209

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see200

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see197

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see196

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see194

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see192

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see186

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see183

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see175

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri