Icma.az
close
up
RU
İki nəhəng ölkənin tarixi görüşü baş tutdu: Bu görüş müharibəni bitirəcək? ŞƏRH

İki nəhəng ölkənin tarixi görüşü baş tutdu: Bu görüş müharibəni bitirəcək? ŞƏRH

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Nəhayət bu gün, dünyanın səbrsizliklə gözlədiyi 2 nəhəng ölkənin tarixi görüşü baş tutdu.

Rusiya tərəfini danışıqlar masasında Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Rusiya prezidentinin köməkçisi Yuri Uşakov təmsil ediblər. Bundan başqa, Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Dmitriyev də Rusiya nümayəndə heyətinin tərkibində olub. İclasda ABŞ-ı prezident Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals, dövlət katibi Marko Rubio və ABŞ liderinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff təmsil etdi.

Görüşdən sonra nümayəndələr açıqlama verərək, görüşün yaxşı keçdiyini və bir sıra razılıqlara gəldiklərini bildirdilər. Lakin Putin və Trampın nə zaman görüşəcəkləri barədə dəqiq məlumat verilmədi.

Maraqlıdır görəsən, bu razılaşmaların içərisində Rusiya-Ukrayna müharibəsinin bitməsi də varmı? Yəni, atəşkəs gözləniləndirmi? Suallarımızı politoloq Turab Rzayevə ünvanladıq. O, Turkustan.az-a açıqlamasında bildirdi ki, bu görüşdən sonra ciddi addımlar atılacağını düşünür.

Tramp Rusiyanı sülh masasına əyləşdirməyə çalışacaq. Ən azından atəşkəsə nail olunmağa çalışılacaq. Eyni zamanda Rusiya da artıq müharibədən bezib, masaya oturmaq istəyir və Qərbin onu ciddiyə almasını istəyir. Rusiya iqtisadi, hərbi və maliyyə olaraq çox ciddi problemlərlə üzləşib və atəşkəslə bu problemlərin həllinə nail olmağa çalışacaq. Bunlara qaz ixracının aşağı düşməsi, 180 gəminin qara siyahıya salınması, Rusiyanın neft, qaz və metallarının alışına və satışına qoyulan qadağalar buna nümunədir.

Burada əsas məsələ odur ki, ABŞ və Rusiya hər nə qədər görüşə, bu məsələnin həllinə nail olmağa çalışsalar da, Avropa İttifaqı, hətta Ukrayna özü bu görüşdən qaçmağa çalışır. Məsələn, biz Zelenskinin sülhlə bağlı əks bəyanatlarını çox eşidirik, əksinə olaraq Ukraynaya silah-sursat verilməsini tələb edir. Eyni şəkildə biz görürük ki, Trampın Rusiya ilə sülh müqaviləsi imzalamaq istəyi Avropanı da narahat edir. Hətta, Britaniya və Fransa rəhbərləri bununla bağlı görüş keçiriblər, Avropa ordusu ilə bağlı sürətləndirmələr barədə danışılıb. Görünən odur ki, ABŞ Avropanı kənarda qoyaraq, bu sülh məsələlərini həll etmək istəyir, Avropanı ciddiyə almır. Avropa da müdafiə qabiliyyəti, silahları olmadan özünü ciddi qüvvə kimi qəbul etdirə bilmir.

Ümumiyyətlə ABŞ Ukraynanın üzərindən əlini çəksə, Zelenskinin də dediyi kimi Ukrayna Rusiyaya qarşı müqavimət göstərə bilməyəcək. Bu danışıqları kənardan qüvvətlə izləyən Çindir. ABŞ-la Rusiyanın hansısa şəkildə yaxınlaşması Çin üçün böyük baş ağrısı ola bilər. Eyni zamanda Çin qorxur ki, ABŞ-ın Rusiyaya təzyiq etməkdə əsas məqsədi Çini dəstəkləməkdən əl çəkməsidir. Bununla da ABŞ təkbaşına qalan Çini daha rahat şəkildə tərbiyələndirəcək. Rusiya təzyiqlərə dözməyib, ABŞ-la razılaşarsa, Çin üçün vəziyyət çətin olacaq!

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 18 Fevral 2025 21:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri