Icma.az
close
up
RU
İki ölümcül iynəyə tab gətirmişdi Uğursuz edam istefaya səbəb oldu

İki ölümcül iynəyə tab gətirmişdi Uğursuz edam istefaya səbəb oldu

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-nin Tennessi ştatında məhbus Krista Paykın edamının uğursuz olmasından sonra Tennessi İslahatlar Departamentinin (TDOC) komissarı Frank Strada vəzifəsindən istefa verib.

“Qafqazinfo” xəbər verir ki, təxminən 200 ildən sonra Tennessidə ölümcül iynə ilə edam edilməli olan ilk qadın məhbusun ötən həftə planlaşdırılan edamı uğursuz nəticələnib.

Ona iki doza ölümcül dərman verilsə də, məhbus sağ qalıb.

Strada istefasının dövlətin maraqlarına uyğun olduğunu bildirib və hadisə ilə bağlı aparılan araşdırmanı “tamamilə uyğun və zəruri” adlandırıb.

“Komissar Strada öz vəzifələrini vicdanla yerinə yetirib. Bu çətin dövrdə Tennessi xalqının maraqlarını birinci yerə qoymaq istəyini yüksək qiymətləndirirəm”, - Tennessi qubernatoru Bill Li bildirib.

Rəsmilər Paykın edamının yenidən həyata keçirilib-keçirilməyəcəyi barədə hələ açıqlama verməyiblər.

Qeyd edək ki, 50 yaşlı Krista Payk 1996-cı ildə sevgilisi Tadaril Şipplə birlikdə 19 yaşlı Kollin Slemmeri işgəncə verərək öldürməkdə təqsirli bilinib. Payk və Şipp 1995-ci ildə problemli gənclər üçün təşkil olunan təlim düşərgəsində tanış olublar.

Paykın edamı Neşvildəki Riverbend Maksimum Təhlükəsizlik Həbsxanasında ötən çərşənbə günü yerli vaxtla saat 20:00-da həyata keçirilməli idi. Lakin ona iki doza ölümcül dərman verilməsinə baxmayaraq, məhbus ölməyib.

Müdafiə vəkillərinin sözlərinə görə, Payk huşunu itirsə də, nəbzi döyünüb və nəfəs alıb. Uğursuz edamdan sonra o, xəstəxanaya aparılaraq reanimasiyaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma davam edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 04 Oktyabr 2026 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see309

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see304

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see288

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see284

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see282

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see281

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see276

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see270

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see267

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see259

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see249

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see244

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see240

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see237

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see231

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see226

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see225

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see225

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see213

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri