Icma.az
close
up
RU
İKT sahəsində qadın liderlərlə interaktiv görüş

İKT sahəsində qadın liderlərlə interaktiv görüş

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 23 iyun, AZƏRTAC

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və “Femmes Digitales” - “Texnologiyalar sahəsində Qadınlara Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Süni intellekt gündəlik həyatımızda və işimizdə” mövzusunda interaktiv görüş keçirilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, Elm və sənaye 4.0-ın formalaşdırılması, süni intellektin gündəlik həyat və iş fəaliyyətindəki praktiki imkanlarını müzakirə etmək və qarşılıqlı bilik mübadiləsinə şərait yaratmaq məqsədilə keçirilən görüşdə akademik dairələr, dövlət və özəl sektorun müxtəlif sahələrində çalışan 30-a yaxın qadın iştirak edib.

“Femmes Digitales” - “Texnologiyalar sahəsində Qadınlara Dəstək” İctimai Birliyinin baş katibi Səyyarə Hüseynova və 4SİM-in Rəqəmsal iqtisadiyyat şöbəsinin rəhbəri Xəyalə Fətullayeva bu cür görüşlərin rəqəmsal transformasiya dövründə qadın mütəxəssislər üçün biliklərini artırmaq və şəbəkələşmək baxımından əhəmiyyətli olduğunu vurğulayıblar. Qeyd edilib ki, süni intellekt təkcə texnoloji deyil, həm də sosial transformasiyanın mühüm bir hissəsidir və bu prosesdə qadın liderlərin fəal iştirakı gələcəyin formalaşmasında, görülən işlərin effektivliyinin artırılmasında vacib rol oynayır.

Kembric Universitetinin Təhsilin gələcəyi üzrə məhsul rəhbəri Nayl Maknalti təqdimatla çıxış edərək, gündəlik işlərdə süni intellektin səmərəli istifadəsi və konkret alətlərlə bağlı parktiki nümunələr paylaşıb. O, süni intellektin tədqiqat, analitika və məzmun istehsalı proseslərini asanlaşdıraraq, sahibkarların və rəhbər şəxslərin qərarvermə keyfiyyətini artırdığına diqqət çəkib.

“Trenders” yerli marketinq şirkətinin süni intellekt mütəxəssisi Ümid Salay bildirib ki, süni intellekt yalnız bir vasitə deyil, eyni zamanda, yaradıcı və analitik proseslərdə "fikirləşən tərəfdaş" rolunu oynayır. O, “Prompt Engineering” (sorğu mühəndisliyi) texnikasının vacibliyini izah edərək, düzgün yazılmış sorğuların Sİ-dən yüksək keyfiyyətli cavablar almaqda əsas rol oynadığını vurğulayıb. Ümid Salay, həmçinin təqdimatda süni intellektin inkişaf mərhələləri, süni intellekt agentlərinin yaradılması, generativ süni intellekt alətləri və onların istifadə sahələri, eyni zamanda, real keyslər və praktiki nümunələr barədə çıxış edib.

Görüş zamanı spikerlər iştirakçıların suallarını cavablandırıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 İyun 2025 18:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see588

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see498

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see336

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see275

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see239

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see238

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see232

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see231

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see222

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see205

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see200

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see188

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see184

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see181

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see176

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see175

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see165

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri