Icma.az
close
up
RU
İKTA dan çağırış: çoxmənzilli binaların sakinlərinin operator və provayderləri sərbəst seçmək hüququ təmin edilməlidir

İKTA dan çağırış: çoxmənzilli binaların sakinlərinin operator və provayderləri sərbəst seçmək hüququ təmin edilməlidir

Icma.az, Pravda.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) çoxmənzilli yaşayış binalarında sakinlərin internet operator və provayderini sərbəst seçmək hüququnun pozulması ilə bağlı müraciətlərə həssas yanaşır.

Bu barədə Pravda.az-a qurumdan bildirilib.

Belə ki, internet xidmət provayderləri və vətəndaşlar tərəfindən daxil olan son müraciətlərdə Bakı şəhəri Yasamal rayonu Həsən bəy Zərdabi prospekti 3166-cı məhəllədə yerləşən yaşayış kompleksində qeyri-sağlam rəqabətin olması və bəzi bazar iştirakçılarına üstünlüyün verilməsi ilə bağlı iddialar səsləndirilib.

Bu şikayətləri nəzərə alaraq, İKTA həmin ünvanda fəaliyyət göstərən operator və provayderlərlə müzakirələr aparıb, onların nəzərinə abunəçilərin hüquqlarının məhdudlaşdırılmasının yolverilməz olduğu çatdırılıb.

Görüş zamanı qeyd edilib ki, son zamanlar Agentliyə çoxmənzilli yaşayış binalarında sakinlərin (abunəçilərin) keyfiyyətli telekommunikasiya (telefon və internet) xidmətlərindən tam istifadəsinə maneələrin yaradılması ilə yanaşı, bir çox binalarda operator və provayderlərə ayrıseçkilik nümayiş etdirilməklə süni maneələrin yaradılması barədə məlumatlar daxil olmaqdadır.

İKTA bəyan edir ki, “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, abunəçilərin operator və provayderləri sərbəst seçmək hüququ var və bu hüququn təmin edilməsinə müvafiq şərait yaradılmalıdır.

Operatorların, provayderlərin və istehlakçıların mənafeyinə zidd olaraq istifadəçilərin maraq və hüquqlarının pozulmasına səbəb olan digər operator və provayderlərin fəaliyyətinə maneə törədərək tək fəaliyyət göstərən operator və provayderlər barəsində də qanunvericiliyə uyğun tədbirlərin görülməsi istiqamətində İKTA tərəfindən müvafiq addımlar atılacaq.

İKTA vətəndaşları və provayderləri fəal olmağa, müvafiq halla rastlaşdıqda rəsmi şikayətlə İKTA-ya müraciət etmələrini tövsiyə edir.

Eyni zamanda bildirilir ki, 2023 – 2024-cü illər ərzində qeyd edilən məsələlərlə bağlı internet operator və provayderləri tərəfindən İKTA-ya 30-a yaxın müraciət daxil olub və Agentliyin aidiyyəti strukturlarla birgə atdığı addımlar nəticəsində bu müraciətlərin əksəriyyəti müsbət həllini tapıb. Bir sıra müraciətlərlə bağlı isə işlər davam etdirilir.

Agentlik bəyan edir ki, qanunvericiliyə uyğun olaraq istifadəçilərin maraq və hüquqlarının pozulmasına, yaxud qanunazid olan hər hansı digər əməllərə yol verən şəxslər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

Xatırladaq ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya kommunikasiya texnologiyaları (İKT) və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://pravda.az
archiveBu xəbər 20 Fevral 2025 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see136

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see124

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see121

Gəncədə qohumlar arasında dava Yaralılar var

03 İyun 2025 08:02see121

Ölkəmizin heç vaxt görmədiyi sürətlə silah yığırıq

03 İyun 2025 08:17see120

Milan ın sabiq hücumçusu Yaxın Şərqdə oynayacaq RƏSMİ

03 İyun 2025 09:08see117

Ağır yanıq xəsarətləri olan Çinarənin anası: Nə dərman, nə yemək ala bilirik

03 İyun 2025 12:20see116

Marmarisdəki 5.8 bal gücündə zəlzələnin görüntüləri İnsanlar küçələrə axın etdi

03 İyun 2025 10:17see115

Qarabağda gecələyən əcnəbi turistlər otellərdə qalmırlar

03 İyun 2025 10:19see115

Bakıda bu yollarda sıxlıq var SİYAHI

03 İyun 2025 08:26see115

Pərviz Şahbazov: 2030 cu ilin sonunadək Azərbaycanda 1,5 milyard kubmetr təbii qaza qənaət ediləcək

03 İyun 2025 10:00see114

Stress zamanı insanlar emosional yeməyə meyilli olurlar DİETOLOQ AÇIQLADI

03 İyun 2025 10:41see113

Son illər Azərbaycan musiqisində ciddi geriləmələr müşahidə olunur KULTROLOQ ŞƏRH ETDİ

03 İyun 2025 12:05see113

Paşinyanla kilsə arasında evlilik davası böyüyür

03 İyun 2025 09:34see113

Şaqqıldyan avtomatlar, Əlikramın "strateji məhsul"u və “Lənkəranın İsveçrəsi”...

03 İyun 2025 10:30see113

3 yaşlı qızını öldürən qadın həbsxanada ÖLÜ TAPILDI

03 İyun 2025 05:00see113

Bakıda McDonald s un yanında yanğın VİDEO

03 İyun 2025 11:24see111

Nadir xəstəlik səbəbindən daim ölü balıq qoxusu verir FOTO

04 İyun 2025 01:19see111

Milli Məclisdə müzakirə: bu zonada işıq və qaz pulu 3 dəfə azaldılmalı, Bakıda isə... Kommunal xidmətlərlə bağlı dəyişiklik olacaq

03 İyun 2025 13:18see111

Bir gündə 784 reys

03 İyun 2025 08:42see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri