Icma.az
close
up
RU
İlahiyyat İnstitutunun növbəti maarifləndirmə tədbiri Siyəzəndə təşkil edilib

İlahiyyat İnstitutunun növbəti maarifləndirmə tədbiri Siyəzəndə təşkil edilib

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 21 aprel, AZƏRTAC

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) müəssisənin təhsil imkanları barədə ictimaiyyəti məlumatlandırmaq, 2025–2026-cı tədris ili üzrə yüksək intellektli və savadlı gəncləri Aİİ-yə cəlb etmək məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli tədbirlərini davam etdirir.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, növbəti tədbir Siyəzən rayonuna keçirilib. Siyəzən Rayon İcra Hakimiyyəti və Aİİ-nin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə abituriyentlər, orta məktəb müəllimləri, aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.

Siyəzən rayonu üzrə təhsil sektorunun müdiri Elşad Sultanov tədbir iştirakçılarına Aİİ haqqında ümumi məlumat verib.

Siyəzən Rayon İcra Hakimiyyəti ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Balabəy Balabəyov dini sahədə yüksəkixtisaslı kadrlara böyük ehtiyac olduğunu qeyd edib. O, keyfiyyətli təhsilin insan həyatında oynadığı vacib rolu vurğulayıb, ölkəmizdə yeganə ali dini təhsil müəssisəsi olan Aİİ-nin fəaliyyətinə diqqət çəkib.

DQİDK-nin Quba–Xaçmaz regional bölməsinin müdir müavini Elnur Ağasıyev ölkəmizdə mövcud multikultural mühitdən bəhs edib, müxtəlif etnik qrupların ölkəmizdə dinc yanaşı yaşadığını diqqətə çatdırıb. Milli-mənəvi dəyərlərimizin qorunması, eyni zamanda, dini sahədə yüksəkixtisaslı kadrların hazırlanması məqsədilə təsis olunmuş Azərbaycan İlahiyyat İnstitutunda gənclərimizin uğurlu təhsil almaları üçün lazımi şəraitin yaradıldığını vurğulayıb.

Aİİ-nin elm və innovasiyalar üzrə prorektoru Mirniyaz Mürsəlov qeyd edib ki, 2018-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Aİİ-nin yaradılması ölkəmizdə gənclərin milli dəyərlərə bağlı, sağlam düşüncəli, yüksək mənəvi məfkurəyə malik olması istiqamətində atılan növbəti addımlardan biridir.

Prorektor M.Mürsəlov ali təhsil müəssisəsinin fəaliyyəti, qarşıya qoyulan hədəflər və Aİİ-nin məqsədləri barədə geniş məlumat verib. Bildirib ki, institutda bütün dinlər öz mənbəyi əsasında tədris olunur. Bu istiqamətdə, xüsusilə dinşünaslıq ixtisasında İslamla yanaşı, digər dinlər haqqında da kifayət qədər geniş məlumat verilir. O, bu məlumatların normativ deyil, deskriptiv yolla tədris olunduğunu vurğulayıb.

Azərbaycan İlahiyyat İnstitutunun rektor köməkçisi Emin Orucov Aİİ-yə qəbul prosesinin təşkili, həmçinin mövcud ixtisaslar haqqında geniş məlumat verib. İnstitutun tələbələrinə dövlətin qayğı və diqqəti ilə yaradılmış lazımi şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan bəhs edib. E.Orucov xarici dillərə yiyələnmək imkanları, təqaüd proqramları, tələbələrin sosial həyatı haqqında da ətraflı danışıb.

Tədbirdə Aİİ-nin tanıtım videoçarxı nümayiş olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Aprel 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see263

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see205

Fransada XVI əsrə aid qeyri adi dar ağacı tapıldı

14 Dekabr 2025 01:26see203

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see194

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see181

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see158

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see156

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see150

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see146

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see145

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see141

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see136

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see135

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see134

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see133

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see133

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see133

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see133

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see132

Ramzan xüsusi hərbi əməliyyat zonasına 80 SUV göndərdi...

14 Dekabr 2025 01:22see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri