Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

Secret Santa üçün ideal hədiyyə seçimi necə olmalıdır?

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

İlahiyyatçı Novruz bayramının qulaq fallarına inanmamağa çağırdı: Gələcəyi yalnız Allah bilir!

İlahiyyatçı Novruz bayramının qulaq fallarına inanmamağa çağırdı: Gələcəyi yalnız Allah bilir!

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün Ramazan orucu və Novruz bayramının üst-üstə düşməsi ölkədə bayram ab-havasını fərqli edib.
Ramazanda dini ibadətlərlə məşğul olan şəxslərlə yanaşı, Novruzla əlaqədar qədim fal adətlərini icra edənlər də var. Qədim köklərə malik, üzük, ayaqqabı, duzlu qoğal, güzgü falları, qapıpusdu daha çox gənclər tərəfindən həyata keçirilir. Nəticədə, dini ibadətlər və qədim adətlər bir çox vətəndaşlarda çaşqınlıq yaradır. 


İlahiyyatçı, Hacı İbrahim Quliyev Modern.az saytına bununla əlaqədar geniş açıqlama verib. 


O deyib ki, bayram fallarına inanmaq mövhumat (xurafat) və ya mədəni ənənə kimi dəyərləndirilə bilər. Bu, hər insanın baxış bucağından asılıdır. İlahiyyatçı deyib ki, İslam dininə görə, gələcəyi bilmək yalnız Allaha məxsusdur. Quran deyir ki, “Göylərdə və yerdə olan qeybi Allahdan başqa heç kim bilmir" (Nəml, 65). 

Bu səbəbdən də gələcəyi öyrənmək üçün fallara inanmaq İslamda bəyənilmir və mövhumat sayılır.

Hacı İbrahim Quliyev bildirib ki, xalq mədəniyyəti və ənənəsi baxımından bayramlarda edilən bəzi fallar və niyyətlər (Novruzda qulaq falı, qapı pusmaq, üzük falı, suya baxmaq və s.) bir çox xalqlarda tarixi ənənə kimi yaşayıb.
"Bunlar bəzən əyləncə xarakteri daşıyır və insanlar bunları sadəcə maraq üçün edirlər. Əgər bir insan falı sadəcə əyləncə və adət kimi qəbul edirsə və ona ciddi şəkildə inanmırsa, bu, dini baxımdan o qədər də təhlükəli hesab edilmir.

Lakin bunun mövhumat  və psixoloji təsirləri mövcuddur. Falçılığa və bayram fallarına ciddi inanmaq insan psixologiyasına mənfi təsir edə bilər. İnsan həyatını fal və əlamətlərə əsasən idarə etməyə başlayır. Qərarlarını rasional düşüncə ilə yox, fal nəticələrinə görə verir. Bu, insanı xurafat və mövhumata sürükləyə bilər.
Deməli, əgər bayram falları əyləncə və mədəni adət kimi edilirsə, bu, təhlükəli deyil. Amma ciddi şəkildə inanmaq, onlara əsasən həyat qərarları vermək mövhumat və xurafat sayılır. Dini baxımdan falçılığa inanmaq tövsiyə edilmir və Quran tərəfindən rədd edilir. Əsas olan budur ki, insan ağlı və məntiqli düşüncəsinə güvənməlidir".


İlahiyyatçı oruc tutan şəxslərin həm dini, həm də tibbi qaydalara riayət etməli olduğunu da vurğulayıb:
 

"Çünki oruc həm mənəvi, həm də fiziki cəhətdən insanın sağlamlığına təsir edir. Dini cəhətdən riayət edilməli qaydalara əsasən, İslam dininə görə, orucun qəbul olunması üçün müəyyən şərtlər var. Bunlara sübh azanından əvvəl niyyət etmək, yemək və içməkdən çəkinmək, imsak və iftar vaxtlarına əməl etmək daxildir.

Sağlamlıq baxımından oruc tuta bilməyənlərin (xəstələr, yaşlılar və s.) oruc tutmaması və ya fidyə verməsi vacibdir. 

Tibbi cəhətdən riayət edilməli qaydalara görə, oruc tutan şəxs öz sağlamlığını da nəzərə almalıdır. Əks halda, oruc bədənə zərər verə bilər. Tibbi baxımdan riayət olunan qaydalara görə, iftar və imsak vaxtlarında az yeməli, sulu xörəklərə üstünlük verilməlidir". ‎
 

Zərif Sofiyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Mart 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see258

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see242

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see215

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see212

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see210

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see196

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see192

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see191

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see173

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see167

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see163

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see162

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see161

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see159

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see155

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see152

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see149

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see148

Secret Santa üçün ideal hədiyyə seçimi necə olmalıdır?

25 Dekabr 2025 06:13see138

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri