Icma.az
close
up
RU
İlahiyyatçı Qüdrət Həsənquliyevin “Naxçıvanda Kəbənin eynisini tikə bilərik” fikrinə münasibət bildirdi: “Ciddiyə almaq lazım deyil”

İlahiyyatçı Qüdrət Həsənquliyevin “Naxçıvanda Kəbənin eynisini tikə bilərik” fikrinə münasibət bildirdi: “Ciddiyə almaq lazım deyil”

Icma.az bildirir, Pravda.az portalına istinadən.

Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin “Naxçıvanda Məkkədəki Kəbənin eynisini tikə bilərik” fikirləri gündəm yaradıb.

İlahiyyatçı-psixoloq Fariz Əhmədli Pravda.az-a açıqlamasında deyib ki, deputatın təklifini təəccüblə qarşılayıb.

“Düşünürəm, bu, deputatın iqtisadi maraqları səbəbindən dediyi bir sözdür. Hesab edir ki, Məkkə şəhəri milyardlarla insanın ziyarət etdiyi şəhərdir, hətta son 20-30 ildə tarixilik səbəbindən xeyli turist bu ölkəni ziyarət edib, yaxşı olar, bir misli də Azərbaycanda olsun. Reallığa gələndə isə bu, qeyri-mümkündür. Fiziki cəhətdən Naxçıvanda Kəbə yaratmaq mümkün deyil. Heç vaxt İslam tərəfdaşlığı konfranslarına, İslam təşkilatlarına üzv olan Azərbaycan belə bir addım atmaz. Çünki bu, istər-istəməz digər müsəlman ölkələri tərəfindən qınaq obyektinə çevrilə bilər. Mənəvi cəhətdən də həm Azərbaycanın daxilində, həm də xaricdə düzgün çıxmaz. Mənəvi, müqəddəs məkanlar var və bunlar dəyişilməzdir. Kəbənin bənzərini yaratmaq ideyasının özündə bir qədər absurdluq var. Onsuz da Naxçıvanda Əshabi-Kəhf ziyarətgahını insanlar hər il ziyarət edirlər. Azərbaycana gələn xarici turistlərə də Naxçıvandakı ziyarətgah təklif edilir. Yəni ora bir mərkəzə çevrilib. Daha yaxşı olar ki, Əshabi-Kəhfin tarixiliyini bir az da təbliğ edib, daha çox turist cəlb edilsin. Deputatlar, məsul şəxslər  Azərbaycanda turizmin fəaliyyətini inkişaf etdirmək barədə daha çox düşünsünlər, nə etmək olar ki, turizmin inkişafı bir az da artsın... Qüdrət Həsənquliyevin dediyi isə nə fiziki, nə mənəvi cəhətdən qəbulolunandır. Mümkün deyil. Dövlət də bunu etməz, cəmiyyət də normal qarşılamaz. Cəmiyyətin reaksiyası onsuz da bəllidir. Fərqli fikirlər var. İstər-istəməz bu mövzu ətrafında gündəm yaranır. İnsanlar hətta bir-birilərini təhqirə qədər gedirlər. Bu cür düşüncələri çox da ciddiyə almaq lazım deyil. İnsandır, şəxsi fikirləri, təklifləri var. Bəzən bu təklifləri dilə gətirirlər, belə mövzuları çox da ciddiyə almağı ehtiyac bilmirəm”, - o deyib.

Aytəkin Qardaşova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://pravda.az
archiveBu xəbər 20 May 2025 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tut yığmaq üçün ağaca çıxan kişi yıxılaraq öldü

18 May 2025 21:32see185

IX sinif buraxılış imtahanlarının nəticələri nə vaxt açıqlanacaq?

19 May 2025 11:32see184

Hava limanı yolunda ara işləyən taksi sürücüsünün saxlanılma anı VİDEO

19 May 2025 09:00see131

İdarə rəisi sərxoş vəziyyətdə saxlanılıb Qalmaqal

19 May 2025 00:20see127

Meyvə alarkən bunlara diqqət et Sağlamlıq üçün vacib məqamlar

18 May 2025 22:37see120

Ölümünü yuxusunda görən sənətkar Səxavət Məmmədovun həyat hekayəsi

19 May 2025 01:01see120

İtaliyada çempion son turda müəyyənləşəcək

19 May 2025 01:07see119

Azərbaycanlı futbolçu Almaniyada mövsümü 14 qolla başa vurub

19 May 2025 02:58see118

Bakıda və bölgələrdə güclü külək gözlənilir XƏBƏRDARLIQ

18 May 2025 19:33see118

Yağışlar Zaqatalada 100 dən çox sakinə ziyan vurdu

19 May 2025 00:01see117

“Üç aydır maaş almırıq, paltardəyişmə otağına girib yumruğumu masaya döyürəm”

18 May 2025 22:35see117

Rumıniyada Rusiyanın prezident seçkisinə müdaxiləsi qeydə alınıb

18 May 2025 21:48see116

Baş prokuror Mazin Bin İbrahım Əl Kahmus ilə görüşdü FOTOLAR

19 May 2025 15:02see115

“Neftçi” və “Qarabağ”dan qələbə YENİLƏNİB

18 May 2025 20:55see115

Populyar film ekranlara qayıdır

19 May 2025 02:33see114

İPhone 17 Air batareyası ilə məyusluğa səbəb olacaq

20 May 2025 01:21see114

Toral Bayramov: Ondan sonra bu barədə düşünəcəyik

19 May 2025 12:00see112

Media: Yenidən silahlanma Avropa İttifaqının iqtisadiyyatını məhv edə bilər

19 May 2025 12:17see110

Bu kolbasalar böyrəkdə daş yaradır

20 May 2025 11:31see110

Ərzaq və içki istehsalında sürpriz göstəricilər istehsal və ehtiyat nə qədərdir?

19 May 2025 09:49see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri