Icma.az
close
up
RU
İlham Əliyevdən siyasi partiyalarla bağlı FƏRMAN

İlham Əliyevdən siyasi partiyalarla bağlı FƏRMAN

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Siyasi partiyalar haqqında” Azərbaycanın 2022-ci il 16 dekabr tarixli 693-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycanın bəzi qanunlarında dəyişiklik edilib.

Redaktor.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanun imzalayıb.

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı, 10-cu və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (I kitab), maddə 250 (Cild I); 2024, № 2, maddə 138, № 4, maddə 365, № 5 (I kitab), maddə 493; № 7, maddə 744) 51-ci maddəsində “partiyada rəhbər orqanlarının” sözləri “partiyanın” sözü ilə əvəz edilsin.

Maddə 2. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 10, maddə 762 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 125.2-ci maddəyə “nizamnaməsinə” sözündən sonra “, proqramına” sözü əlavə edilsin;

2.2. 126-cı maddə üzrə:

2.2.1. adına, 126.1-ci maddəyə və 126.2-ci maddənin birinci cümləsinə “ləğv” sözündən əvvəl “fəaliyyətinin dayandırılması və” sözləri əlavə edilsin;

2.2.2. aşağıdakı məzmunda 126.2-1-ci maddə əlavə edilsin:

“126.2-1. Məhkəmə ərizəçinin iddiası əsasında “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı qərarlardan birini qəbul edə bilər:

126.2-1.1. siyasi partiyanın fəaliyyətinin 2 aydan 6 ayadək müddətinə dayandırılması barədə;

126.2-1.2. siyasi partiyanın ləğvi barədə.”;

2.2.3. 126.3-cü maddənin birinci cümləsində “126.2-ci” sözləri “126.2-1.2-ci” sözləri ilə əvəz edilsin və həmin cümləyə “fəaliyyətini” sözündən sonra “mahiyyəti üzrə qərar qüvvəyə minənədək” sözləri əlavə edilsin.

Maddə 3. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 1, maddə 8 (Cild I); 2024, № 7, maddə 743) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 4.1-ci maddənin ikinci cümləsinə “publik hüquqi şəxslər,” sözlərindən sonra “siyasi partiyalar,” sözləri əlavə edilsin;

3.2. 5.4-cü maddə üzrə:

3.2.1. 5.4.1-ci maddəyə “nizamnaməsi,” sözündən sonra “siyasi partiyalara münasibətdə, həmçinin proqramı,” sözləri əlavə edilsin;

3.2.2. 5.4.5-ci maddədə “partiyada rəhbər orqanlarının” sözləri “partiyanın” sözü ilə əvəz edilsin;

3.2.3. aşağıdakı məzmunda 5.4.5-1-ci maddə əlavə edilsin:

“5.4.5-1. siyasi partiyalara münasibətdə üzvlərinin reyestri;”;

3.3. 11.3-cü maddə üzrə:

3.3.1. 11.3.2-1-ci maddəyə “nizamnamələrində” sözündən sonra “(siyasi partiyalara münasibətdə əlavə olaraq proqramlarında)” sözləri əlavə edilsin və həmin maddədə “və yerli özünüidarə orqanlarının” sözləri “, yerli özünüidarəetmə orqanlarının və vəzifəli şəxslərin” sözləri ilə əvəz edilsin;

3.3.2. aşağıdakı məzmunda 11.3.3-3-cü maddə əlavə edilsin:

“11.3.3-3. siyasi partiyanın adı, olduğu halda qısaldılmış adı və rəmzləri “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş tələblərə cavab vermədikdə;”;

3.4. 12.8-ci maddə üzrə:

3.4.1. 12.8.3-2-ci maddədən “siyasi partiyaların,” sözləri çıxarılsın;

3.4.2. aşağıdakı məzmunda 12.8.3-3-cü maddə əlavə edilsin:

“12.8.3-3. siyasi partiyaların fəaliyyətinin dayandırılması və bərpa edilməsi barədə, habelə onlara edilmiş yazılı xəbərdarlıqlar və onların icrası barədə məlumatlar;”;

3.5. 14-cü maddə üzrə:

3.5.1. 14.1.2-ci maddədə “partiyada rəhbər orqanlarının” sözləri “partiyanın” sözü ilə əvəz edilsin;

3.5.2. 14.2.3-cü maddəyə “sayı,” sözündən sonra “siyasi partiyaların üzvlərinin reyestri,” sözləri əlavə edilsin;

3.6. 17-ci maddə üzrə:

3.6.1. mətni 17.1-ci maddə hesab edilsin və həmin maddədə “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə, “orqanına” sözü “orqanının müəyyən etdiyi orqana (quruma)” sözləri ilə əvəz edilsin;

3.6.2. aşağıdakı məzmunda 17.2-ci maddə əlavə edilsin:

“17.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) siyasi partiyanın fəaliyyətinin dayandırılması barədə apellyasiya məhkəməsinin qərarı qüvvəyə mindiyi tarixdən 3 gün müddətində siyasi partiyanın fəaliyyətinin dayandırılması barədə, həmçinin siyasi partiyanın ləğvi barədə qeyd hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi tarixdən 3 gün müddətində siyasi partiyanın ləğvi barədə məlumatı mediada dərc etdirir və (və ya) yayımlayır.”;

3.7. 18-ci maddə üzrə:

3.7.1. 18.1-ci maddənin birinci cümləsinə “payları” sözündən sonra “, siyasi partiyaların üzvlərinin reyestri” sözləri və aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“Siyasi partiyaların üzvlərinin reyestri barədə məlumatlar sorğu əsasında bu Qanunun 15.9.1-ci, 15.9.2-15.9.4-cü və 15.9.7-ci maddələrində nəzərdə tutulmuş hallarda verilir.”;

3.7.2. 18.2-ci maddəyə “payları” sözündən sonra “, siyasi partiyaların üzvlərinin reyestri” sözləri əlavə edilsin.

Maddə 4. “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 9, maddə 1820 (Cild I) 1.0.5-ci maddəsinə “şəxslər,” sözündən sonra “siyasi partiyalar,” sözləri əlavə edilsin.

***

Dövlət başçısı həmçinin “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının 2022-ci il 16 dekabr tarixli 693-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 57-VIIQD nömrəli Qanununun tətbiqi və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 aprel tarixli 48 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanını imzalayıb.

Fərmanda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının 2022-ci il 16 dekabr tarixli 693-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 57-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 17.1-ci (hər iki halda) və 17.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 17.1-ci maddəsində birinci halda “orqan (qurum)” dedikdə aşağıdakılar nəzərdə tutulur:

1.2.1. qeyri-kommersiya hüquqi şəxslərinə və xarici qeyri-kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə (o cümlədən Naxçıvan Muxtar Respublikasının ərazisində təsis edilən siyasi partiyalara və xarici ölkələrin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinə) münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasının ərazisində təsis edilən digər qeyri-kommersiya qurumlarına münasibətdə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi;

1.2.2. kommersiya hüquqi şəxslərinə, xarici kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə, publik hüquqi şəxslərə münasibətdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, habelə Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti;

1.2.3. dini qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi;

1.3. həmin Qanunun 17.1-ci maddəsində ikinci halda “orqan (qurum)” dedikdə aşağıdakılar nəzərdə tutulur:

1.3.1. qeyri-kommersiya hüquqi şəxslərinə və xarici qeyri-kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə münasibətdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, siyasi partiyalara münasibətdə isə həmçinin Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası;

1.3.2. kommersiya hüquqi şəxslərinə, xarici kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə və publik hüquqi şəxslərə münasibətdə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;

1.4. həmin Qanunun 17.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının 2022-ci il 16 dekabr tarixli 693-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 57-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 aprel tarixli 48 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 4, maddə 228 (Cild I); 2024, № 7, maddə 789) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.1-ci bəndə “15.9.1-2-ci” sözlərindən sonra “, 17.1-ci (hər iki halda) və 17.2-ci” sözləri əlavə edilsin;

3.2. 2.4-cü bənd üzrə:

3.2.1. birinci abzasdan “17-ci maddəsində (birinci halda),” sözləri çıxarılsın və həmin abzasa “keçirirlər” sözündən sonra “və həmin Qanunun 17.1-ci maddəsində birinci halda “orqan (qurum)” dedikdə aşağıdakılar nəzərdə tutulur” sözləri əlavə edilsin;

3.2.2. 2.4.1-ci yarımbənddə “münasibətdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müəyyən etdiyi bölgü üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və onun rayon (şəhər) qeydiyyat şöbələri, Naxçıvan Muxtar Respublikasının ərazisində təsis edilən siyasi partiyalar və xarici ölkələrin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri istisna olmaqla,” sözləri “(o cümlədən Naxçıvan Muxtar Respublikasının ərazisində təsis edilən siyasi partiyalara və xarici ölkələrin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinə) münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasının ərazisində təsis edilən” sözləri ilə əvəz edilsin;

3.2.3. 2.4.2-ci yarımbənddən “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında” sözləri çıxarılsın;

3.3. 2.9-cu bənddən “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında” sözləri çıxarılsın;

3.4. 2.14-1-ci bənd üzrə:

3.4.1. birinci abzas aşağıdakı redaksiyada verilsin:

“2.14-1. həmin Qanunun 17.1-ci maddəsində ikinci halda “orqan (qurum)” dedikdə aşağıdakılar nəzərdə tutulur:”;

3.4.2. 2.14-1.1-ci yarımbəndə ikinci halda “Nazirliyi” sözündən sonra “, siyasi partiyalara münasibətdə isə həmçinin Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası” sözləri əlavə edilsin;

3.5. aşağıdakı məzmunda 2.14-2-ci bənd əlavə edilsin:

“2.14-2. həmin Qanunun 17.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzərdə tutulur;”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 09 Dekabr 2024 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu saatlarda gəzinti xərçəng riskini azaldır

23 İyul 2025 01:01see152

Zəngəzur dəhlizi: İrəvan fürsəti niyə əldən verir?

23 İyul 2025 10:01see140

Qızmar Günəş altında: İşçilərdən şikayət var?

22 İyul 2025 20:37see137

Şörzingerin Azərbaycanca öyrəndiyi söz…

24 İyul 2025 01:29see136

İşə getməyə həvəsi olmayanları müalicə edəcəklər

22 İyul 2025 19:29see136

AMB uçot dərəcəsini azaldıb

23 İyul 2025 10:14see134

ABŞ nin də iştirakı ilə Bakıda iki ölkə arasında danışıqlar aparılacaq

23 İyul 2025 10:50see134

Günün qoroskopu: ruhunuz narahat ola bilər

23 İyul 2025 00:02see133

Rusiyalı məşhur reper psixiatriya xəstəxanasına yerləşdirildi

22 İyul 2025 16:09see132

Bu kuba baş məsqçi təyin olundu

23 İyul 2025 16:25see132

reklamlarla satdıqları ehtiyat hissələrinin saxtalığını ört basdır edir EKSPERT VİDEO

22 İyul 2025 19:00see130

Şəmkirdə 15 yaşlı qızın ehtiyatsızlığı faciə ilə nəticələndi

24 İyul 2025 01:38see128

General Motors un mənfəəti Trampın tariflərinə görə üç ayda 1 milyard dollardan çox azalıb

23 İyul 2025 03:40see127

Kürdəmirdə 8 nəfər qidadan zəhərlənib

23 İyul 2025 03:45see126

İllər əvvəl Vağzalı ilə gəlin köçən azərbaycanlı məşhurlar FOTO

23 İyul 2025 00:16see126

Şimali Makedoniyada meşə yanğınları baş verib

22 İyul 2025 20:27see123

Xankəndi şəhərində “Sarı gəlin” abidəsi belə ola bilər

23 İyul 2025 17:48see122

Qurban Qurbanov: Qələbəni unudub cavab oyununa ciddi hazırlaşacağıq

24 İyul 2025 01:30see122

ABŞ da qırmızı ət qiymətləri rekord həddə çatdı

23 İyul 2025 20:13see115

PA nın Vətəndaş Qəbulu Mərkəzində avqust ayı üçün qəbul cədvəli AÇIQLANDI

23 İyul 2025 18:12see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri