Icma.az
close
up
RU
İlham Əliyevə xüsusi hörmətin bariz nümunəsi: Bölgəmiz üçün yeni fürsətlər Kaspi nin TƏHLİLİ

İlham Əliyevə xüsusi hörmətin bariz nümunəsi: Bölgəmiz üçün yeni fürsətlər Kaspi nin TƏHLİLİ

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Dünyanın supergücü olan ABŞ ilə qarşılıqlı maraqlara və bərabərhüquqlu hörmətə əsaslanan ikitərəfli əlaqələrdə yeni səhifənin açılması həm bölgəmiz, həm də ölkəmiz üçün yeni fürsətlər vəd edir. Qarşıya qoyulan hədəflərə çatmaq, ən əsası, milli maraqlarımızın müdafiəsi siyasəti uğurla həyata keçirilir.

Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə avqustun 8-də Vaşinqtona səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni səhifənin açılmasına imkan yaratdı. Bakı ilə qarşılıqlı əməkdaşlıqla bağlı imzalanan razılaşmalar, gələcək effektli münasibətlər sisteminin formalaşdırılması üçün intensiv müzakirələr, 907-ci düzəlişin ləğvi Ağ Evin Cənubi Qafqazda Azərbaycanın lider mövqeyini qəbul etdiyini göstərir. Vaşinqtonda imzalanan sənədlərin gələcəyinə skeptik yanaşanların olmasına baxmayaraq, son günlərdə yaşanan proseslər bunun əksini isbatlayır.

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

İlham Əliyevə xüsusi hörmətin bariz nümunəsi

Öncə ondan başlayaq ki, Prezident İlham Əliyevin Vaşinqton səfəri ilə bağlı Nazirlər Kabinetinin ardından Milli Məclisdə də xüsusi dinləmələr keçirilib. Deputatlar dövlət başçısının apardığı uğurlu və uzaqgörən siyasət nəticəsində iki ölkə arasında münasibətlərin indiki qədər yüksək səviyyədə olmadığı qənaətini ortaya qoyublar.

Qeyd olunub ki, bu razılaşmalar, eyni zamanda, Azərbaycanın ABŞ ilə əlaqələrinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsidir və ölkəmizin beynəlxalq iqtisadi inteqrasiyasının daha da genişlənməsinə töhfəsini verəcək. Deputatların sözlərinə görə, Ağ Evdə uzun illər Azərbaycana qarşı ədalətsiz sanksiya kimi istifadə olunan "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin tətbiqinin dayandırılması isə ikitərəfli münasibətlərdə yeni və olduqca parlaq bir səhifənin açılmasının simvolu oldu. Onlar ABŞ Prezidenti Donald Trampın bu qərarı məhz Prezident İlham Əliyevin iştirakı ilə imzalamasını dövlətimizin başçısına və Azərbaycana göstərilən xüsusi hörmətin bariz nümunəsi kimi qiymətləndiriblər.

İntensiv dialoqun şahidi oluruq

Son günlərdə iki ölkə arasında rəsmi səviyyədə də intensiv dialoqun şahidi oluruq. Sentyabrın 8-də ABŞ-nin Orta Dəhliz üzrə Sertifikatlaşdırılmış Ticarət Missiyasının nümayəndələri Azərbaycana səfər edib. Aparılan müzakirələrdə Vaşinqton razılaşmalarının regional sülh və tərəqqiyə töhfəsi qeyd edilməklə yanaşı, Azərbaycan-ABŞ əlaqələri üçün böyük perspektivlər açdığı vurğulanıb. Bu xüsusda ölkənin qərb bölgələri ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında maneəsiz gediş-gəlişi təmin edəcək layihənin əhəmiyyəti diqqətə çatdırılıb. "ABŞ şirkətləri Zəngəzur dəhlizi ilə bağlı layihələrdə iştirak etmək, tenderlərdə öz təkliflərini vermək imkanını məmnuniyyətlə qarşılayacaqlar", - deyə ABŞ İnkişaf Maliyyələşdirmə Korporasiyasının (DFC) icraçı direktoru Kennet Angell ölkəsinin Cənubi Qafqazda prioritetini bir daha ortaya qoyub.

ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunun baş rəsmisi Brendan Hanrahanın səfərində isə başlıca diqqət məhz Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin inkişafına yönəlib. Xarici işlər naziri Ceyhun Bayramov, İqtisadiyyat naziri Mikayıl Cabbarovla keçirilən görüşlər zamanı Azərbaycan-ABŞ münasibətləri, Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumundan irəli gələn məsələlər, Azərbaycan-Ermənistan normallaşma prosesi, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

907-ci düzəlişin ləğvinin vacibliyi

Maraqlı cəhət budur ki, dövlətlərarası münasibətlərin gələcəyinə fokuslanan məlum səfərlər biristiqamətli deyil. ABŞ nümayəndələrinin Bakı səfəri ilə yanaşı, Azərbaycan nümayəndə heyəti də eyni anda sözügedən istiqamətdə Vaşinqtonda mühüm görüşlər keçirir, danışıqlar aparır. Tramp-Əliyev görüşündə əldə olunan razılaşmaların irəlilədilməsi üçün ABŞ-nin digər institusional qurumları ilə intensiv dialoq təşkil edilir.

Bu məqsədlə ABŞ-yə səfər edən Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev burada ABŞ Konqresinin Nümayəndələr Palatasının (aşağı palata) Xarici Əlaqələr Komitəsinin sədri Brayan Mast və senator Stiv Dayns ilə görüşüb. Görüşlərdə Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ lideri Donald Tramp arasında avqustun 8-də Vaşinqtonda keçirilən sammitin strateji əhəmiyyəti, onun Azərbaycan-ABŞ münasibətləri və regional sülh üçün müsbət nəticələri vurğulanıb. Azərbaycan Prezidentinin köməkçisi 907-ci düzəlişin ləğvinin vacibliyini vurğulayıb. Hikmət Hacıyev Vaşinqtonda ABŞ dövlət katibinin müavini Kristofer Landau ilə görüşüb. Tərəflər Azərbaycan və ABŞ arasında strateji münasibətləri, eləcə də regional məsələləri müzakirə ediblər.

Bölgəmiz üçün yeni fürsətlər

Göründüyü kimi, Prezident İlham Əliyevin tarixi qələbəmizdən sonra beynəlxalq səviyyədə yürütdüyü real siyasət, milli maraqların müdafiəsinin ön planda tutulması Bakının artan rolunun və nüfuzunun əsasını təşkil edir. Dünyanın super gücü ilə qarşılıqlı maraqlara və bərabərhüquqlu hörmətə əsaslanan ikitərəfli əlaqələrdə yeni səhifənin açılması isə həm bölgəmiz, həm də ölkəmiz üçün yeni fürsətlər vəd edir. Məhz bu əməkdaşlıq sayəsində Cənubi Qafqazda sülh və sabitliyin, iqtisadi inteqrasiyanın, kommunikasiya əlaqələrinin bərpasına mane olmaq istəyən qüvvələrin planları neytrallaşdırılır. Qarşıya qoyulan hədəflərə çatmaq, ən əsası, milli maraqlarımızın müdafiəsi siyasəti uğurla həyata keçirilir.

Zəngəzur dəhlizi üçün 145 milyon dollar

Yeri gəlmişkən, ABŞ Zəngəzur dəhlizi (Tramp marşrutu) layihəsinin həyata keçirilməsi üçün Ermənistana 145 milyon dollar yardım ayırmaq niyyətindədir. Bunu ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunun direktoru Brendan Henrehen İrəvanda Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryanla görüşündə deyib.

"Konqreslə əməkdaşlıq çərçivəsində biz Ermənistana 145 milyon dollar verməyi planlaşdırırıq. Bu, Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu təşəbbüsü və avqustun 8-də əldə olunmuş müvafiq razılaşmalar çərçivəsində maliyyənin ilk tranşıdır", - Henrehen bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://oxu.az
archiveBu xəbər 13 Sentyabr 2025 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see237

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see233

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see208

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see207

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see192

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see192

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see179

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see171

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see167

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see160

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see155

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see152

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see148

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see148

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see148

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see146

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see146

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see145

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see138

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri