Icma.az
close
up
RU
İlham Tahirovdan akademikin təklifinə sərt reaksiya: “Dilimizi korlayan parazit sözlər i...”

İlham Tahirovdan akademikin təklifinə sərt reaksiya: “Dilimizi korlayan parazit sözlər i...”

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

"Biz gərək dilimizdə, xüsusən də danışıqda təsadüfən işlədilən rus sözlərini də, məsələn, "vopşe", "tak çto", "znaçit" kimi sözləri də dilimizin lüğətinə daxil edək. Çünki bu sözlər artıq bizim leksikonumuzda var".

Bunu Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov bildirib.Onu sözlərinə görə, "eyni zamanda mətbuatı vərəqləyib görsək ki, orada hələ də yayqın olmayan bir ingilis, fransız, ərəb, İndoneziya, hind sözü varsa, onu da lüğətə daxil edə bilərik. Məhz bu cür dildə sözlərin sayını artırmaq olur". 

Qeyd edək ki, bu gün danışıq dilində müxtəlif xalqların dilində olan sözlərdən istifadə edilir. Bəs rus sözləri olan  "vopşe", "tak çto", "znaçit" kimi sözləri də dilimizin lüğətinə daxil etmək nə dərəcədə doğrudur? 

Məsələ ilə bağlı Nəsimi adına Dilçilik İnstitunun şöbə müdiri, filologiya elmləri doktoru, professor İlham Tahirov "Cebheinfo.az"a bildirib ki, akademik Nizami Cəfərovun bu fikirlərini eşitməyib: 

"Ancaq həmin sözlər danışıq dilində işlədilir. Onların dilimizin lüğətlərinə, xüsusilə də orfoqrafiya lüğətinə daxil edilməsinə məncə ehtiyac yoxdur. "Vopşe" sözünün qarşılığı kimi Azərbaycan dilində "ümumiyyətlə" sözü işlədilir. Ola bilsin ki, "ümumiyyətlə" sözü bir qədər uzunluğuna görə Nizami Cəfərov bu fikri bildirib.

Ancaq mən o fikrin tərəfdarı deyiləm ki, dilimizi korlayan "parazit sözlər"i lüğətə daxil edək. O sözlər "parazit sözlər"dir. Xarici, başqa dillərdən alınma sözlərdir. Onları daxil etməyə ehtiyac görmürəm".

Nigar Abdullayeva
"Cebheinfo.az"

Açar sözlər: dilimiz akademik İlham Tahirov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:72
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 May 2025 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin güclü Rusiya obrazı yaradır

03 Oktyabr 2025 12:35see261

Nəsə olsa varlılar yox, siz kasıblar öləcəksiniz Video

03 Oktyabr 2025 10:52see198

Ağdamda nənə nəvə evdə yandı YENİLƏNİB

02 Oktyabr 2025 15:21see168

Masdar: İlk panelin quraşdırılması Biləsuvar GES layihəsi üçün mühüm mərhələdir

02 Oktyabr 2025 14:55see165

Onlara qarşı əsassız və haqsız ittihamları qəbul etməyəcəyəm”

02 Oktyabr 2025 18:06see147

Nura Surinin anası qazi imiş FOTO

03 Oktyabr 2025 00:20see138

Bu ölkədə sinəsinə silikon edən qadınlara AĞIR CƏZA KONKRET

03 Oktyabr 2025 00:37see132

Türkiyəli yutuber “Qarabağ”a görə TRT ni tənqid etdi Video

02 Oktyabr 2025 14:33see132

Xalq artisti Tünzalə Ağayeva “Best of Aygun” layihəsində VİDEO

03 Oktyabr 2025 19:21see129

MDB Oyunları: Bu gün güləş və karate yarışlarına start veriləcək

03 Oktyabr 2025 08:12see129

HƏMAS üçün alternativ yol qalmayıb ŞƏRH

02 Oktyabr 2025 18:33see126

Yer getdikcə qaranlıqlaşır: Alimlər səbəbini açıqladılar

03 Oktyabr 2025 03:37see126

Tez tez boranı yeməyin orqanizmə 5 faydası

03 Oktyabr 2025 01:01see123

Uitaker Alyans ölkələrindən Rusiya qazını almamağı istəyib...

02 Oktyabr 2025 21:07see122

Polkovnik yeni generaldan yazdı: “Atası...”

02 Oktyabr 2025 18:04see122

Maarifləndirici sosial verilişlər təşkil olunmalıdır SOSİOLOQ DANIŞDI

03 Oktyabr 2025 09:57see122

Türkiyənin energetika naziri: “Rusiya nefti ilə bağlı qərarı şirkətlər özləri verir”

03 Oktyabr 2025 20:50see120

Xalq artisti Hacıbaba Bağırovun vəfatından 19 il ötür

04 Oktyabr 2025 09:36see119

Alzheimerin müalicəsində yeni üsul kəşf olundu

04 Oktyabr 2025 07:07see116

Fransa klubunun qapıçısını 20 ilədək həbs gözləyir

04 Oktyabr 2025 04:23see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri